Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Sabunçuda avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq olunacaq

Sabunçuda avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq olunacaq

08.10.2026 [14:32]

Sabunçu rayonunda təmir işləri ilə əlaqədar avtomobillərin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) AZƏRTAC-a bildirilib ki, bu gün saat 20:00-dan etibarən Yeni Ramana küçəsinin Asif Əsədullayev küçəsi ilə kəsişməsindən Yeni Suraxanı dairəsinədək olan hissəsində təmir işləri aparılacaq. Təmir işləri ilə əlaqədar qeyd olunan yol hissəsində nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq ediləcək.

Sürücülərdən yolda sıxlığın yaranmaması üçün əvvəlcədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri, hərəkət zamanı diqqətli olmaları və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.

Paylaş:
Baxılıb: 58 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Gündəm

Analitik

Braziliya seçkiləri

08 Oktyabr 09:17  

Sosial

Payız depressiyası...

08 Oktyabr 08:52

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31