YAP Mərkəzi Aparatında Vyetnam nümayəndə heyəti ilə görüş keçirilib
08.10.2026 [13:54]
Oktyabrın 8-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ilə ölkəmizdə səfərdə olan Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin rəsmi nəzəri və siyasi orqanı olan “Kommunist İcmalı” jurnalının Baş redaktorunun müavini Nquyen Nqok Hanın rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Görüşdə Azərbaycan-Vyetnam münasibətlərinin dərin tarixi köklərə malik olduğu qeyd edilərək xalqlarımız arasındakı dostluq əlaqələrinin hələ SSRİ dönəmində formalaşdığı, Vyetnam xalqının öndəri Ho Şi Minin 1959-cu ildə Azərbaycana, Ümummilli Lider Heydər Əliyevin isə SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini kimi 1983-cü ildə Vyetnama səfərinin tarixi əhəmiyyəti vurğulanıb.
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev ilə Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın iki ölkə arasında əməkdaşlığı xüsusi diqqət mərkəzində saxladıqları qeyd olunub.
Bildirilib ki, Azərbaycanın müstəqilliyinin bərpasından sonra diplomatik əlaqələrin yaradılması və dövlət başçılarının qarşılıqlı səfərləri münasibətlərin dinamik inkişafı üçün geniş imkanlar formalaşdırıb.
Qeyd olunub ki, Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnam Sosialist Respublikasına dövlət səfəri, Vyetnam Prezidenti Çıonq Tan Şanqın 2015-ci ildə, Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın isə 2025-ci ildə ölkəmizə rəsmi səfərləri dövlətlər arasında ikitərəfli və çoxşaxəli münasibətlərin inkişafına təkan verərək iqtisadi, siyasi, mədəni-humanitar və digər sahələlərdə işbirliyinin dərinləşməsinə etibarlı zəmin yaradıb, 2025-ci ilin mayın 7-də Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatın qəbul olunması isə Azərbaycan-Vyetnam münasibətlərini yeni inkişaf mərhələsinə yüksəldib.
Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasındakı əlaqələrin Azərbaycan-Vyetnam münasibətlərinin mühüm tərkib hissəsi olduğu vurğulanaraq daimi təmasların və qarşılıqlı səfərlərin önəmi qeyd olunub. 2023-cü ildə Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında imzalanmış Əməkdaşlıq Sazişindən irəli gələn vəzifələrin icrasının istər partiyalar, istərsə də ölkələr arasında dostluq və tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə xidmət etdiyi bildirilib.
Strateji tərəfdaşlıq münasibətlərinin irəliyə aparılması üçün ayrı-ayrı qurumların üzərinə mühüm vəzifələrin düşdüyü, bu kontekstdə media subyektləri arasında sıx əməkdaşlığın vacibliyi vurğulanıb. Davamlı informasiya mübadiləsinin həyata keçirilməsi, beynəlxalq müstəvidə hər iki ölkənin milli maraqlarının müdafiəsinə ideoloji dəstəyin verilməsi, müxtəlif dillərdə sistemli təbliğatın aparılması və dezinformasiyalara qarşı birgə mübarizənin təşkili üçün məqsədyönlü tədbirlərin reallaşdırılmasının son dərəcədə önəmli olduğu qeyd edilib.
Görüşdə qarşılıqlı maraq doğuran digər bir sıra məsələlər barədə fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
08 Oktyabr 15:37
Dünya
08 Oktyabr 15:22
Elm
08 Oktyabr 15:17
Sosial
08 Oktyabr 14:33
Sosial
08 Oktyabr 14:32
Hadisə
08 Oktyabr 14:30
Dünya
08 Oktyabr 14:30
Gündəm
08 Oktyabr 14:29
Gündəm
08 Oktyabr 13:58
Siyasət
08 Oktyabr 13:56
YAP xəbərləri
08 Oktyabr 13:54
Dünya
08 Oktyabr 13:19
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:08
Gündəm
08 Oktyabr 12:55
Sosial
08 Oktyabr 12:21
Siyasət
08 Oktyabr 12:08
Siyasət
08 Oktyabr 12:06
Gündəm
08 Oktyabr 11:59
Gündəm
08 Oktyabr 11:49
Sosial
08 Oktyabr 11:14
Elm
08 Oktyabr 11:12
İqtisadiyyat
08 Oktyabr 11:11
Siyasət
08 Oktyabr 10:59
Gündəm
08 Oktyabr 10:46
Gündəm
08 Oktyabr 10:45
Sosial
08 Oktyabr 10:21
Gündəm
08 Oktyabr 10:07
Gündəm
08 Oktyabr 09:53
İqtisadiyyat
08 Oktyabr 09:45
Gündəm
08 Oktyabr 09:32
Analitik
08 Oktyabr 09:17
Sosial
08 Oktyabr 08:52
Elm
08 Oktyabr 08:30
Gündəm
08 Oktyabr 08:14
Elm
07 Oktyabr 23:29
Dünya
07 Oktyabr 22:46
İqtisadiyyat
07 Oktyabr 22:03
Dünya
07 Oktyabr 21:30
Dünya
07 Oktyabr 20:57
Dünya
07 Oktyabr 20:33
Dünya
07 Oktyabr 19:57
Dünya
07 Oktyabr 19:14
Dünya
07 Oktyabr 18:43
Hadisə
07 Oktyabr 18:22
Dünya
07 Oktyabr 17:45
Dünya
07 Oktyabr 17:19
Elm
07 Oktyabr 16:32
İqtisadiyyat
07 Oktyabr 16:30
YAP xəbərləri
07 Oktyabr 16:26
Hadisə
07 Oktyabr 16:13
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:11
Siyasət
07 Oktyabr 16:11
Gündəm
07 Oktyabr 15:38
Sosial
07 Oktyabr 15:18
Siyasət
07 Oktyabr 15:05
Siyasət
07 Oktyabr 15:04
İqtisadiyyat
07 Oktyabr 14:21
Sosial
07 Oktyabr 14:07
Siyasət
07 Oktyabr 13:30
Siyasət
07 Oktyabr 13:07
Siyasət
07 Oktyabr 12:50
Siyasət
07 Oktyabr 12:49

