Şərur rayonunda “Açıq Əyləncəli Futbol Məktəbləri” layihəsi üzrə tədbir keçirilib
04.11.2014 [09:50]
“Açıq Əyləncəli Futbol Məktəbləri” layihəsi üzrə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda tədbir keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikası gənclər və idman naziri Azad Cabbarov, AFFA-nın birinci vitse-prezidenti, millət vəkili Rauf Əliyev, Milli Məclisin deputatı Xanlar Vəliyev iştirak edib. Tədbiri giriş sözü ilə açan nazir Azad Cabbarov gənclərin idmana olan marağından danışıb və məktəblərdə bu cür tədbirlərin keçirilməsinin zəruriliyini vurğulayıb. O bildirib ki, bu tipli tədbirlər gənclərin sağlam ruhda böyüməsinə təsir edən amillərdəndir.
Millət vəkili Xanlar Vəliyev çıxış edərək gənc nəslin idmana artan marağından bəhs edib. O qeyd edib ki, dövlətimiz gəncliyin inkişafı üçün bütün zəruri addımları atır. Məhz bunun nəticəsidir ki, gənclərimiz idman sahəsində böyük uğurlar əldə edirlər.
Tədbirdə çıxış edən Rauf Əliyev bildirib ki, layihənin əsas məqsədi “əyləncəli konsepsiya”dan ibarətdir: “Tapşırıqlarımız futbol oyununda elə bir aspektə yönəlir ki, oyun tam əyləncədən ibarət olsun, yalnız bundan sonra xal və əldə olunan nəticənin səviyyəsinə əhəmiyyət verilir. “Açıq Əyləncəli Futbol Məktəbləri”nin əsas prinsipi istedadlı futbolçu hazırlayıb təkmilləşdirməkdən ibarət deyil. Təşkilatçıların, klubların əsas məqsədi istedadlı uşaqları seçmək, bundan sonra onlarda olan istedadı inkişaf etdirməkdir. Bu məktəblərə bacarığından, istedadından asılı olmayaraq 7-12 yaşında oğlan və qız uşaqları qəbul olunur”.
Millət vəkili qeyd edib ki, Azərbaycanda ilk nümunəvi “Açıq Əyləncəli Futbol Məktəbi” 2003-cü ildə “Neftçi” İdman-Sağlamlıq Mərkəzində olub. Məktəbin fəaliyyətində 200 uşaq, 12 nəfər məşqçi, 2 nəfər lider iştirak edib. 2004-cü ildə isə AFFA-nın nəzdində “Açıq Əyləncəli Futbol Məktəbləri”nin ofisi açılıb və o zamandan Azərbaycanda “Açıq Əyləncəli Futbol Məktəbləri” layihəsi tam fəaliyyətə başlayıb. Artıq bu layihə bir çox rayonlarda həyata keçirilir. R.Əliyev 2014-cü il ərzində ölkədə 12 “Açıq Əyləncəli Futbol Məktəbi”nin açılmasının planlaşdırıldığını deyib: “Bununla da, ölkəmizdə bu məktəblərin ümumi sayı 137-ə çatacaq ki, bu da təxminən 24000 uşaq, 1800 məşqçi-müəllim, lider və təlimatçı deməkdir”.
Qeyd edək ki, tədbirdə 150-ə yaxın uşaq iştirak edib. Onlar məktəb tərəfindən pulsuz ləvazimatlarla da təmin olunublar. Silsilə şəklində təşkil olunan bu tədbirlərin əsas məqsədi müxtəlif sosial təbəqədən olan uşaqların xüsusi futbol konsepsiyasından istifadə etməklə onları ümumi maraq naminə birləşdirməkdir.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15

