/ / Dövlət başçısının tapşırığı ilə keçirilən tibbi müayinə aksiyasının xəstəliklərin erkən aşkarlanması baxımından böyük əhəmiyyəti var
Dövlət başçısının tapşırığı ilə keçirilən tibbi müayinə aksiyasının xəstəliklərin erkən aşkarlanması baxımından böyük əhəmiyyəti var
12.03.2014 [09:34]
Prezident İlham Əliyevin tapşırığına əsasən ölkəmizdə əhalinin icbari tibbi müayinədən keçirilməsi aksiyası Nərimanov rayonunda da uğurla davam etdirilir.
Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə yaradılmış komissiya əhali arasında təbliğat-təşviqat və məlumatlandırma işlərini mütəmadi davam etdirir. Komissiyanın gördüyü tədbirlər rayon sakinlərinin tibbi müayinə aksiyasında mütəşəkkilliyini təmin edib. Fevralın 17-dən indiyədək 18 min 449 nəfər rayon sakini hərtərəfli müayinə olunub. Onlardan 747 nəfərinə ambulator, 20 nəfərinə isə stasionar müalicə kursu təyin edilib.
AzərTAc xəbər verir ki, başqa günlərdə olduğu kimi, martın 11-də də 18 nömrəli şəhər poliklinikasında rayon sakinlərinin qrafik əsasında tibbi müayinəsi yüksək səviyyədə aparılıb. Burada sakinlərin rahat şəkildə tibbi müayinələrdən keçmələri üçün bütün lazımi şərait yaradılıb.
Poliklinikanın baş həkimi Şəhla Məmmədova deyib ki, dövlət başçısının tapşırığı ilə keçirilən bu aksiyanın xəstəliklərin erkən aşkarlanması və əhalinin sağlamlığının qorunması baxımından böyük əhəmiyyəti var. Təcrübəli həkimlərdən ibarət səyyar briqadalar müayinəyə gələ bilməyən insanlara evlərində xidmət göstərirlər. Poliklinika 26 min 174 sakinə xidmət edir. Artıq onlardan 4 mini dispanser müayinədən keçib. Müayinə olunanlardan 26 nəfər stasionar müalicəyə cəlb edilib, 16 nəfər isə elmi-tədqiqat institutlarına və diaqnostika mərkəzlərinə göndərilib.
Baş həkim bildirib ki, müayinədən keçən insanlarda ən çox şəkərli diabet, onkoloji, ürək-damar və göz xəstəlikləri müşahidə olunur.
Rayon sakini Zirəddin Bayramlı isə deyib: “Bütün müayinələrdən keçdim. Burada yaradılan şərait, həkimlərin vətəndaşları həssaslıqla dinləmələri məni razı saldı. Gördüyünüz kimi, poliklinika ən müasir tibbi cihazlarla təchiz edilib. Bu da onu göstərir ki, Azərbaycan Prezidentinin səhiyyə sahəsində müəyyən etdiyi proqramlar tibb müəssisələrinin təmir və bərpasına, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təminatına və müalicəsinə xidmət edir. Bu aksiya isə dövlət başçısının vətəndaşlara diqqət və qayğısının daha bir nümunəsidir”.
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16

