SAĞALMAYAN YARAMIZ
01.04.2014 [09:13]
Tarixi mənbələrimizə nəzər saldıqda erməni daşnaklarının iki əsrə qədər bir dövrü əhatə edən zaman çərçivəsində həmişə Azərbaycana qarşı torpaq iddiasında olduqlarının və bu iyrənc tələbin müqabilində xalqımızın çoxsaylı işgəncələrə, soyqırımlara məruz qaldığının şahidi oluruq. Zaman-zaman zəbt olunmuş torpaqlarımız geri qaytarılmadan, daha da dərinləşən bu düşmənçiliyin nəticəsində bu gün də torpaqlarımızın 20 faizdən çoxu mənfur erməni şovinistlərinin tapdağı altında qalmaqdadır.
Bu məqamda vurğulamaq yerinə düşər ki, ermənilərin azərbaycanlılara qarşı bəslədiyi nifrət və düşmənçilik bu günlərin düşmənçiliyi deyil və kökləri dərinə gedir. 1918-ci ilin mart soyqırımına gəlincə, qeyd edək ki, çar Rusiyası zamanında müstəqil dövlətlərin yaranmasından və bu qarışıqlıqdan məharətlə istifadə edə bilən ermənilər Qafqazda, o cümlədən, bütünlüklə Azərbaycanda azərbaycanlılara qarşı genişmiqyaslı soyqırımı siyasətini həyata keçirməyə başlamışdılar. Tarixi mənbələrdə də qeyd olunduğu kimi, həmin vaxt Azərbaycanın və Qafqazın ərazilərində azərbaycanlılara qarşı ermənilər tərəfindən başlanan əməliyyatlarda misli görünməyən qırğınlar, zorakılıqlar, talanlar və işgəncələr geniş vüsət almışdır. Bu qırğınların və talanların Qubada, Salyanda, Lənkəranda, Şamaxıda, Göyçayda, Bakıda və başqa regionlarda eyni zamanda başlaması sanki bir müharibə meydanını xatırladırdı.
Beləliklə, mənbələrdə göstərildiyi kimi, Rusiyada baş vermiş oktyabr inqilabının qələbəsindən sonra döyüşlərdə iştirak etmiş erməni əsgər və zabitləri silahları ruslara təhvil vermədən hərbi hissələri tərk etmişdilər. Bir sözlə, erməni cəlladları üçün yeni bir tapşırıqla xalqımıza qarşı öz iyrənc əməllərini həyata keçirmək üçün fürsət yaranmışdı. Bolşevik maskası ilə maskalanmış, o zaman Bakı Xalq Komissarları Sovetinin sədri olmuş və Leninin mandatını əlində bayraq edən Stepan Şaumyan guya şura hökumətini sevməyənlərə, fəhlə-kəndli sinfinin təmsilçisi olan bolşeviklərə aman verməyənlərə, aranı qarışdırmaq istəyənlərə və millətçilərə qarşı təmizləmə işləri aparmaq əmrini vermişdi. Əslində isə belə deyildi. Bu terror əməliyyatları, dinc əhaliyə divan tutulması əvvəlcədən işlənib hazırlanmış plan əsasında törədilmişdir. Həmin vaxt xalqımıza qarşı amansız soyqırımı təkcə Bakıda, Şamaxıda, Qubada, Lənkəranda deyil, bütün bölgələrdə, İrəvanda, Zəngəzurda, Qarabağda da ümumiyyətlə, bütünlükdə Azərbaycanda həyata keçirilmişdir.
Daha dəqiq desək, Azərbaycan torpaqlarını azərbaycanlılardan təmizləyərək erməniləşdirilməsi siyasəti “Daşnaksütyun” partiyasına başçılıq edən erməni millətçilərindən S.Şaumyan, T.Əmiryan, S.Lalayan, B. Avakyan, Ter-Mikaelyan, Arakelyan, Hamazasp Srvantsyan və başqalarının verdikləri əmrlərin icrası ilə həyata keçirilirdi. 1933-cü ildə M. Ə. Rəsulzadənin redaktorluğu ilə Almaniyada nəşr olunan “İstiqlal” qəzetinin 1 aprel tarixli 31-ci sayında 1918-ci ilin mart soyqırımı haqqında yazılmışdı: “Bir həftə ərzində Bakı bütün simasını dəyişmişdi. 31 martda 15.000 günahsız türk başı kəsilmişdi”.
