Səbail rayonunda aztəminatlı ailələrə bayram sovqatı təqdim olunub
18.03.2014 [09:03]
Novruz bayramı ərəfəsində Səbail rayon İcra Hakimiyyəti tərəfindən müxtəlif tədbirlər keçirilir.
Rayon İcra Hakimiyyətindən AzərTAc-a bildiriblər ki, rayonda geniş abadlıq quruculuq işləri aparılıb, hər yerdə bayram tərtibatı qurulub, orta və məktəbəqədər təhsil müəssisələrində baharın gəlişinə həsr olunmuş tədbirlər, rayonun qəsəbə mədəniyyət evləri, digər mədəniyyət ocaqlarında bayram tamaşaları hazırlanıb.
Novruz bayramına həsr olunmuş tədbirlər çərçivəsində rayonda yaşayan şəhid, əlil, veteran, kimsəsiz və aztəminatlı ailələr, məcburi köçkünlərə Səbail rayon İcra Hakimiyyəti ilə yanaşı, ərazidə yerləşən idarə və təşkilatlar, bələdiyyələr, xeyriyyəçilərin təşəbbüsü ilə zəruri ərzaqlardan ibarət bağlamalar təqdim olunub.
Rayonda növbəti belə bir tədbir Bayıl yaşayış sahəsində Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin, ağsaqqallar və veteranlar təşkilatları şuralarının, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi, Azərbaycandakı Rus İcmasının və “Sodrucestvo” Cəmiyyətlərinin rayon şöbələrinin rəhbərləri və üzvləri, yataq xəstələrinə xidmət göstərən sosial xidmət işçiləri, rayon bələdiyyələrinin nümayəndələrinin iştirakı ilə keçirilib.
Səbail rayon İcra Hakimiyyəti başçısının müavini Yavər Allahverdiyev Novruz bayramı münasibətilə iştirakçıları təbrik edib, bu günlərdə ehtiyacı olan insanlara kömək göstərilməsinin əhəmiyyətini vurğulayıb. O, bayramla bağlı rayonda görülən işlər barədə məlumat verib.
Tədbirdə digər çıxış edənlər də əhalinin sosial problemlərinin həllinə göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Novruz bayramı münasibətilə rayonun Badamdar və Bibiheybət qəsəbələrində qəsəbə mədəniyyət evlərinin özfəaliyyət kollektivlərinin və tanınmış incəsənət xadimlərinin iştirakı ilə sakinlər və qəsəbələrdəki hərbi hissələrin şəxsi heyəti üçün əyləncəli bayram tədbirlərinin keçirilməsi də nəzərdə tutulub.
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08

