Şagirdlər bölgələri gəzdikcə doğma yurdu daha böyük məhəbbətlə sevirlər
30.08.2014 [09:39]
Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə maarifləndirici tur-aksiyaya gələn Neftçala və Salyan rayonlarının yuxarı sinif şagirdləri avqustun 29-da Gəncə ilə tanışlığa dahi şairimiz Nizami Gəncəvinin məqbərəsindən başlayıblar.
AzərTAc xəbər verir ki, dahi şairin 870 illik yubileyi ərəfəsində Gəncədə çox böyük işlərin görüldüyü, əsərlərinin yenidən tərcümə edilərək nəfis şəkildə çap olunduğu, “Xəmsə”yə daxil olan əsərlərinin hər birinə ayrıca abidə ucaldıldığı məktəblilərin diqqətinə çatdırılıb. Nizami muzeyinə ekskursiya edən şagirdlər burada dahi şairin dövrünü əks etdirən eksponatlara böyük maraqla baxıblar.
Qala divarları arxeologiya və etnoqrafiya muzeyinə gələn məktəblilərə məlumat verilib ki, bu divarların hər birinin uzunluğu 47 metr, hündürlüyü isə 15 metrdir. Burada təşkil olunmuş 4 salonda nümayiş etdirilən qədim əşyalar Gəncənin 4 min illiyinin əsas göstəriciləridir. Bundan əlavə, şəhər əhalisinin təmənnasız olaraq muzeyə hədiyyə etdiyi antik əşyalar da nümayiş etdirilir.
Sonra şəhər mərkəzinə gələn məktəblilər Şah Abbas məscidini ziyarət ediblər, “Çökək hamam”da nümayiş olunan tətbiqi incəsənət əsərlərindən ibarət sərgiyə baxıblar. Onlar, həmçinin xalq qəhrəmanı Cavad xanın türbəsini ziyarət ediblər.
Şəhər sakinlərinin ən çox sevdikləri istirahət məkanlarından olan “Xan bağı” Neftçala və Salyan məktəblilərinin də xoşuna gəlib. Onlar burada bir neçə saat dincələrək, həmyaşıdları ilə söhbət ediblər və özlərinə çoxlu dostlar tapıblar.
Salyan şəhərindəki 3 nömrəli orta məktəbin X sinif şagirdi Səkinə Bağırova Gəncə təəssüratlarını AzərTAc ilə bölüşərək deyib: “Sürətlə inkişaf edən ölkəmizin qazandığı uğurlar biz məktəbliləri də sevindirir. Ekskursiya etdiyimiz Gəncə bu inkişafın əyani nümunəsidir. Hər yer gözəl və ürəkaçandır. Bu gözəllikləri gördükcə doğma yurdumuzu daha dərin məhəbbətlə sevirik. Əlbəttə, bütün bu uğurlar dövlətimizin başçısı İlham Əliyevin gərgin əməyi və uzaqgörən siyasəti nəticəsində əldə olunub”.
Avqustun 30-da Neftçala və Salyan məktəbliləri Şəmkir və Göygölə ekskursiya edəcəklər.
Xəbər lenti
Hamısına baxDünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45