Bakıda o ərəfədə vəziyyət doğrudan da, inanılmaz dərəcədə dəhşətli idi. Tarixi mənbələrdə göstərildiyi kimi, Bakı xarabazara çevirilmişdi. İnsanların meyitləri elə küçələrdə də qalmışdı. Şəhəri üfunət iyi başına almışdı. Ermənilər azərbaycanlıların yaşadıqları məhəllələri top atəşinə tuturdular. Vəhşiləşmiş cəlladlar insanları diri-diri divara mıxlayır, kürəklərinə qaynar samovar bağlayır, başlarını kəsir, hətta hamilə qadınların qarnını cıraraq körpəsini süngüyə keçirirdilər. Dəhşətli işgəncələrə məruz qalan köməksiz və silahsız azərbaycanlılar özlərini, ailələrini müdafiə etmək üçün balta, bıçaq, yaba ilə qorumağa çalışsalar da, sonunda qətlə yetirilirdilər. Hətta ailəsinin gözü qarşısında qadınları soyunduraraq saçlarından bir-birinə bağlayıb küçələrdə gəzdirir və sonunda güllələyirdilər. Ah-nalə səsi ərşə ucalırdı.
Onu da qeyd edək ki, mart soyqırımı haqqında həqiqətlər sovet imperiyası zamanında saxtalaşdırılaraq, başqa formada təqdim edilmişdir. Hətta tarix kitablarında belə ermənilərin adı çəkilmədən bütün məsuliyyət azərbaycanlıların üzərinə yazılmışdır. Lakin hazırda tədqiqatçıların üzünə açılan arxivlər həqiqətin üzə çıxmasına və dünyaya çatdırılmasına kömək olur. Artıq hər kəsə bəllidir ki, mart soyqırımının həyata keçirilməsində bir zamanlar az qala məbədgaha çevrilmiş “26 Bakı komissarları” adlandırılan cinayətkar qrupun üzvlərinin xüsusi fəaliyyəti olmuşdur. Belə ki, “Daşnaksütyun” partiyasının və eləcə də, S.Şaumyanın yaxın silahdaşları olan T.Əmiryan, S.Lalayan, H.Srvantsyan, Q.Korqanov, A.Mikoyan, B.Avakyan və başqaları bu terror əməliyyatlarının azərbaycanlılara qarşı törədilməsinin əsas səbəbkarları olmuşdurlar.
Artıq o zamandan bir əsrə yaxın vaxt ötməsinə baxmayaraq hələ də bizim yaralarımız sağalmayıb. Çünki bu soyqırımların davamı bu gün də var və ermənilər tərəfindən bu gün də xalqımıza qarşı həyata keçirilməkdədir. Lakin nə yaxşı ki, arxivlərdə bu günə qədər qorunub saxlanılan sənədlər əsl cinayətkarların üzə çıxarılmasında və bütün dünyada tanınmasında böyük işlər görür.
Azərbaycan tarixi ilə dərindən məşğul olan və bu sahədə geniş tədqiqat aparan alimlərimizin səyi nəticəsində 1918-ci ilin mart soyqırımına aid çox dəyərli nəşrlər bu gün oxucuların istifadəsinə verilmişdir. Kitabxanalarımızda sənədlər əsasında yazılmış olan bu qiymətli nəşrləri oxumağa dəyər.
Pərixanım Muradova,
Azərbaycan Respublikası
Prezidentinin İşlər İdarəsinin
Siyasi Sənədlər Arxivinin aparıcı məsləhətçisi, şöbə müdiri
Xəbər lenti
Hamısına baxSiyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33

