Müasir Azərbaycanın yeni inkişaf yolu
24.01.2026 [10:53]
2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi müasir gələcək fəlsəfəsinin təqdimatıdır
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasət kursu Azərbaycanı dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşub. Qürurverici haldır ki, bu gün Azərbaycan Cənubi Qafqazda lider və dünyada söz sahibi olan müstəqil dövlətdir. Hazırda ölkəmizin hər yerində, o cümlədən Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyasnı yenidənqurma və bərpa - tikinti işləri beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Əvvəlki illərlə müqayisədə indi ölkəmizə gələn xarici turistlərin sayı da xeyli artıb. Prezident İlham Əliyevin Sərəncamı ilə 2026-cı il Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsi bu istiqamətdə əsaslı yeniliklərə imkan verəcək. Dövlətimizin başçısının bu Sərəncamı təkcə yeni tikililərin deyil, bütöv bir inkişaf fəlsəfəsinin təqdimatıdır. Ölkəmizdə əsrlərin yaddaşını yaşadan tarixi abidələrin qorunması ilə yanaşı, müasir şəhərsalma modeli də formalaşdırılır. Bu, eyni zamanda, çoxəsrlik tarixə malik şəhərsalma və memarlıq mədəniyyəti ənənələrinin yaşadılması və bu sahədə yeni çağırışlara cavab verən mütərəqqi yanaşmaların tətbiqində mühüm rol oynayacaq.
Ümummilli Lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illər Azərbaycan şəhərsalma və memarlığının inkişafında xüsusi mərhələ təşkil edir. Müdrik şəxsiyyətin memarlıq və dizaynına şəxsən nəzarəti altında tikilmiş, bu gün də dövlət və beynəlxalq tədbirlərin məkanına çevrilmiş Gülüstan sarayı, beynəlxalq idman yarışlarının keçirilməsi üçün çox əlverişli hesab edilən Bakı İdman-Konsert Kompleksinin tikintisində milli üslubların qorunmasına, modern və ənənəvi elementlərin birləşdirilməsinə xüsusi diqqət yetirilmişdir. Belə tikililər paytaxtımızın simasının əhəmiyyətli dərəcədə dəyişməsində mühüm rol oynayıb. Ulu Öndərin ölkəmizə ilk rəhbərliyi dövründə Azərbaycanın şəhərsalma sistemlərinin qorunması və müasirləşdirilməsi ilə bağlı vacib qərarlar qəbul edilmiş, çoxsaylı tədbirlər həyata keçirilmiş, şəhərlərdə memarlıq abidələrinin bərpası üzrə planlı iş aparılmış, şəhərsalma və memarlıq fəaliyyətinin davamlılığını təmin edən əsaslı tədbirlər həyata keçirilmişdir.
Ulu Öndərin müstəqillik dövründə respublikamıza rəhbərliyi dövründə də şəhərsalma və memarlığın inkişafı ilə yanaşı, mədəniyyət, eləcə də mədəni irsimizin qorunmasına, mühafizəsinə, inkişafına xüsusi önəm verilmiş, bu xətt yüksək peşəkarlıq və siyasi iradə ilə yürüdülən siyasətin prioritetlərindən birinə çevrilmişdir. Qürurverici haldır ki, bu ənənə Prezident İlham Əliyev tərəfindən ardıcıl olaraq davam etdirilir. Azərbaycanın müasir dövlətçilik tarixində müstəsna yeri olan Ümummilli Lider Heydər Əliyev xalqımızın taleyində dönüş nöqtəsi yaratmış, müstəqil və güclü Azərbaycanın memarı kimi tarixə düşmüşdür.
Memarlıq yalnız binalar inşa etmək deyil, möhkəm təməl, dəqiq hesab və uzaqgörən plan tələb edən sənətdir. Tarixi şəxsiyyət də Azərbaycan dövlətçiliyinin təməlini möhkəm və sarsılmaz edib. Ulu Öndər ölkəni parçalanmadan xilas edərkən siyasi qərarlarını memar dəqiqliyi ilə ölçüb-biçir, gələcək nəsilləri düşünərək ölkənin inkişaf strategiyasını hazırlayırdı.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ilk illər ölkəmiz xaos və böhran içində boğularkən xalq son ümid yeri kimi Ulu Öndərə müraciət etdi. Həyatının qalan hissəsini də xalqına, Vətəninə bağışlamağa hazır olduğunu bildirən Ulu Öndər dövlətin təməlini, dayaqlarını möhkəmləndirdi, sütunlarını sabitlik, qanunçuluq və milli birlik üzərində qurdu. Müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi, neft strategiyasının müəyyənləşdirilməsi, ordu quruculuğu və dövlətçilik institutlarının formalaşdırılması - bütün bunlar böyük quruculuq planının əsas elementləri idi. Ulu Öndərin çoxşaxəli və uzaqgörən fəaliyyəti nəticəsində Azərbaycan siyasi sabitliyə, iqtisadi inkişafa nail olmuş, beynəlxalq aləmdə nüfuz sahibi olmuşdur.
