/ / Tanınmış yazıçı-publisist Elmira Axundovanın Dövlət mükafatına təqdim olunmuş “Heydər Əliyev. Şəxsiyyət və Zaman” çoxcildliyinin Dövlət İdarəçilik Akademiyasında ictimai müzakirələri keçirilib
Tanınmış yazıçı-publisist Elmira Axundovanın Dövlət mükafatına təqdim olunmuş “Heydər Əliyev. Şəxsiyyət və Zaman” çoxcildliyinin Dövlət İdarəçilik Akademiyasında ictimai müzakirələri keçirilib
02.05.2014 [09:05]
Xəbər verdiyimiz kimi, aprelin 25-də Dövlət Mükafatları Komissiyası elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə 2014-cü ilin Dövlət mükafatlarına təqdim olunan işlərin siyahısını elan edib.
Komissiya Dövlət mükafatlarına irəli sürülmüş işlərlə ictimaiyyətin geniş tanış olması və müvafiq rəylərin bildirilməsi məqsədi ilə idarə və təşkilatlardan, ictimai və yaradıcı birliklərdən təqdim olunan işlərin ictimai müzakirəsinin keçirilməsini xahiş edib.
Dövlət mükafatına təqdim olunan işlər sırasında tanınmış yazıçı-publisist, Azərbaycanın Əməkdar Jurnalisti, Milli Məclisin deputatı Elmira Axundovanın Azərbaycan və rus dillərində “Heydər Əliyev. Şəxsiyyət və Zaman” adlı 6 cildlik (6-cı cild 2 kitabdan ibarətdir) roman-tədqiqatı da var.
Çoxcildliyi ədəbiyyat sahəsi üzrə 2014-cü ilin Dövlət mükafatına Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutu təqdim edib.
AzərTAc xəbər verir ki, mayın 1-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında çoxcildliyin ictimai müzakirəsi keçirilib. İctimai müzakirədə tanınmış elm xadimləri, Milli Məclisin deputatları, Dövlət İdarəçilik Akademiyasının professor-müəllim heyəti və tələbələri iştirak ediblər.
Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov müzakirələri açaraq, Ulu öndər Heydər Əliyevin anadan olmasının 91 illiyi ərəfəsində belə bir tədbirin keçirilməsinin əhəmiyyətini vurğulayıb, “Heydər Əliyev. Şəxsiyyət və zaman” çoxcildliyinin ictimai müzakirəsinin məhsuldar keçəcəyinə əminliyini ifadə edib.
Akademik U.Ələkbərov deyib ki, ictimai müzakirəsini keçirdiyimiz çoxcildlik tanınmış yazıçı-publisist Elmira Axundovanın uzun illəri əhatə edən məhsuldar yaradıcılıq fəaliyyətinin bəhrəsidir. Çoxcildliyi oxuyarkən qəti əminlik hasil olur ki, müəllifin bu əsərləri bədii düşüncə ilə yanaşı, daha çox real həyat hadisələrinin, ciddi tarixi-siyasi proseslərin peşəkarcasına müşahidəsinin və arxiv sənədləri üzərində ciddi yaradıcılıq işinin məhsuludur.
Diqqətə çatdırılıb ki, Elmira Axundova on ildən artıq gərgin əməyinin nəticəsi olan “Heydər Əliyev. Şəxsiyyət və zaman” çoxcildliyindən əvvəl Ulu öndərin siyasi bioqrafiyasının müxtəlif dövrlərini əks etdirən “Poliqrafçının ölümü”, “Həqiqət anları”, “Şüşə saray” kitablarını yazıb. Onun Ümummilli liderin fəaliyyətinə həsr edilmiş əsərləri 1990-cı ildən sonrakı dövrdə siyasi publisistikanın ən yaxşı nümunələridir.
“Heydər Əliyev. Şəxsiyyət və zaman” çoxcildliyinin müzakirəsində Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, fəlsəfə elmləri doktoru, professor Rəbiyyət Aslanova, parlamentin deputatları - texnika elmləri doktoru, professor, Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən əsərlərin müəllifi Hüseynbala Mirələmov, tarix elmləri doktoru, professor Musa Qasımlı, AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Asif Rüstəmov, ədəbiyyatşünas alim, professor Qəzənfər Paşayev, Dövlət İdarəçilik Akademiyası tarix kafedrasının professoru, tarix elmləri doktoru Musa Quluzadə, DİA-nın siyasi araşdırmalar institutunun direktoru, professor Elman Nəsirov və başqaları çıxış edərək Ulu öndərin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən danışıb, çoxcildliyin elmi-siyasi əhəmiyyətini və müəllif Elmira Axundovanın əməyini yüksək qiymətləndiriblər.
Bildirilib ki, yazıçı-publisist Elmira Axundovanın roman-tədqiqat janrında yazdığı “Heydər Əliyev. Şəxsiyyət və zaman” çoxcildliyi Əliyevşünaslıq elminə qiymətli töhfədir.
Bütün çıxışlarda çoxcildliyin Dövlət mükafatına layiq əsər olduğu xüsusi vurğulanıb.
DİA-nın rektoru, akademik Urxan Ələkbərov ictimai müzakirələrə yekun vuraraq deyib: “Tədbirdə çıxış edənlərin hamısının yekdil fikri budur ki, “Heydər Əliyev. Şəxsiyyət və zaman” çoxcildliyi Dövlət mükafatına layiq olan qiymətli əsərdir”.
Sonda “Heydər Əliyev. Şəxsiyyət və zaman” çoxcildliyinin müəllifi Elmira Axundova çıxış edərək roman-tədqiqata verilən yüksək qiymətə görə minnətdarlığını bildirib, bu əsərlər əsasında xarici oxucular üçün 3 cilddən ibarət kitab üzərində işlədiyini qeyd edib.
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Hərbi
11 İyul 10:52
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45

