Son on ildə Azərbaycanda 2700 yeni məktəb binası inşa olunub və yaxud əsaslı təmir edilib
12.09.2014 [09:59]
Dövlətin təhsil sektorunun inkişafına göstərdiyi xüsusi diqqət və qayğı yeni tədris ilində də bu sahədə mühüm nailiyyətlərin əldə olunacağına, dərs ilinin kifayət qədər məhsuldar olacağına əminlik yaradır
Ölkəmizdə yeni tədris ilinin başlanmasına bir neçə gün qalır. Dövlətin təhsil sektorunun inkişafına göstərdiyi xüsusi diqqət və qayğı (müvafiq proqram və layihələrin icrası, təhsil infrastrukturunun təkmilləşdirilməsi və s.) yeni tədris ilində də bu sahədə mühüm nailiyyətlərin əldə olunacağına, dərs ilinin kifayət qədər məhsuldar olacağına əminlik yaradır.
Təhsilin inkişafı strateji prioritet kimi müəyyənləşdirilib
Ümumiyyətlə, faktdır ki, Azərbaycanda hər bir sahədə müşahidə olunan mütəmadi inkişaf tendensiyası təhsil sektorunda da nəzərə çarpmaqdadır. Bu inkişafın əsasında isə, şübhəsiz, Ulu öndər Heydər Əliyevin ideyaları və həmin ideyalar zəminində həyata keçirilən siyasi-strateji kurs dayanır. Bu gün isə məhz Ulu öndər Heydər Əliyevin miras qoyduğu, özündə yüksək norma və dəyərlər sistemini ehtiva edən ənənələr Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının yüksək diqqəti və müvafiq göstərişləri əsasında atılan addımlar, icra edilən dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin əldə edilməsinə, yüksək nəticələrin qazanılmasına xidmət edir. Bu da, şübhəsiz, ölkəmizin milli kadr potensialının kəmiyyət və keyfiyyət baxımından yetişdirilməsi və təkmilləşdirilməsi işinə mühüm töhfələr verir.
Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu çoxşaxəli fəaliyyəti ilə təhsil sisteminin inkişafında müstəsna rol oynayır
Dövlətin xüsusi diqqət və qayğısı ilə yanaşı, Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da çoxşaxəli fəaliyyəti ilə təhsil sisteminin inkişafında müstəsna rol oynayır. Təhsilin yeni mərhələyə qədəm qoyması, onun maddi-texniki bazasının möhkəmlənməsində Heydər Əliyev Fondunun da müstəsna xidmətləri var. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramları və digər layihələri bu sahənin inkişafında mühüm rol oynayıb. Həmin proqram və layihələrin uğurlu olmasını şərtləndirən əsas amillərdən biri də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu məsələləri daim diqqətdə saxlamasıdır. Yeni məktəb binalarının tikilib istifadəyə verilməsi, məktəbəqədər müəssisələrin və məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, təhsil müəssisələrinin müasir avadanlıqlarla təchiz edilməsi, əsaslı təmir və bərpa işlərinin aparılması kimi bir çox istiqamətlərdə Heydər Əliyev Fondunun göstərdiyi müstəsna xidmətlər misilsizdir. Beləliklə, son illərdə ölkədə yüzlərlə məktəb binası və əlavə korpuslar tikilib, minlərlə məktəb binası əsaslı təmir edilib. Bir sözlə, Heydər Əliyev Fondu Mehriban xanım Əliyevanın rəhbərliyi ilə bir sıra proqramlar və layihələr çərçivəsində Azərbaycanda təhsilin keyfiyyətinin artırılması, bu sahədəki infrastrukturun təkmilləşdirilməsi istiqamətində böyük işlər həyata keçirib.
“Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi Azərbaycan təhsilinin inkişafına mühüm töhfələr verir
Qeyd etdiyimiz kimi, Azərbaycan təhsilinin inkişafına xüsusi diqqət göstərən Heydər Əliyev Fondu müntəzəm olaraq təhsil sahəsində inkişafı dəstəkləyən yeni-yeni layihələrlə çıxış edir. Fond 2005-ci ildə təhsil sahəsində daha bir təşəbbüslə çıxış edərək “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin həyata keçirilməsinə start verib. Layihənin əsas məqsədi təhsil sahəsində mövcud olan problemlərin həllinə kömək etməkdən, ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaqdan, tədrisin səviyyəsinə bilavasitə təsir edən problemləri aradan qaldırmaqdan, cəmiyyətin müxtəlif təbəqələrinin, yerli və xarici şirkətlərin, beynəlxalq təşkilatların bu sahədə birgə əməkdaşlıq imkanlarını müəyyənləşdirərək ümumi işin xeyrinə yönəltməkdən ibarətdir. Layihə çərçivəsində indiyədək 100 mindən artıq şagirdin təhsil aldığı 400-dək məktəb binası inşa olunub və yaxud yenidən qurulub. Bu məktəblər respublikanın bütün bölgələrini əhatə edir və onlardan hər biri ən müasir standartlara cavab verir.
Heydər Əliyev Fondunun təhsilə dair layihələri səmərəli nəticələr verir
Xüsusi olaraq vurğulamaq gərəkdir ki, Heydər Əliyev Fondunun təhsilə dair layihələri səmərəli nəticələr verir. Son illərdə ölkəmizdə Fond tərəfindən, həmçinin, “Təhsilə dəstək”, “Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı” layihələri uğurla reallaşdırılmaqdadır. Cari ilin əvvəlində isə Heydər Əliyev Fondu yeni layihəsini - “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramını cəmiyyətə təqdim etdi.
Beləliklə, son on il ərzində Azərbaycanda 2700 yeni məktəb binası inşa olunub və yaxud əsaslı təmir edilib. Görülən işlər nəticəsində respublika üzrə bir milyondan çox şagirdin təhsil alma şəraiti yaxşılaşıb və ümumiyyətlə, orta məktəb təhsilinin maddi-texniki səviyyəsi müasir tələblərə cavab verir. Heydər Əliyev Fondu təhsil sahəsinin inkişafı ilə əlaqədar qarşısına qoyduğu məqsədlərə addım-addım nail olur. Əlbəttə ki, Fondun həyata keçirdiyi işlər, reallaşdırdığı layihələr yalnız xalqımızın işıqlı gələcəyinə hesablanıb və bu fəaliyyətin uğurlu nəticələrini gələcək nəsillər əyani olaraq görəcəklər. Çünki bu gün təhsilə yatırılan sərmayələrə nəzərən bir neçə onilliklərdən sonra sırf intellekt sahəsində əldə olunacaq müsbət uğurların nəticələri qat-qat artıq olacaq.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
21 Aprel 23:53
Dünya
21 Aprel 23:35
Dünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19
Dünya
21 Aprel 20:57
Dünya
21 Aprel 20:35
Siyasət
21 Aprel 20:31
Dünya
21 Aprel 20:25
Dünya
21 Aprel 19:41
Dünya
21 Aprel 19:16
Dünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28

