“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin on üçüncü cildi çapdan çıxıb
15.03.2014 [10:59]
“Neft Fondunun yaradılması neft strategiyamızın vacib elementlərindən biri olub. Neftin satışından gəlirlər əldə etməyə başladıqdan dərhal sonra Neft Fondu təsis edilib. Fond çox müasir və şəffaf quruluşa malikdir və onun fəaliyyəti və gəlirləri haqqında məlumatlar müntəzəm olaraq dərc edilir. Bu, çox vacib bir məsələdir, belə ki, uğur qazanmaq, ölkəni inkişaf etdirmək və gəlirlərdən lazımi qaydada istifadə etmək üçün maksimum dərəcədə şəffaflığın təmin edilməsi zəruridir. Fond üzərində beynəlxalq audit həyata keçirilir və o, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu da daxil olmaqla, beynəlxalq maliyyə təşkilatları ilə yaxından əməkdaşlıq edir. Buna görə də belə hesab edirəm ki, Neft Fondunun fəaliyyəti ölkə iqtisadiyyatının gələcəkdə çoxşaxəli inkişafı üçün olduqca vacib rol oynayacaq”. AzərTAc xəbər verir ki, bu sözlər yenicə çapdan çıxmış “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin on üçüncü cildində dövlətimizin başçısının 2005-ci il oktyabrın 18-də Prezident sarayında ABŞ-ın “New York times”, “Los Angeles times” qəzetlərinin, “Bloomberg” informasiya agentliyinin və “Dow Jones/CNBC” telekanalının müxbirlərinə müsahibəsindən götürülüb.
Nəşrin buraxılışına məsul Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdir.
Çoxcildliyin bu kitabında Prezident İlham Əliyevin 2005-ci ildə Bolqarıstan Respublikasına rəsmi səfəri, Finlandiya, Latviya prezidentlərinin ölkəmizə rəsmi səfərləri, bir sıra xarici dövlət və hökumət başçıları, ictimai-siyasi xadimlərlə, Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin iştirakçıları ilə görüşləri, xarici KİV-lərə verdiyi müsahibələr toplanıb.
Həmçinin kitabda dövlətimizin başçısının 2005-ci il oktyabrın 12-də Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin Gürcüstan ərazisindən keçən hissəsinin inşasının başa çatdırılması və kəmərin xam neftlə doldurulması münasibətilə təntənəli mərasimdə iştirak etmək üçün Gürcüstana səfəri və orada Türkiyə Prezidenti Əhməd Necdət Sezər və Gürcüstan Prezidenti Mixeil Saakaşvili ilə görüşləri verilib.
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin on üçüncü cildində dövlətimizin başçısının Azərbaycan gənclərinin IV forumunun yekun toplantısında və ölkəmizdə parlament seçkilərinə dair keçirilmiş müşavirədəki nitqləri də yer alıb.
Bu cilddə Prezident İlham Əliyevin respublikamızın Gəncə şəhərinə, Kürdəmir, Sabirabad və Qazax rayonlarına səfərləri də əksini tapıb.
Kitabda, həmçinin Prezident İlham Əliyevin bir sıra beynəlxalq tədbirlərə, ölkə başçılarına, ictimai-siyasi, mədəniyyət və incəsənət xadimlərinə ünvanlandığı məktublar da toplanıb.
Kitaba “Qeydlər”, “Şəxsi adlar” “Coğrafi adlar” göstəriciləri də daxil edilib.
On üçüncü cildə daxil olan materiallar 2005-ci ilin sentyabr ayından oktyabr ayınadək olan dövrü əhatə edir.
“Azərnəşr” tərəfindən buraxılmış cildin hazırlanmasında Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) materiallarından istifadə olunub.
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08

