Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Qubada əmək yarmarkası keçiriləcək

Qubada əmək yarmarkası keçiriləcək

02.09.2025 [21:50]

Sentyabrın 5-də Dövlət Məşğulluq Agentliyinin Quba-Xaçmaz regional məşğulluq filialı tərəfindən Quba şəhərində əmək yarmarkası təşkil olunacaq.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yarmarkada 14 işəgötürən tərəfindən işsiz və işaxtaran şəxslərə 100-dən çox boş iş yeri təqdim ediləcək.

Vakansiyalar daha çox regionun əmək bazarının tələbatına uyğun olaraq turizm, istehsal, ticarət, bankçılıq və kənd təsərrüfatı sahələrini əhatə edir. Yarmarkada işəgötürənlərin nümayəndələri tərəfindən müvafiq vakansiyalara dair tələblər barədə iştirakçılara ətraflı məlumat veriləcək.

Tədbirin təşkil edilməsində məqsəd işəgötürənlərlə işsiz və işaxtaranların birbaşa görüşünü təşkil etməklə, vətəndaşların məşğulluğunun və əmək bazarına çıxışının təmin olunmasıdır.

Paylaş:
Baxılıb: 495 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31