700 bal toplayan abituriyentlərin uğur yolu
18.07.2014 [09:54]
Qəbul imtahanlarında uğur qazanan gənclər əsas amillər kimi, dövlətin təhsilə qayğısını, fərdin çalışqanlığını, həmçinin, valideynlərin və müəllimlərin dəstəyini qeyd ediblər
Bu bir həqiqətdir ki, gənclərin hərtərəfli şəxsiyyət kimi yetişməsində, cəmiyyətdə özünə layiqli yer tutmasında keyfiyyətli təhsilin rolu həlledicidir. Öz növbəsində Azərbaycanda gənclərin keyfiyyətli təhsil almasına, onların müxtəlif sahələr üzrə peşəkar mütəxəssis kimi formalaşmasına dövlət tərəfindən hər cür şərait yaradılır.
Məlumat üçün bildirək ki, Azərbaycanda 4500-ə yaxın orta məktəb mövcuddur. Onlardan 2700-dən çoxu son on ildə tikilib və ya əsaslı təmir edilib. Həmçinin, son illərdə bir çox ali məktəblərin yeni tədris korpuslarının, idman-olimpiya komplekslərinin tikilərək istifadəyə verilməsi də gənc nəslin hərtərəfli formalaşmasına töhfədir.
Bundan əlavə, Prezident İlham Əliyevin “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə Sərəncamı gəncliyə göstərilən diqqətin parlaq təzahürüdür. Dövlət başçısının bölgələrə səfəri zamanı gənclərlə görüşlərinin birində söylədiyi kimi, gənclərin xarici ölkələrdəki ali məktəblərdə təhsil almasına dövlət dəstəyi 2015-ci ildən sonra da davam etdiriləcək. Beləliklə, görünən odur ki, Azərbaycan gənclərinin təhsillərini istər ölkə daxilində, istərsə də xaricdə davam etdirmələri üçün dövlət tərəfindən hərtərəfli dəstək göstərilir.
Onu da qeyd edək ki, gənclərin böyük əksəriyyəti öz gələcəyini məhz yüksək və keyfiyyətli təhsil almaq əsasında qurmağa üstünlük verirlər. Və heç şübhəsiz, təhsilin inkişafına dövlət dəstəyi bu sahədə öz müsbət nəticələrini göstərməkdədir. Yeri gəlmişkən, ölkəmizdə təhsilin inkişafının göstəricilərindən biri də ali və orta ixtisas məktəblərinə hər il keçirilən qəbul imtahanlarında abituriyentlərin göstərdiyi nəticələrdir. Belə ki, son illərdə qəbul imtahanlarında ən yüksək nəticə əldə edən, yəni 700 bal toplayan abituriyentlərin sayı artmaqdadır. Özü də onların bəziləri paytaxt məktəblərini bitirdikləri halda, bir çoxları bölgələrdə, hətta kənd məktəblərində təhsil alanlardır.
Xatırladaq ki, bu il iyulun 12-də keçirilən I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarında I ixtisas qrupu üzrə 5 nəfər, IV ixtisas qrupu üzrə isə 2 nəfər maksimum nəticə - 700 bal toplayıb.
Beləliklə, imtahanda ən yüksək nəticə göstərmiş abituriyentlər və onların valideynləri sevinclərini bizimlə bölüşüblər. 1 saylı Ağsu şəhər orta məktəbinin məzunu olan Nicat Qasımov bu il IV ixtisas qrupu üzrə keçirilən imtahanın nəticəsinə görə 700 bal toplayan abituriyentlərdən biridir. Nicat Qasımov bu yüksək uğurun əldə edilməsində özünün çalışqanlığı ilə yanaşı, dövlətin təhsilə qayğısını, həmçinin, müəllimlərinin və valideynlərinin dəstəyini də vurğulayıb: “Valideynlərim dərslərimlə rahat məşğul olmağım üçün mənə ayrıca otaq ayırmışdılar. Müəllimlərim də tədris proqramını yüksək səviyyədə mənimsəməyimə kömək olublar”.
Nicat 700 bal toplamağın onun üçün gözlənilməz olmadığını da bildirib: “Sınaq imtahanlarında 680-dən yuxarı bal toplayırdım. Bu səbəbdən də, müəllimlərim və yaxınlarım məndən ən yüksək nəticəni gözləyirdilər. Özüm də 700 bal toplayacağıma inanırdım”.
