İtkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən olunub
05.06.2025 [14:05]
Lerik Rayon Polis Şöbəsi və prokurorluq əməkdaşlarının birgə fəaliyyəti nəticəsində mayın 31-də itkin düşmüş Lerik şəhər sakini, 1990-cı il təvəllüdlü Şahin Şərifovun qəsdən öldürülməsi müəyyən edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayıb.
Bildirilib ki, birgə həyata keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 1991-ci il təvəllüdlü Elşən Ağayevin mayın 31-də Lənkəran-Lerik avtomobil yolunun 51-ci kilometrliyində özünə məxsus avtomobildə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı "Makarov" tipli tapança ilə atəş açaraq Şahin Şərifovu qəsdən öldürdükdən sonra avtomobilini Lerik-Göydərə avtomobil yolunun Nisli kəndindən keçən hissəsinə sürərək meyiti yoldan aşağı istiqamətdə dağın ətəyinə yuvarlamasına əsaslı şübhələr müəyyən olunub.
Elşən Ağayevin yaşadığı evə keçirilən baxış zamanı evin həyətində yerləşən qarajın içərisindən “Makarov” tipli tapança, ona məxsus daraq və 159 ədəd patron, həmçinin avtomobilinə baxış keçirilərkən isə kiçik saxlanc yerindən 1 ədəd patron aşkar edilərək maddi sübut kimi götürülüb.
İş üzrə müvafiq prosessual hərəkətlər icra, eləcə də zəruri ekspertizalar təyin olunmaqla istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı Lerik Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsilə cinayət işi başlanıb, Elşən Ağayev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
“Bağlı qalmış cinayət işləri, o cümlədən itkin düşmüş şəxslərin axtarışları daim diqqət mərkəzində saxlanılmaqla onların tapılması, cinayət əməlini törədən şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən mütəmadi olaraq birgə tədbirlər davam etdirilir”, - deyə məlumatda qeyd olunur.
Xəbər lenti
Hamısına baxMədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03

