/ / Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin növbəti buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin növbəti buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib
25.06.2014 [10:19]
İyunun 24-də Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin 2014-cü il buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib.
AzərTAc xəbər verir ki, mərasimdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələri - Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, Ali Hərbi Dənizçilik və Təyyarəçilik məktəblərinin, Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzinin və Hərbi Akademiyasının, həmçinin Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsinin məzunları, Müdafiə Nazirliyinin rəhbərliyi, ictimaiyyət nümayəndələri, məzunların yaxınları, Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri iştirak ediblər.
Mərasimdə iştirak edən müdafiə naziri, general-polkovnik Zakir Həsənov əvvəlcə Ümummilli lider Heydər Əliyevin məktəbin həyətindəki abidəsi önünə gül dəstəsi qoyub.
Sonra Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin və Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin və kursantların ifasında Azərbaycanın dövlət himni səsləndirilib.
Mərasimdə çıxış edən müdafiə naziri, general-polkovnik Zakir Həsənov əlamətdar gün münasibətilə müdavimləri və onların valideynlərini təbrik edib.
Nazir bildirib ki, iştirak etdiyimiz bu təntənəli buraxılış mərasimi əlamətdar bir hadisədir. Xalqımız, o cümlədən Silahlı Qüvvələrin şəxsi heyəti tərəfindən bu əlamətdar gün iftixar hissi ilə qeyd edilir. Bu ilin martında Azərbaycan Ali Hərbi Məktəbinə Ulu öndər Heydər Əliyevin adının verilməsinin 10 ili tamam olub. Bu gün biz bu tarixi həqiqəti bir daha etiraf etməliyik ki, Ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı Azərbaycan Silahlı Qüvvələrinin quruculuğunun, eyni zamanda, hərbi təhsil müəssisələrinin yenidən yaradılmasının başlanğıcı olub. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qeyd etdiyi kimi, Heydər Əliyevin bütün fəaliyyəti Azərbaycan xalqına və dövlətinə xidmət etməkdən ibarət olub. Ulu öndər Heydər Əliyev Azərbaycanda müasir hərbi təhsil sisteminin yaradılmasının banisidir. Ulu öndərimizin adının Azərbaycan Ali Hərbi Məktəbinə verilməsi heç də təsadüfi deyildir. Bu gün də ordu quruculuğu dövlətimizin və onun rəhbərliyinin diqqət mərkəzindədir.
Zakir Həsənov xüsusi qeyd edib ki, hərbi büdcəmiz ildən-ilə artır, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Buna görə mən Müdafiə Nazirliyinin bütün şəxsi heyəti və öz adımdan Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bu gün Silahlı Qüvvələrimizin hansı vəziyyətdə olmasından çox asılıdır. Bunun üçün siz gənc zabitlər kimi Silahlı Qüvvələrin sıralarına daxil olmaqla ordumuza yeni nəfəs, yeni ruh və döyüş əzmi gətirməlisiniz. Düşmən hiss etməlidir ki, siz hər sahədə həmişə onlardan üstünsünüz. Vətənə sədaqətiniz ana torpağa, xalqımıza və dövlətimizə məhəbbətiniz hədsiz olmalıdır. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyətlə bəyan etdiyi “Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcəkdir” fikri bizim fəaliyyət proqramımızdır. Atəşkəs rejimi haqqında sənədin imzalanmasından 20 ildən artıq vaxt keçməsinə baxmayaraq, hər gün cəbhədə atəş səsləri eşidilir. Ermənistanın kəşfiyyat-təxribat qüvvələri mövqelərimizə hücum etməyə cəhd göstərirlər. Ancaq Silahlı Qüvvələrimizin bölmələri onları layiqincə susdurur və düşmən böyük itki verərək geri çəkilir.
Müdafiə naziri deyib ki, hər bir müdavim xalqımıza və dövlətimizə şərəf və vicdanla, nizamnamələrin tələblərini yüksək səviyyədə yerinə yetirməklə xidmət etməlidir. Xalqımız sizin hər birinizdən şəxsi fədakarlıq, mərdlik və qəhrəmanlıq nümunəsi gözləyir. Azərbaycan Silahlı Qüvvələrinin xalqımız və dövlətimiz qarşısında müqəddəs bir borcu var. Biz, erməni işğalçıları tərəfindən zəbt olunmuş torpaqlarımızı azad etməliyik və mütləq bu ali məqsədimizə nail olacağıq.
Nazir məzunlara müqəddəs Vətən torpaqlarının qorunması naminə xidmətlərində uğurlar arzulayıb.
Sonra Zakir Həsənov xüsusi təyinatlı hərbi məktəblərin tədris və intizamda birinci yerləri tutan və təhsil müəssisələrini fərqlənmə ilə bitirən məzunlara diplomlar təqdim edib.
Ali hərbi məktəbləri fərqlənmə ilə bitirən məzunların Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qiymətli hədiyyələrlə təltif olunduqları elan edilib.
Tədris və intizamda birinci yerləri tutan məzunlar üzərində ulduz və aypara təsviri olan emblemləri rəmzi yaş kötüklərinə vurublar.
Daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin döyüş bayrağının təhvili və qəbulu olub.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin döyüş bayrağı növbəti buraxılışın kursantlarına təhvil verilib.
Nümunəvi orkestrin və kursantların ifasında məktəbin marşı ifa edilib.
Sonra kursantlar təntənəli hərbi marşın sədaları altında tribunanın önündən keçiblər.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

