Sosial media intihar xəbərlərinə necə yanaşmalıdır?
23.08.2014 [09:57]
Yaxud, intihar xəbərlərinin KİV-də işıqlandırılması həssas və ya psixoloji narahatçılığı olan insanlara mənfi təsir göstərir
Məlum olduğu kimi, son vaxtlar sosial mediada, eləcə də, televiziya kanallarında intiharlarla bağlı xəbərlərə daha çox yer verilir desək, heç də yanılmarıq. Şübhəsiz, bu tip xəbərlər insanların şüurunda mənfi təsir buraxır və bəzi ölkələrdə məsələ ciddi şəkildə müzakirə olunmaqdadır. Məsələn, KİV-də gedən məlumatlara görə, Rusiyada intiharlarla bağlı xəbərlərin sayının azaldılması haqqında düşünülür. Azərbaycana gəlincə, görünən odur ki, bizdə bu barədə danışmaq hələ tezdir. Çünki bəzi elektron və yazılı KİV-lər bu cür məlumatların sayını nəinki azaltmaq, əksinə, bir qədər də “obrazlı” şəkildə cəmiyyətə təqdim etməklə məşğuldurlar.
Əslində, məsələnin maarifləndirici tərəflərini işıqlandırmaq lazımdır...
Öz növbəsində, məsələyə münasibət bildirən Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov hesab edir ki, intihar xəbərlərinin saytlarda, qəzetlərdə işıqlandırılması həssas və ya müəyyən psixoloji narahatçılığı olan insanlara mənfi təsir göstərir: “Hər hansı mətbu orqan intihar xəbərini işıqlandırarkən həmin xəbərin özünü yox, başvermə səbəblərini verir. Əslində, isə “bunu necə aradan qaldırmaq olar?” sualına cavab tapmaq və məsələnin maarifləndirici tərəflərini işıqlandırmaq lazımdır”.
Psixoloqun sözlərinə görə, bu tip xəbərləri oxuyanda belə bir təəssürat yaranır ki, hazırda yaxşı və ya pis, kimin ailədaxili konflikti varsa, gedib intihar etmək istəyir. Bu da insanlara çox mənfi təsir göstərir: “Sabah təkrar bir situasiya yaşayan başqa bir insan da bu yola əl atır, intihar edir. İntihar doğru bir addım deyil. Ona görə də, bu situasiyada çox həssas olmaq lazımdır. Yenə də kütləvi informasiya vasitələri bu həssaslığı nəzərə almalıdır”.
Bütün hallarda iradəsində problemi olan insanların intihara üz tutduğunu bildirən ekspert “düzdür, ölənin arxasınca danışmazlar. Lakin həqiqət bundan ibarətdir ki, uzun müddət psixoloji narahatçılıq keçirən insanlar həyatlarına qəsd edirlər. Halbuki həyatda hər hansı problemi və çətinliyi olmayan insan yoxdur”, - deyib. Onun sözlərinə görə, əslində insanı insan edən onun problemləridir: “Biz hər dəfə problemləri yendikcə nə qədər insan olduğumuzun fərqinə varırıq. Yəni daha da güclənir və möhkəmlənirik. İnsanlar həyatlarını bu istiqamətdə qurmalıdırlar. Ölüm heç bir halda çıxış yolu deyil. Hətta uzunmüddətli xəstəlikdən əziyyət çəkən insanlar belə hər gün yaşama uğrunda mübarizə aparırlar”.
“Tutaq ki, bir insanın əsəb problemi var və o intihar edir. Bunun xəbər kimi yayımlanması bu problemlə üz-üzə olan insanlara birbaşa təsir edir. Nəticədə analoji addımlar atılır. Yeri gəlmişkən, hansı həftədə, ayda intihar xəbərləri mediada daha çox gedir, sosial şəbəkələrdə geniş işıqlandırılır, həmin ay statistikaya baxsanız, intiharların sayında artım görəcəksiniz. Niyə?! Səbəb yanlış təqdimatdır”, - deyə E.Rüstəmov əlavə edib.
Onun sözlərinə görə, bu səbəbdən də məsələyə xüsusi diqqət etmək lazımdır. Yəni, sadəcə, xəbər kimi yox, səbəb göstərilməli, kökündə nələr yatır, o izah edilməlidir: “Bu cür mənfi hallar kütləvi şəkildə işıqlandırılmamalıdır. Çünki insanların baş verənlərə yanaşması, psixoloji durumu eyni deyil. Ola bilər, kimsə baş verən hadisədən nəticə çıxarar, başqa biri isə intihara çıxış yolu kimi baxar. Bax buna görə də ehtiyatlı olmaq lazımdır”.
Ailə psixoloqları xidmətlərinin tətbiqi vacib şərtdir...
“Xalq cəbhəsi” qəzetinin baş redaktoru, şair-publisist Elçin Mirzəbəyli isə hesab edir ki, intihar bütün dünya üçün çox ciddi sosial problem olaraq qalır: “İntiharla bağlı məlumatların mediada yayımlanmaması ilə bu problemin səbəblərini aradan qaldırmaq mümkün deyil. İntihar nəticədir, səbəb deyil. İntihara aparan səbəblər isə müxtəlif ola bilər. Yeniyetmələr və gənclər arasında mövcud olan intihar hallarının səbəbləri, şübhəsiz ki, digər yaş kateqoriyalarından fərqlənir. Yeniyetmələr, yaxud gənclər arasında mövcud olan intihar halları ən adi motivlərdən qaynaqlana bilir və əsasən psixoloji problemlərə söykənir. Bu problemləri isə ailə psixoloqları xidmətlərinin tətbiqi yolu ilə aradan qaldırmaq mümkündür. Ən təhlükəli faktor isə yetkinlik yaşına çatmış şəxslərin, xüsusilə də orta yaşlı insanların qarşılaşdıqları problemlərdən çıxış yolu kimi intihara əl atmalarıdır. Bu artıq bir ailənin yox, bütün cəmiyyətin problemidir”.
Baş redaktor onu da bildirib ki, media belə halların qarşısının alınması üçün maarifləndirici funksiyanı yerinə yetirə bilər: “Lakin bir problem haqqında danışmamaq, yaxud susmaq bu problemin yoxluğu anlamına gələ bilməz. Məncə, intiharlardan daha çox onu yaradan səbəblərdən danışmaq lazımdır”.
Belə xəbərlər zərərli olduğu üçün tirajlanmamalıdır...
Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrətin fikrincə, intihar hallarının geniş işıqlandırılması, əlbəttə ki, bunun adiləşməsinə səbəb olur: “Ancaq kimsəyə demək olmaz ki, belə bir xəbəri yayma. Sıradan bir olaydır, baxmayaraq ki, faciəvidir. Şəxsən mən belə xəbərlərin yayılmasını arzu etmirəm və hətta televiziyada bu cür xəbərlərə baxmıram. İnternetdə də mənfi yüklü xəbərləri görməzlikdən gəlirəm ki, əsəbim pozulmasın. İş ondadır ki, sosial media bu cür xəbərlərdən sensasiya düzəldilməsində daha çox “canfəşanlıq” edir və nəticədə də intiharların artmasına, yaxud da belə cəhdlərin artmasına səbəb olur.
Bu məqamda daha çox jurnalist etikasına, ona qədərsə onlayn etikaya diqqət edilməlidir. İnsanlar özləri özlərini idarə etməli, belə xəbərlərin zərərli olduğunu nəzərə alıb tirajlamamalıdırlar”.
Oktay
Xəbər lenti
Hamısına baxHərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37