Təhsilini Azərbaycandakı və ya xaricdəki tibb universitetlərindən birində davam etdirmək istədiyini deyən Nicat ali məktəblərə qəbul olmaq istəyən digər abituriyentlərə tövsiyələrini də ünvanlayıb: “Ali məktəbə daxil olmaq istəyənlər birinci növbədə uğur qazanmağı, yüksək bal toplamağı qarşılarına məqsəd qoymalıdırlar. Məqsədə çatmaq üçün isə çox çalışmaq, oxumaq lazımdır. Yalnız 1-2 illik hazırlığa arxayın olmaq olmaz. Mən özüm 2 il ərzində qəbul imtahanlarına daha ciddi hazırlaşsam da, bütövlükdə, məktəb illəri ərzində dərslərimi yaxşı oxumuşam. Hesab edirəm ki, bu amil mənim imtahanda yüksək nəticə əldə etməyimin əsas səbəblərindəndir”.
Öz növbəsində, dövlətin gənclərə və təhsilə qayğısını yüksək qiymətləndirən Nicatın atası Nazim Məmmədov, oğlu ilə fəxr etdiyini deyib: “Nicat hər zaman dərslərinə məsuliyyətlə yanaşıb, oxumağa böyük həvəs göstərib. Biz isə ona dərslərinə yüksək səviyyədə hazırlaşması üçün bacardığımız qədər şərait yaratmışıq. Qəbul imtahanları ilə bağlı Nicat ona olan ümidləri ən yüksək səviyyədə doğrultdu. İnanıram ki, o, bundan sonra ali təhsilini də yüksək səviyyədə alaraq layiqli mütəxəssis olacaq”.
İmtahanda IV ixtisas qrupu üzrə 700 bal toplamış Ağdam rayon sakini İlkin Məmmədzadə rayonun Çəmənli kənd orta məktəbini bitirib. İlkin sınaqlarda 680 və 690 bal toplasa da, imtahandan 700 bal toplamağın onun üçün gözlənilməz olduğunu deyib: “İmtahana üç il idi ki, hazırlaşırdım. Hazırlığımın böyük hissəsini rayonda, son həftələrini Bakıda keçirmişəm. Sınaqlarda nəticələrim 700 bala yaxın olurdu, ancaq imtahanda maksimum balı toplayacağıma əmin deyildim. Ali təhsilimi Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində almağı düşünürəm. Eyni zamanda, Təhsilimi Türkiyədə də davam etdirmək istərdim. Mənə dəstək olan müəllimlərimə və valideynlərimə təşəkkür edirəm”.
İlkinin valideynləri Rafael və Sevil Məmmədzadələr övladlarının imtahana çox ciddi hazırlaşdığını söyləyiblər. Onların sözlərinə görə, dərslərini hər zaman yaxşı oxuyan İlkin ali məktəbə daxil olmaq məqsədinə çatmaq üçün daha böyük əzm və iradə ilə çalışıb, sonda belə bir yüksək nəticə əldə edib. Onları tanıyan hər kəs, o cümlədən, rayon və kənd sakinləri İlkinlə fəxr edirlər.
I ixtisas qrupu üzrə imtahandan 700 bal toplayan Dədə Qorqud Özəl Türk Liseyinin məzunu Məmməd Hacılı isə liseydəki tədris proqramının qəbul imtahanının proqramından fərqlənməsi səbəbindən 10-11-ci sinif şagirdlərinin müəssisənin özündəcə imtahana hazırlaşdırıldığını deyib: “Sınaq imtahanlarında daim yüksək nəticələr göstərirdim, bir dəfə 700 bal da toplamışdım. Ona görə də, imtahan yaxınlaşdıqca 700 bal toplayacağıma inamım artırdı”.
Məmməd gələcəkdə kompüter mühəndisi olmaq istədiyini bildirib: “Buna görə də, Qafqaz Universitetinin kompüter mühəndisliyi ixtisasını seçmək fikrindəyəm”.
Məmmədin imtahanlarda uğur qazanmaq istəyən abituriyentlərə tövsiyəsi isə belə olub: “Abituriyentlərə məsləhətim odur ki, çox yox, səmərəli oxusunlar”.
Məmməd, həmçinin, onun bu uğurunda payı olan müəllimlərinə, eləcə də, valideynlərinə minnətdar olduğunu deyib. Valideynləri İsmayıl və Flora Hacıyevlər isə Məmmədin kiçik yaşlarından çalışqanlığı, dərslərinə məsuliyyətli yanaşması ilə yaşıdlarından fərqləndiyini deyiblər. Onlar övladlarının imtahanda ən yüksək göstəriciyə nail olacağına inandıqlarını bildiriblər.
Hülya
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

