Şəkidə indiyədək 24 minə yaxın sakin tibbi müayinədən keçib
01.04.2014 [09:05]
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq əhalinin tibbi müayinədən keçirilməsi aksiyası Şəkidə də mütəşəkkil davam etdirilir.
Şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova AzərTAc-a bildirib ki, əhalinin sağlamlığının etibarlı şəkildə qorunması, xəstəliklərin erkən aşkar edilərək insanların müalicəyə cəlb olunması məqsədilə keçirilən bu tədbir rayon əhalisinin ürəyincədir. Tibbi müayinələrin məqsədi və əhəmiyyəti barədə əhali arasında müntəzəm olaraq maarifləndirmə işi aparılır. Müayinələr əvvəlcədən tərtib edilmiş cədvəl əsasında həyata keçirilir.
Z.Cavadovanın bildirdiyinə görə, fevralın 17-dən davam edən aksiya çərçivəsində indiyədək 24 minə yaxın rayon sakini tibbi müayinədən keçib. Rayonun 28 yaşayış məntəqəsində əhalinin pulsuz tibbi müayinəsi artıq tam başa çatdırılıb. Qalan yaşayış məntəqələrində tibbi müayinələr mayın 1-dək yekunlaşacaq.
Müayinələrin keçirildiyi rayon mərkəzi xəstəxanasının konsultativ poliklinika şöbəsi bu günlər gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Müayinə olunmaq üçün hər gün buraya yüzlərlə rayon sakini müraciət edir. Poliklinika şöbəsinin müdiri Nazim Əliyevin bildirdiyinə görə, indiyədək müayinə olunanların 3541 nəfərinə müalicə təyin olunub, 37 nəfər stasionar müalicəyə cəlb edilib. Eyni zamanda, daha ciddi müayinəyə ehtiyacı olan bir neçə rayon sakini Bakı şəhərinin tibb müəssisələrinə göndərilib.
Şəki Birləşmiş Uşaq Xəstəxanasının baş həkimi İmran Əliyev əhalinin pulsuz tibbi müayinədən keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirərək deyib: “Ölkə rəhbərliyinin uğurla həyata keçirdiyi siyasət nəticəsində son illər səhiyyə sistemində də böyük nailiyyətlər əldə edilmişdir. Bu gün səhiyyənin bir sıra prioritet istiqamətlərinin inkişafı, o cümlədən ana və uşaqların sağlamlığının mühafizəsi dövlət siyasəti səviyyəsinə yüksəldilmişdir. Hazırda ölkə əhalisinin tibbi müayinəsi ilə yanaşı, uşaqların icbari dispanserləşdirilməsi də uğurla davam etdirilir”.
Şəkidə 39 minə yaxın uşağın yaşadığını bildirən baş həkim, onların böyük əksəriyyətinin artıq tibbi müayinədən keçdiyini diqqətə çatdırıb. İmran Əliyev bildirib ki, uşaqların sağlamlığının mühafizəsinə dövlət qayğısının bariz nümunələrindən biri də “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının tərkib hissəsi olaraq “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2013-2020-ci illər üçün Dövlət Proqramı”nın qəbul edilməsidir. Bu gün səhiyyənin uğurlarından biri də tibbi demoqrafik göstəricilərin ildən-ilə yaxşılaşdırılmasıdır. Aparılan işlərin məntiqi nəticəsi olaraq ölkədə uşaq və ana ölümü azalıb, uşaqların sağlamlıq vəziyyəti xeyli yaxşılaşdırılıb. Bu sahədə işlər ardıcıl davam etdirilir.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

