Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycanın pasport mövqeyi beynəlxalq reytinqdə yüksəlib

Azərbaycanın pasport mövqeyi beynəlxalq reytinqdə yüksəlib

15.01.2026 [12:25]

Azərbaycan “Henley & Partners” beynəlxalq konsaltinq şirkəti tərəfindən açıqlanan 2026-cı il üçün yenilənmiş Pasport Reytinqində mövqeyini yaxşılaşdıraraq 3 pillə irəliləyib və 67-ci yerə yüksəlib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən AZƏRTAC-a bildirilib ki, reytinqin nəticələrinə əsasən, Azərbaycan Respublikası vətəndaşları 70 ölkəyə vizasız, gəlişdə viza və ya elektron viza vasitəsilə səfər etmək imkanına malikdirlər.

Qeyd edək ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya çərçivəsində yaradılmış “Beynəlxalq sazişlər üzrə” İşçi qrupunun fəaliyyəti çərçivəsində qarşılıqlı vizasız gediş-gəliş rejimlərinin genişləndirilməsi, beynəlxalq sazişlərin sayının artırılması və institusional islahatların həyata keçirilməsi Azərbaycanın beynəlxalq pasport reytinqlərində mövqeyinin möhkəmləndirilməsinə mühüm töhfə verir.

Paylaş:
Baxılıb: 510 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31