Azərbaycanlıların tarixi torpaqlarına dinc və ləyaqətli qayıdışı...
11.03.2025 [07:34]
“Qərbi Azərbaycana qayıdış prosesində QHT-lərin rolu” mövzusunda ictimai dinləmə keçirilib
Martın 10-da Milli Məclisdə İctimai birliklər və dini qurumlar komitəsinin təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış prosesində QHT-lərin rolu” mövzusunda ictimai dinləmə keçirilib. Tədbirdə Milli Məclisin deputatları, Prezident Administrasiyasının, parlament Aparatının nümayəndələri, Qərbi Azərbaycan İcmasının üzvləri, aidiyyəti dövlət qurumlarının, Qeyri-Hökumət Təşkilatlarının təmsilçiləri və digər şəxslər iştirak ediblər.
Çıxış edən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa ictimai dinləmənin mövzusunun aktuallığından söz açaraq bu ilin fevralında Bakıda keçirilən Asiya Parlament Assambleyasının yekununda qəbul olunan Bakı Bəyannaməsində Qərbi Azərbaycandan olan soydaşlarımızın öz yurdlarına ləyaqətli qayıdışının həyata keçirilməsi ilə bağlı müddəaların öz əksini tapmasının əhəmiyyətindən danışıb. Vurğulanıb ki, Ermənistandan qovulmuş azərbaycanlıların tarixi torpaqlarına dinc və ləyaqətli qayıdışı konsepsiyasının beynəlxalq platformalarda tanınması bu soydaşlarımızın hüquqlarının bərpası və ata-baba yurdlarına qayıtmalarının təmin olunması səylərinə böyük impuls verir.
Fazil Mustafa bu işin davam etdirilməsi üçün vətəndaş cəmiyyəti institutlarının prosesə daha fəal cəlb olunması, o cümlədən parlamentlərarası platformalarda daha fəal olmaq üçün QHT-lərlə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı fikirlərini bölüşüb.
Sonra Milli Məclisin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun rəhbəri, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərov çıxış edib. O deyib ki, ötən dövrdə parlamentdə Qərbi Azərbaycana qayıdışla bağlı müxtəlif komitələr tərəfindən beş, Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu tərəfindən bir ictimai dinləmə keçirilib.
Ə.Ələkbərov Qərbi Azərbaycana dinc yolla və ləyaqətli şəkildə qayıdış işində QHT-lərin üzərinə düşən vəzifələr, xalq diplomatiyasında onların iştirakı, təcrübəli QHT-lərin beynəlxalq əməkdaşlığının gücləndirilməsi kimi məsələlər barədə fikirlərini bildirib.
Sonra QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva Agentliyin Qərbi Azərbaycan mövzusunda həyata keçirilən fəaliyyəti haqqında slaydlarla müşayiət olunan təqdimatı diqqətə çatdırıb. Aygün Əliyeva QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qərbi Azərbaycana qayıdış konsepsiyası üzrə strategiyası, bu istiqamətdə həyata keçirilən qrant layihələri, onların məzmunu, yekunları və nəticələri barədə ətraflı məlumat verib. Onun sözlərinə görə, BMT-nin İnsan Hüquqları Şurasının növbəti sessiyasında Qərbi Azərbaycanla bağlı yan tədbir təşkil ediləcək. Həmin tədbir Azərbaycanın haqlı mövqeyinin beynəlxalq səviyyədə daha geniş şəkildə müzakirə olunmasına və Qərbi Azərbaycanla bağlı aktual məsələlərin diqqətə çatdırılmasına xidmət edəcək.
Tədbirdə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, İctimai birliklər və dini qurumlar komitəsi sədrinin müavini Sahib Alıyev, Elm və təhsil komitəsi sədrinin müavini Fariz İsmayılzadə, Əmək və sosial siyasət komitəsi sədrinin müavini Elşad Musayev, deputatlar Məlahət İbrahimqızı, Tənzilə Rüstəmxanlı, Ceyhun Məmmədov, Rizvan Nəbiyev, Azər Allahverənov, Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli, “Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi” İctimai Birliyinin sədri Rauf Zeyni, “Bakı Politoloqlar Klubu” İctimai Birliyinin sədri Zaur Məmmədov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, “Qarabağın Tərəqqisi Naminə” İctimai Birliyinin sədri Şəbnəm Səfərova, “Cəmiyyətin İnkişafı Mərkəzi” İctimai Birliyinin sədri Əhməd Abbasbəyli, Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının sədri Misir Mərdanov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Mahirə Hüseynova, “Azərbaycan Milli Kulinariya Assosiasiyası” İctimai Birliyinin sədri Tahir Əmiraslanov, “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadə çıxış ediblər, fikir və təkliflərini səsləndiriblər.
Çıxış edənlər Qərbi Azərbaycana qayıdışla bağlı Milli Məclisdə keçirilən dinləmələrin əhəmiyyətini qeyd ediblər, bu müzakirələrin azərbaycanlıların Ermənistandan deportasiya edilməsi ilə bağlı həqiqətlərin beynəlxalq müstəviyə çıxarılması, soydaşlarımızın öz ata-baba yurdlarına qayıdış hüququnun beynəlxalq miqyasda tanınması, tarixi ədalətin bərpası baxımından əhəmiyyətini vurğulayıblar.
İctimai dinləmədə Qərbi Azərbaycandakı yurd-yuvalarından qovulmuş azərbaycanlıların doğma torpaqlarına qayıtmaq hüququnun təmin olunması, bu məsələnin beynəlxalq müstəvidə daha geniş şəkildə işıqlandırılmasında QHT-lərin, xalq diplomatiyasının rolu, Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdışın digər aspektləri mövzusunda fikir mübadiləsi aparılıb.
Komitə sədri Fazil Mustafa müzakirələrin yekununda bu ictimai dinləmədə səmərəli fikir mübadiləsinin keçirildiyini söyləyərək, öz tarixi torpaqlarından qovulmuş azərbaycanlıların doğma yurdlarına qayıdışının təmin edilməsinin aktuallığından, tədbirdə səslənən fikirlərin ictimai əhəmiyyətindən bəhs edib. O, Qərbi Azərbaycana dinc və ləyaqətli qayıdışın yaxın zamanlarda gerçəkləşdiriləcəyinə inamını ifadə edib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50

