Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Zəngilana köçürülən sakinlərdən 360-dək şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Zəngilana köçürülən sakinlərdən 360-dək şəxs məşğulluq tədbirlərinə cəlb edilib

02.07.2025 [20:51]

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Zəngilan rayonunun Ağalı kəndinə köçürülmüş sakinlərdən artıq 359 şəxsi məşğulluq tədbirlərinə cəlb edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, onlardan 322 şəxsin rayon ərazisində məşğulluğu təmin olunub (o cümlədən, rayona köçürülmüş sakinlərdən 27 nəfər üçün özünüməşğulluq proqramı üzrə kiçik təsərrüfatlar yaradılıb), 37 sakin isə peşə kurslarına cəlb edilib.

Hazırda daha bir qrup sakinin məşğulluğuna dəstək işləri aparılır. Onların məşğulluq imkanları qiymətləndirilir və cəlb olunacaqları məşğulluq proqramı müəyyən edilir.

Paylaş:
Baxılıb: 247 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30