Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Bu il altmış dörd uşaq müəssisələrdən ailələrinə qaytarılıb

Bu il altmış dörd uşaq müəssisələrdən ailələrinə qaytarılıb

02.06.2025 [20:43]

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin reinteqrasiya tədbirləri nəticəsində bu il daha 64 uşağın müəssisələrdən ailələrinə qayıdışına nail olunub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, uşaqların həmin müəssisələrə düşməsinin qarşısının alınması da əsas fəaliyyət istiqamətlərindən biridir. Bu məqsədlə həssas qruplara aid uşaqlarla və ailələri ilə bağlı sosial-psixoloji dəstək və maarifləndirmə işləri aparılır.

Cari ildə 100 uşağın ailələri tərəfindən müəssisələrə verilməsinin qarşısı alınıb. Beləliklə, həmin uşaqların öz ailələrində saxlanılması təmin olunub.

Paylaş:
Baxılıb: 285 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30