“Tarix təkrarlanır” mövzusunda “dəyirmi masa” Azərbaycanlıların Soyqırımı Gününə həsr olunub
29.03.2014 [12:05]
Martın 28-də Azərbaycan İstiqlal Muzeyində “Tarix təkrarlanır” mövzusunda “dəyirmi masa” keçirilib.
AzərTAc xəbər verir ki, 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “dəyirmi masa”da Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, Azərbaycan Milli Elmlər Akademiyasının Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, professor Solmaz Rüstəmova-Tohidi, Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Musa Qasımlı, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müəllimi, tarix elmləri doktoru, professor Həvva Məmmədova çıxış edərək erməni vandallarının zaman-zaman xalqımızın başına gətirdikləri müsibətlərdən danışıblar.
Bildirilib ki, 1918-ci ildə martın 30-dan aprelin 2-dək Bakıda, Şamaxıda, Qubada, ölkəmizin digər şəhər və rayonlarında törədilmiş qanlı hadisələrdə minlərlə insan qətlə yetirilib. Bu qanlı qırğın zamanı Şamaxı qəzasında 110 kəndin zərər çəkdiyi nəzərə çatdırılaraq bildirilib ki, bu yaşayış məntəqələrindən 96-sı tamamilə yandırılıb.
Qeyd olunub ki, bu qanlı hadisələrə ilk dəfə Ümummilli liderimiz Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verilib və Ulu öndərin “31 mart Azərbaycanlıların Soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edilib.
Çıxış edənlər söyləyiblər ki, 1918-ci il mart qətliamları ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş ilk və son hadisə olmayıb. XX əsr boyu bu qətliamların davam etdiyi vurğulanaraq 1905-1907, 1918, 1920 və 1988-ci illərdə ermənilərin ölkəmizdə törətdikləri qırğınlar barədə məlumat verilib.
Erməni qəsbkarlarının “Böyük Ermənistan” yaratmaq xülyası ilə zaman-zaman işğalçılıq siyasəti apardıqlarını diqqətə çatdırılaraq qeyd edilib ki, tarixi düşmənlərimiz Azərbaycanın müxtəlif bölgələrində soyqırımı törədiblər.
Bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış komissiya tərəfindən bu hadisələr tədqiq edilib və faktlar sənədlərdə qeyd olunub. Tədqiqatlar nəticəsində soyqırımı qurbanlarının sayı haqqında yeni rəqəmlər aşkar edilib.
Tədbirdə azərbaycanlıların soyqırımından bəhs edən videoçarx nümayiş olunub.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

