Gəncədə Uşaq Stomatoloji Poliklinikasının açılışı olub
19.03.2014 [10:02]
Dünən Gəncə şəhər Uşaq Stomatoloji Poliklinikasının açılışı olub. Açılış mərasimində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, şəhər rəsmiləri, ziyalılar, səhiyyə işçiləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər. Mərasimi açan Səhiyyə İdarəsinin rəisi Mehman Rzayev ölkə rəhbərliyinin sosial siyasət sahəsində həyata keçirdiyi mühüm tədbirlərdən, Gəncə səhiyyəsinin inkişafındakı uğurlardan, şəhər rəhbərliyinin bu sahəyə xüsusi diqqət və qayğı göstərməsindən söhbət açıb.
İcra başçısı Elmar Vəliyev tədbir iştirakçılarını milli bayramımız olan Novruz bayramı münasibətilə təbrik edib və bayram əhval-ruhiyyəsində olan gəncəlilərə fəaliyyətlərində uğurlar arzulayıb. Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev səhiyyəyə, əhalinin sağlamlığına xüsusi qayğı ilə yanaşır. Gəncədə də bu sahədə işlər yüksək səviyyədə təşkil olunub. Tibb müəssisələri müasir tələblər səviyyəsində təmir olunur, yeniləri istifadəyə verilir, yeni avadanlıqlarla təchiz edilir. Bu gün (dünən - red.) istifadəyə verilən Uşaq Stomatoloji Poliklinika da bu istiqamətdə keçirilən genişmiqyaslı tədbirlərdən biridir.
Sonra icra başçısı və tədbir iştirakçıları poliklinikada yaradılan şəraitlə tanış olublar.
Qeyd edək ki, poliklinika 1968-ci ildən fəaliyyət göstərir. 45 illik fəaliyyəti dövründə burada əsaslı təmir işləri aparılmayıb. Gəncə şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə 2013-cü ilin noyabr ayından əsaslı təmir və yenidənqurma işlərinə başlanıb, 2014-cü ilin fevral ayında bu tibb müəssisəsi istifadəyə verilib.
Poliklinikada 19 nəfər həkim, 17 nəfər orta tibb işçisi, 7 nəfər kiçik tibb işçisi olmaqla, 43 tibbi heyətlə uşaqlara müalicə-profilaktik tibbi xidmət göstərir. Burada panoramalı rentgen aparatı, aftoklav, tibbin son nailiyyətləri olan 4 stomatoloji qurğu, rezoqraf aparatları var.
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40

