“Siyasi elmlər”, yoxsa “siyasətşünaslıq”?
10.12.2025 [10:58]
Hazırda dünyada gedən sürətli inteqrasiya fonunda dil problemlərinin aktuallığı heç vaxt olmadığı qədər artıb. Açıq etiraf edək ki, informasiya-kommunikasiya texnologiyalarının, süni intellektin həyatımıza daxil olması ilə dillərin qarşısında yeni imkanlar açılsa da, milli dillər üçün təhdidlər də artıb.
Belə təhdidlər Azərbaycan dili üçün də yox deyil. Təsadüfi deyildir ki, Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqdakı çıxışında dilimizin saflığının qorunmasının zəruriliyinə bir daha xüsusi diqqət çəkib. Dövlətimizin başçısının vurğuladığı kimi, bu hər kəsin - dövlətin də, alimin də, siyasətçinin də, sıravi vətəndaşın da işi olmalıdır. Tələblərdən biri də ondan ibarətdir ki, dilimizdəki terminlər düzgün seçilməli, yerində işlədilməli, lüğət tərkibinin qorunmasına və daha da zənginləşdirilməsinə xüsusi diqqət göstərilməlidir.
Hazırda dilimizdə “siyasi elmlər” və “siyasətşünaslıq” terminləri işlədilir. Bir sıra hallarda sual yaranır: Bəhs olunan terminlər arasında hansı fərqlər mövcuddur? Lüğətdə bu iki terminin qalmasına lüzum varmı və yaxud onlardan hansı düzgündür?
Mövzu ilə bağlı alimlər fərqli fikirlər ifadə ediblər. “Yeni Azərbaycan”a açıqlama verən akademik Nizami Cəfərov dilimizdə yaxın mənalı terminlərin olduğunu bildirib. “Siyasi elmlər” və “siyasətşünaslıq” terminləri də bu qəbildəndir. Alim bildirib ki, bu iki termin arasında məna yaxınlığı olsa da, onların izahı bir-birindən fərqlənir. Onun sözlərinə görə siyasi elmlər dedikdə ayrı-ayrı elm sahələri başa düşülür. Məsələn, siyasi coğrafiya, siyasi tarix, dil siyasəti, torpaq siyasəti, su siyasəti, hərbi siyasət, mədəniyyət siyasəti və s. Bunların hamısı siyasi elmlərə aiddir. Siyasətşünaslıq isə ümumi bir termindir. Belə demək mümkündürsə, bütün siyasi elmlər siyasətşünaslıq termini ilə bir arada cəmləşirlər.
Mövzu ilə bağlı fikirlərini bölüşən Bakı Dövlət Universitetinin professoru, Əməkdar jurnalist Qulu Məhərrəmli dilimizdə hər iki terminin qalmasının zəruriliyinə vurğu edib. Onun sözlərinə görə, “siyasi elmlər” və “siyasətşünaslıq” başqa-başqa anlayışları ifadə edir. “Siyasi elmlər dedikdə daha geniş anlayışların spektri başa düşülür. “Siyasətşünaslıq” termini isə daha konkret məzmuna malikdir və ümumən siyasətlə məşğul olan elmi ifadə edir. Əlbəttə, bu iki termin arasında, necə deyərlər, Çin səddi də yoxdur, onlar bir-birinə yaxın terminlərdirlər”, - deyə Qulu Məhərrəmli bildirib.
Nəsimi adına Dilçilik İnstitutunun terminologiya şöbəsinin elmi işçisi Aytən Heydərova açıqlamasında bildirib ki, siyasi elmlər - dövlət, hakimiyyət, siyasi sistemlər, siyasi proseslər, siyasi institutlar və beynəlxalq münasibətləri öyrənən elmi sahələrin ümumi adıdır. Bu elm cəmiyyətin necə idarə olunduğunu, hakimiyyətin necə formalaşdığını və siyasi qərarların necə qəbul edildiyini araşdırır. Fikirlərinə davam edən Aytən Heydərova vurğulayıb ki, siyasi terminologiya siyasətşünaslıq elminin nəzəri və praktik bazasını təşkil edən əsas kateqoriyalar, anlayışlar və terminlər sistemidir. Bu terminlər cəmiyyətin siyasi həyatını, dövlətin strukturunu, siyasi davranışın məzmununu və beynəlxalq münasibətlərin mexanizmlərini elmi şəkildə təsvir etməyə imkan verir. Siyasi terminlərin dəqiq və ardıcıl işlədilməsi siyasi analiz üçün xüsusi əhəmiyyət daşıyır, çünki hər bir termin siyasi reallığı abstrakt şəkildə ifadə edir, onun mahiyyətini açır və müxtəlif siyasi hadisələr arasında əlaqə yaratmaq imkanı verir.
Siyasətşünaslıq - siyasət elmini öyrənən elmdir. Yəni siyasətin mahiyyətini, siyasi institutları, hakimiyyətin bölünməsini, dövlətin idarə olunmasını və insanlar ilə dövlət arasındakı münasibətləri araşdıran elmdir.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35

