Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Bakı metrosunun “Bənövşəyi xətt”ində interval 5 dəqiqəyə endirilib

Bakı metrosunun “Bənövşəyi xətt”ində interval 5 dəqiqəyə endirilib

25.11.2025 [17:50]

“AZCON Holding”in şirkətlərindən olan “Bakı Metropoliteni” QSC sərnişin tələbatının qarşılanması və məmnunluğunun artırılması məqsədilə “Bənövşəyi xət”də qatarların hərəkət intervalını ilk dəfə 5 dəqiqəyədək azaldıb.

QSC-dən bildirilib ki, rəqəmsal həllərin tətbiqi, texniki tənzimləmə və optimallaşdırma işləri nəticəsində hərəkət intensivliyi artırılıb, xəttə əlavə bir qatar buraxılıb.

“Nəticədə “Avtovağzal-Xocəsən” sahəsində interval 16 dəqiqədən 10 dəqiqəyə, “Avtovağzal–8 Noyabr” sahəsində isə 8 dəqiqədən 5 dəqiqəyə endirilib. Bu addım sərnişin axınının daha çevik idarə olunmasına, eyni zamanda ümumi xidmət keyfiyyətinin yüksəldilməsinə hesablanıb. Bakı metropolitenində sərnişin rahatlığının təmin olunması istiqamətində texniki və təşkilati tədbirlərin həyata keçirilməsi bundan sonra da davam etdiriləcək”, - deyə qurumun yaydığı məlumatda bildirilir.

Paylaş:
Baxılıb: 573 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31