Sevinc, ümid, yenilənmə...
19.04.2025 [09:54]
8 ildən sonra maraqlı təsadüf!
Pravoslavlar və katoliklər Pasxanı birgə qeyd edəcək
Xristian dünyası bu il Pasxa bayramını aprelin 20-də qeyd edirlər. Bu bayram bütün xristianlar üçün müqəddəs bir həftədir. Səkkiz ildən sonra pravoslav və katoliklər Pasxanı eyni gündə-birgə qeyd edirlər. Onlar sonuncu dəfə 2017-ci ildə Pasxanı birlikdə qeyd etmişdilər.
Bu nadir hadisə, katoliklərin istifadə etdiyi Qreqorian və pravoslavların istifadə etdiyi Yulian təqvimləri arasındakı fərqliliklər səbəbindən baş verir. Lakin 2025-ci ildə 2 milyarddan çox inanclı insan bu müqəddəs bayramı birgə qeyd edərək, xristianlıq tarixində mühüm bir anı paylaşacaq.
Pasxa, İsa Məsihin çarmıxa çəkildikdən sonra üçüncü gün dirildiyini simvolizə edir və ölüm üzərində həyatın, pislik üzərində yaxşılığın, qaranlıq üzərində işığın qalib gəlməsini təmsil edir. Pasxanın dəqiq tarixi, bahar ekinoksundan (21 mart) sonra gələn ilk tam ay işığından sonra gələn bazar günü müəyyən olunur. Pravoslav Pasxasının ən erkən tarixi 4 aprel, ən gec tarixi isə 8 may ola bilər.
Bu müqəddəs bayrama hazırlıq, 2025-ci ildə 3 martdan 19 aprelə kimi davam edən Böyük Oruc müddətində baş verir. Bu müddət ərzində inananlar özlərini qida məhdudiyyətinə, daha çox dua etməyə, kilsə mərasimlərinə qatılmağa və yaxşı işlər görməyə həsr edirlər.
İlk Pasxa...
Qədim yəhudilər ilk Pasxanı İsa peyğəmbərin mövludundan 1500 il əvvəl israillilərin Musa peyğəmbərin başçılığı ilə Misiri tərk etməsi münasibətilə qeyd ediblər.
Əhdi-ətiqdə Pesaxa-Pasxa yəhudi xalqının Misir köləliyindən qurtulduğunu göstərir. “Pesaxa” sözü qədim yəhudi dilində “çıxma”, “qurtulma” deməkdir.
Əhdi-Cədid Pasxası isə əvvəlcə İsa Məsihin ölümü haqqında xatirəyə həsr edilib. Bu bayramın vaxtı və mərasimləri xristian kilsəsi tərəfindən II əsrdə müəyyən edilib. V əsrdən etibarən isə indi qeyd edilən bayram ritualları formalaşıb.
Pasxa süfrəsinin əsas elementləri
Dünyanın müxtəlif yerlərində bir-birindən fərqli Pasxa adətləri olsa da, kilsə ayinləri, Pasxa bayramlaşması ümumi motivlərdir.
Slavyanlarda yumurta döyüşdürülməsi, Pasxa dovşanı, Pasxa oyun və festivalları kimi ənənələr də var ki, bu ənənələr də xristianlarla yanaşı, qeyri-xristian toplular arasında da geniş yayılıb. Ənənəyə görə, pravoslavlar cümə axşamı günü kuliç bişirir, axşam “pasxa” adlı yemək hazırlayır, şənbə günü onları kilsəyə aparır, şənbə günündən bazar gününə keçən gecə isə Pasxanın və İsanın Dirilməsi bayramının başlanmasını bildirən Xaç yürüşü edirlər. İsa peyğəmbərin Dirildiyi Müqəddəs Gün isə hamı pasxa süfrəsi arxasında əyləşir, bir-birini pasxa və kuliçə qonaq edir, yumurta döyüşdürür və “İsa Dirildi!” kəlməsi ilə təbrik edir. Küçələrə çıxır, qarşılarına çıxan hər kəsi qucaqlayırlar.
Bütün dünyada olduğu kimi, Azərbaycanda yaşayan xristianlar da bu müqəddəs bayramı hər il təntənə ilə qeyd edirlər. İsa Allahın peyğəmbəri olaraq müsəlman dünyası üçün də mübarək bir şəxsiyyətdir. Onun adı “Quran”da dəfələrlə anılıb. Müsəlmanlar öz övladlarına Musa və İsa adlarını məmnuniyyətlə verirlər. Özünü insanların günahlarından qurtulması naminə qurban etmiş İsa peyğəmbər əslində bütün bəşəriyyətin xilaskarıdır. Sülhü, barışı, birliyi təmsil edən istənilən bayram isə bəşəri sərvətdir.
Pasxa - sevinc, ümid və ruhani yenilənmə vaxtıdır. 2025-ci ildə xristianlar illər boyu davam edən təqvim fərqliliklərini aradan qaldıraraq, bu müqəddəs bayramı birgə qeyd etmək imkanı əldə etdilər. Ümid edək ki, bu işıqlı bayram dünyaya daha çox sevgi, yaxşılıq və birlik gətirəcək...
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxHadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13