Ümummilli Lider Azərbaycanın yeni dövr üçün demokratik inkişaf modelini müəyyənləşdirdi, bu mütərəqqi inkişafın ictimai şüurda məhkəmlənməsini zərurət kimi ön plana çəkdi. Böyük öndərin dövlətçilik konsepsiyası Azərbaycanın tarixi ənənələrini və müasir Avropa dəyərlərini özündə birləşdirən yeni inkişaf modelini özündə birləşdirdi. İctimai-siyasi sabitlik bu modelin əsas dayaqlarından, istinad nöqtələrindən biri kimi çıxış etdi.
Dahi şəxsiyyət Heydər Əliyev tarixdə yalnız böyük siyasətçi kimi deyil, millətin taleyini memar dəqiqliyi ilə inşa edən dahi qurucu kimi qalacaq. Çünki Azərbaycan adlı bu möhtəşəm əsərin baş memarı məhz Ulu Öndər Heydər Əliyevdir.
Ulu Öndərin siyasi kursunu yeni dövrə, müasir çağırışlara uyğun layiqincə davam etdirən Prezident İlham Əliyevin müdrikliyi şəhərsalma və memarlığın daha da inkişaf etdirilməsinə zəmin yaratdı. Məhz dövlət başçımızın diqqət və qayğısı sayəsində şəhər quruculuğu sahəsindəki yeni təzahürlər, ölkədə inşa edilən monumental komplekslərin memarlıq həlli yeni mərhələyə qədəm qoydu. Xalqımız dövrün qabaqcıl yanaşmalarını və milli təcrübələri əks etdirən layihələrin gerçəkləşdirilməsində də bunun şahidi oldu. Son illər yaradılan şəhərsalma sənətinin yüksək mənəvi-estetik təsir gücünə malik orijinal nümunələr şəhərimizə gələn turistlər tərəfindən də heyranlıqla qarşılanır. Belə orjinal nümunələr sırasına daim yeniləşmə rəmzi olan möhtəşəm Heydər Əliyev Mərkəzi, Alov qüllələri kimi modern üslublu unikal memarlıq abidələri, Ağ şəhər kompleksi daxildir. Bunlarla yanaşı, regionların memarlıq siması da zənginləşərək yeni şəkil almışdır. Son vaxtlar Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma, bərpa-tikinti işlərini, yol infrastrukturnu, möcüzəvi tunellərin tikintisini xüsusi qeyd etmək istərdim.
Ötən 23 ildə Ulu Öndərin müəyyənləşdirdiyi strategiyanı uğurla davam etdirən Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə Azərbaycanın bütün sahələrdə qazandığı qələbələr sıralandı. Bu gün Azərbaycan dünya birliyində Qalib dövlət kimi tanınır. Bütün bunların əsasında dövlət başçımızın yüksək səviyyəli dövlətçilik konsepsiyası, siyasi strategiyası dayanır. Yeni dövrün siyasi lideri kimi dünyada şöhrət qazanmış Prezident İlham Əliyev xalqı inamla Heydər Əliyev ideyaları ətrafında birləşdirir, vətəndaşlarımızın rifahı, dövlətimizin inkişafı ətrafında cəm edir. Artıq bu istiqamətdə də xalqımızın əsas gözləntiləri həyata keçirilib. Təsadüfi deyil ki, möhtərəm Prezidentimiz Ulu Öndərin məzarını ziyarət edərkən deyib: “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”.
2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması Azərbaycan dövlətinin dayanıqlı inkişaf, estetik mühit və müasir şəhər modelinə verdiyi önəmin bariz nümunəsidir. Bu qərar şəhərsalma və memarlığın yalnız texniki sahə deyil, eyni zamanda, milli kimliyin, mədəni irsin və sosial rifahın ayrılmaz tərkib hissəsi olduğunu bir daha təsdiqləyir. Bu gün aparılan genişmiqyaslı quruculuq işləri, şəhər və kəndlərin yenidən qurulması, tarixi memarlıq irsinin qorunması məhz Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyasının uğurlu davamıdır. Qarabağın dirçəlişi isə bu memarlıq baxışının ən parlaq davamıdır.
Bu gün Azərbaycan Respublikasının qazandığı uğurlar, regional və qlobal miqyasda artan nüfuzumuz Prezident İlham Əliyevin Heydər Əliyev siyasi irsini davamlı şəkildə inkişaf etdirməsinin təntənəsidir. Müasir, güclü və qalib Azərbaycan Heydər Əliyev ideyalarının real təcəssümüdür.
Naminə Ömərova,
Yasamal rayon Heydər Əliyev
Mərkəzinin direktoru
Xəbər lenti
Hamısına baxXəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23

