/ / “Azərsu” ASC-nin dəstəyi ilə Gəncədə Qərb zonası üzrə “Kompleks Təlim Proqramı”nın rəsmi açılışı olub
“Azərsu” ASC-nin dəstəyi ilə Gəncədə Qərb zonası üzrə “Kompleks Təlim Proqramı”nın rəsmi açılışı olub
20.08.2014 [09:40]
Dünən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin “Regional Təlim İnkişaf Proqramı-1” çərçivəsində Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil etdiyi Qərb zonası üzrə “Kompleks Təlim Proqramı”nın rəsmi açılışı olub. Gəncə şəhər İcra Hakimiyyətinin akt zalında baş tutan tədbirdə “Azərsu” ASC-nin məsul işçiləri, Gəncə şəhərinin ziyalıları, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Gəncə şəhər İcra Hakimiyyəti başçısının I müavini Mikayıl Zeynalov açıb.
“Azərsu” ASC-nin sədrinin istismar üzrə müavini Köçərli Həsənov, ASC-nin “Birləşmiş Sukanal” MMC-nin direktoru Etibar Məmmədov çıxış edərək bildiriblər ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti qarşısında duran kompleks tədbirlər planının, o cümlədən geniş miqyaslı layihələrin icrasında beynəlxalq təcrübəni, qabaqcıl texnologiyalardan, müasir innovativ idarəetmə, informasiya resurslarından səmərəli istifadəni əsas götürür. Bunları nəzərə alaraq cəmiyyətin mütəxəssisləri mütəmadi olaraq ölkə daxilində və xaricdə təşkil olunan təlimlərə cəlb edilirlər. Bu prosesin davamı olaraq “Azərsu” ASC “Regional Təlim İnkişaf Proqramı-1” çərçivəsində respublikanın regionlarında, o cümlədən cəmiyyətin tabeçiliyində olan törəmə səhmdar cəmiyyətlərdə və “Birləşmiş Sukanal” MMC-nin tabeliyində olan sukanal idarələrində müxtəlif istiqamətləri əhatə edən “Kompleks təlim proqramı”larının icrasına start verib. Gəncə şəhərində təşkil olunan bu təlimlərdə yaradılan şəraitə görə şəhər icra hakimiyyətinin rəhbərliyinə dərin təşəkkürlərini bildirən natiqlər “Azərsu” ASC-nin rəhbərliyi adından şəhər rəhbərliyinə hədiyyələr təqdim ediblər.
Xatırladaq ki, hazırda Qərb bölgəsini əhatə edən və mərkəz olaraq Gəncə şəhərinin seçildiyi 11 şəhər və rayon üzrə (Gəncə TSC, Ağstafa SKİ, Daşkəsən SKİ, Gədəbəy SKİ, Goranboy SKİ, Göygöl SKİ, Naftalan SKİ, Qazax SKİ, Samux SKİ, Şəmkir SKİ və Tovuz SKİ) kompleks təlimlər keçiriləcək. Ümumilikdə 1500 nəfərə yaxın işçiyə 9 istiqamət üzrə təlimlərin verilməsi nəzərdə tutulub. Bunlardan 263 nəfər işçinin Gəncə şəhərində keçiriləcək təlimlərə cəlb olunması planlaşdırılır.
10 sentyabradək davam edəcək təlimlər interaktiv-diskussion seminar və praktiki məşğələlər formatında həyata keçiriləcək. Təlimləri müvəffəqiyyətlə başa vurmuş işçilər sonda “Azərsu” ASC-nin “Daxili təlimçilərin təlimi” layihəsi üzrə namizədlərin seçilməsi və hazırlanması layihəsinə daxil ediləcəklər. Təlim müddətində təlimçilərin və iştirakçıların asudə vaxtlarını səmərəli keçirmək üçün müxtəlif sosial proqramlar həyata keçiriləcəkdir.
Xəbər lenti
Hamısına baxSiyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59
Dünya
29 Sentyabr 11:55
Siyasət
29 Sentyabr 11:35
YAP xəbərləri
29 Sentyabr 11:18
Dünya
29 Sentyabr 11:16
Dünya
29 Sentyabr 11:13
YAP xəbərləri
29 Sentyabr 11:12
Sosial
29 Sentyabr 11:10
Elanlar
29 Sentyabr 11:09
Siyasət
29 Sentyabr 10:58
İqtisadiyyat
29 Sentyabr 10:50
Elanlar
29 Sentyabr 10:35
Hadisə
29 Sentyabr 10:30
Sosial
29 Sentyabr 10:27
Dünya
29 Sentyabr 10:25
Gündəm
29 Sentyabr 10:24
Dünya
29 Sentyabr 10:22
İqtisadiyyat
29 Sentyabr 10:18
İqtisadiyyat
29 Sentyabr 10:17
Analitik
29 Sentyabr 09:45
Analitik
29 Sentyabr 09:17
Sosial
29 Sentyabr 08:50
Turizm
29 Sentyabr 08:34
İqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24

