Heydər Əliyev Fondu 1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə tədbir keçirib
30.05.2014 [09:26]
Fondun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib
Mayın 29-da Heydər Əliyev Fondu tərəfindən Bakıdakı 1 nömrəli uşaq evinin Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən istirahət düşərgəsində 1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə tədbir keçirilib.
AzərTAc xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva tədbirdə iştirak ediblər.
Uşaqlarla görüşən Leyla Əliyeva və Arzu Əliyeva onlarla çay süfrəsi arxasında söhbət ediblər.
Uşaq hüquqlarının təmin edilməsi ölkəmizdə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu siyasətin uğurla reallaşdırılmasına Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva hərtərəfli dəstək verir. Ulu öndərin adını daşıyan Fond yarandığı ilk gündən valideyn himayəsindən məhrum olan, dövlət müəssisələrində tərbiyə edilən uşaqların taleyini diqqət mərkəzində saxlayır. Paytaxtımızın Nizami rayonundakı 1 nömrəli uşaq evinin Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki düşərgəsinin açılışı da Fondun uşaqlarla bağlı reallaşdırdığı layihələr silsiləsinə daxildir.
Mərasimdə çıxış edən Heydər Əliyev Fondunun nümayəndəsi İlqar Mustafayev Fondun uşaqlarla bağlı həyata keçirdiyi layihələrdən söz açıb. Bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyeva uşaqların hər cür qayğı ilə əhatə olunması, onların müasir vətəndaş kimi yetişməsi məsələlərinə xüsusi diqqət yetirirlər.
Qeyd edilib ki, Bakıdakı 1 nömrəli uşaq evinin Şüvəlanda yerləşən istirahət düşərgəsində reallaşdırılan bu tədbir Heydər Əliyev Fondunun 1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə keçirdiyi silsilə tədbirlər çərçivəsində və düşərgə mövsümünün açılışı ilə əlaqədar baş tutub.
Mərasimdə, həmçinin Rusiya Federasiyasının Həştərxan vilayətindən, Bosniya və Herseqovinadan və Pakistandan da qonaqlar iştirak ediblər.
Bayram şənliyində istedadlarını göstərən uşaqlar əylənib, rəqs edib, şeir söyləyiblər.
Xarici ölkələrdən olan qonaqlar bu mərasimdə onların iştirakına yaradılan şəraitə görə Heydər Əliyev Fonduna minnətdarlıqlarını bildiriblər. Onlar azərbaycanlı uşaqlarla gələcək dostluqlarının möhkəm təməl üzərində qurulacağına əminlik ifadə ediblər.
Mərasimdə Rusiya Federasiyasının Həştərxan vilayətinin uşaqları adından Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya fotoalbom hədiyyə edilib.
Bakıdakı 1 nömrəli uşaq evinin Şüvəlanda yerləşən istirahət düşərgəsində 2013-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir işləri aparılıb, həyətyanı sahə abadlaşdırılıb. Burada yeni, müasir stadion inşa edilib, hovuz yenidən qurulub, uşaqların asudə vaxtlarını səmərəli keçirmələri üçün gözəl şərait yaradılıb. Hazırda düşərgədə 120 uşaq istirahət edir.
Mərasimin sonunda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva uşaqlarla xatirə şəkli çəkdiriblər.
Uşaqlara Heydər Əliyev Fondunun bayram hədiyyələri təqdim edilib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

