/ / Regional Su Meliorasiya Xidməti və İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti QSC-yə çevriləcək
Regional Su Meliorasiya Xidməti və İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti QSC-yə çevriləcək
20.02.2026 [16:54]
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Regional Su Meliorasiya Xidməti” və “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxslər yenidən təşkil ediləcək.
Bu, Prezident İlham Əliyevin fərmanında əksini tapıb.
Fərmana əsasən, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (bundan sonra – Agentlik) tabeliyində aşağıdakı qurumlar yenidən təşkil edilməlidir:
“Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxs Agentliyin tabeliyində “Regional Su Meliorasiya” Qapalı Səhmdar Cəmiyyətinə çevrilmə yolu ilə;
“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxs Agentliyin tabeliyində “İri Şəhərlərin Su Təchizatı” Qapalı Səhmdar Cəmiyyətinə çevrilmə yolu ilə.
Müəyyən edilib ki:
“Regional Su Meliorasiya” Qapalı Səhmdar Cəmiyyəti meliorasiya və irriqasiya sahəsində xidmətlər göstərən, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını və mühafizəsini, balansında (istifadəsində) olan su təsərrüfatı obyektlərinin (su anbarlarının, kanalların, boru xətlərinin və s.) istismarını, həmçinin Azərbaycan Respublikasının rayon və şəhərlərində (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Naxçıvan və Şirvan şəhərləri istisna olmaqla) istehlakçıların məişət (təsərrüfat) – içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini həyata keçirən dövlətə məxsus kommersiya hüquqi şəxsidir;
“İri Şəhərlərin Su Təchizatı” Qapalı Səhmdar Cəmiyyəti Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Naxçıvan və Şirvan şəhərlərində istehlakçıların məişət (təsərrüfat) – içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini həyata keçirən dövlətə məxsus kommersiya hüquqi şəxsidir;
bu Fərmanda nəzərdə tutulan qapalı səhmdar cəmiyyətləri (bundan sonra – Cəmiyyətlər) həmin hissədə qeyd olunan publik hüquqi şəxslərin hüquqi varisidir və həmin publik hüquqi şəxslərin hüquq və öhdəlikləri, habelə əmlakı müvafiq olaraq Cəmiyyətlərə keçir;
Cəmiyyətlərin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 5 (beş) üzvdən ibarət Müşahidə Şurası yaradılır;
Cəmiyyətlərin fəaliyyətinə cari rəhbərliyi Müşahidə Şurası tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən icraçı direktor həyata keçirir;
Cəmiyyətlərin nizamnamə kapitalı bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində nəzərdə tutulan müvafiq publik hüquqi şəxslərin əmlakı hesabına formalaşır;
Cəmiyyətlər “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində nəzərdə tutulan publik hüquqi şəxslər fəaliyyətini davam etdirir.
Cəmiyyətlərin ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:
Azərbaycan Respublikasının Prezidentinə:
- yenidən təşkili və ləğvi;
- icra orqanının yaradılması;
Nazirlər Kabinetinə:
- nizamnaməsinin təsdiqi və nizamnamə kapitalının miqdarının müəyyən olunması, onlarda dəyişiklik edilməsi;
Agentliyə:
- xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərar qəbul edilməsi;
- Müşahidə Şurası sədrinin Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla vəzifəyə təyin və vəzifədən azad edilməsi;
- Müşahidə Şurasının digər üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;
Müşahidə Şurasına:
- bu Fərmanda qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə səhmdarların ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
bu Fərman nəzərə alınmaqla, normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
Cəmiyyətlərin nizamnamələrini iki ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
Agentlik:
Cəmiyyətlər “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində nəzərdə tutulan publik hüquqi şəxslərin balansında olan əmlakın müvafiq olaraq Cəmiyyətlərin balansına verilməsi ilə bağlı zəruri tədbirlər görülməsini təmin etsin;
bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi “Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 25 avqust tarixli 489 nömrəli Fərmanının 3.7-ci bəndinə uyğun olaraq, Cəmiyyətlərin strukturunun, ştat vahidlərinin və əməkhaqqı sistemlərinin maliyyə ekspertizasını həyata keçirsin və onların optimallaşdırılması üçün tədbirlər görsün.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51

