Bir qab su, bir az mərhəmət...
04.10.2025 [11:32]
Heyvanları qorumaq borcumuzdur!
İnsanların dünyadakı mövcudluğu yalnız onların yaratdıqları mədəniyyət və texnologiya ilə ölçülmür. Həqiqi insanlıq onun təbiətə və digər canlılara olan münasibətində əks olunur. Təbiət bizə yalnız yaşamaq üçün məkan deyil, həm də milyonlarla canlı növünün ortaq evidir. Bu evin sakinlərindən biri də heyvanlardır. Onlar da bizim kimi bu planetin hüquqlu varlıqlarıdır və onlara qarşı məsuliyyət daşıyırıq. Bəli, heyvanları müdafiə etmək bizim borcumuzdur.
Araşdırmalara görə, heyvanlara qayğı göstərmək insanlarda, xüsusilə də azyaşlı uşaqlarda məsuliyyət hissini artırır. Bəzi valideynlər övladlarına ev heyvanları ilə oynamağı qadağan edir. Bu zaman azyaşlılarda onlara qarşı fobiyanın yaranması qaçılmazdır. Təəssüf ki, belə hallar gələcəkdə onların heyvanlara qarşı kobud rəftarı üçün bir zəmin yaradır.
Hər il oktyabrın 4-ü Heyvanların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur. Heyvanların Müdafiə Günü insanların heyvanlara qarşı qəddarlığını dayandırmaq, hər bir canlının layiq olduğu həyatı yaşaması üçün cəmiyyəti bu barədə maarifləndirmək məqsədilə heyvan hüquqları və rifahını qeyd edən xüsusi bir gündür. Heyvanların Beynəlxalq Müdafiəsi Günü orta əsr İtaliyasında heyvanların himayədarı olaraq tanınan müqəddəs Fransiskin vəfat etdiyi gün olaraq 4 oktyabr seçilib.
Heyvanların da hüquqları var...
15 oktyabr 1978-ci ildə Parisdə UNESCO-da elan edilmiş Heyvan Hüquqlarının Ümumdünya Bəyannaməsinə əsasən, heyvanlar müəyyən hüquqlara malikdirlər. Belə ki, bütün heyvanlar bərabər hüquqlarla doğulurlar və eyni yaşamaq hüququna malikdirlər. Onların da hörmət olunmaq hüququ var. İnsan başqa heyvanları məhv edə bilməz. O, bu hüququ pozaraq onlardan istifadə edə bilməz. Bütün heyvanların qayğı və müdafiə hüququ var. Heç bir heyvana pis rəftar və qəddarlıq sərgilənə bilməz. Əgər heyvanı öldürmək məcburi şəkildə lazımdırsa, bu, ağrı vermədən və qorxutmadan dərhal edilməlidir. Bütün vəhşi heyvanların quruda, havada və suda öz şəxsi təbii mühitində yaşamaq və çoxalmaq hüququ var.
Bütün heyvanların güclərini artırmaq üçün qidalanma və istirahət hüququ var. Heyvanlara fiziki və ya psixoloji ağrı verən təcrübələr heyvanların hüquqlarına ziddir. İstər tibbi, istər elmi, istər kommersiya, istərsə də başqa cür təcrübələr üçün belədir. Heyvan yemək üçün yetişdirilsə belə, ona baxılmalı, saxlanmalı, daşınmalı, ölümü iztirabsız və qorxusuz olmalıdır. Heyvanlardan insanların əylənməsi üçün istifadə edilə bilməz, heyvanlara baxmaq və heyvanlardan istifadə edilən şoular heyvan ləyaqətinə ziddir.
Çoxlu sayda vəhşi heyvanın öldürülməsi mənasına gələn hər hansı əməl soyqırımdır, yəni cinayətdir. Heyvanların ölümünə də hörmət edilməlidir. Heyvanların öldürüldüyü zorakılıq səhnələri kino və televiziyada qadağan edilməlidir. Heyvanların hüquqları insan hüquqları kimi qanunla qorunmalıdır.
“Qırmızı kitab”a düşən heyvanların sayı artır
Nəsli kəsilməkdə olan heyvanların sayı ilbəil artır. Təkcə Azərbaycanda 1989-cu ildə nəşr edilmiş “Qırmızı kitab”a 188 heyvan adı daxil edilmişdisə, 2013-cü ildə kitabın yenidən nəşrində 223 heyvan növü yer alıb. İqlim dəyişiklikləri, insanların təbiətə və heyvanlara laqeyd yanaşması, öz mənafeləri naminə heyvanların öldürülməsi “Qırmızı kitab”a düşən növlərin sayını artırır.
Təəssüf ki, bu siyahını daha da artırmaq mümkündür. Hər biri möhtəşəm görünüşə və heyratamiz qabiliyyətlərə sahib olan bu heyvanların təbiətdən silinəcək olması çox təəssüfedici haldır. Nəsli kəsilən hər bir canlı təbiətimizdə ağır yaralar açır. Bunun qarşısının alınması isə onlara ən çox ziyan vuran biz insanlara düşür. Bir çox ölkələrdə heyvanların qorunması üçün addımlar atılıb. Məsələn, Avstriyada heyvanlar haqqında bir sıra qanunlar qəbul edilib. Bu qanunlara əsasən, toyuqları dar qəfəsdə saxlamaq, itlərin quyruğunu və qulaqlarını kəsmək, bağlamaq və digər heyvanlara qarşı edilən qəddarlıqlar cinayət hesab olunur və ağır şəkildə cəzalandırılır. Bununla bağlı bir çox ölkələrdən misallar gətirə bilərik. Ölkəmizdə də heyvanların qorunması üçün qanunlar qəbul edilib və ciddi addımlar atılıb.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxElm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09

