/ / Daşkəsən rayon İcra Hakimiyyəti başçısının Əhmədli və Dəstəfur İnzibati Ərazi dairəsi üzrə nümayəndələri hesabat veriblər
Daşkəsən rayon İcra Hakimiyyəti başçısının Əhmədli və Dəstəfur İnzibati Ərazi dairəsi üzrə nümayəndələri hesabat veriblər
17.01.2015 [11:05]
Daşkəsən rayon İcra Hakimiyyəti başçısının şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin illik hesabat yığıncaqlarının keçirilməsi davam edir. Belə hesabatlardan biri də dünən Əhmədli və Dəstəfur İƏDÜ nümayəndəliklərində baş tutub. Yığıncaqlarda Əhmədli və Dəstəfur İƏDÜ nümayəndələrinin hesabat məruzəsi dinlənilib, hər iki ərazi üzrə 2014-cü il ərzində nümayəndəliklərin gördüyü işlərdən, cari ildə qarşıda duran vəzifələrdən və onları narahat edən problemlərdən danışılıb.
Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Əhmədli və Dəstəfur kəndlərində keçirilən hesabat yığıncaqlarında çıxış edərək ölkəmizdə gedən böyük və sürətli inkişaf, quruculuq, abadlıq işlərindən, eləcə də, rayonda uzun illərdən bəri həllini gözləyən, çətin olan problemlərdən danışıb. O qeyd edib ki, indi Prezident İlham Əliyevin apardığı sosial-iqtisadi siyasət nəticəsində ölkəmizdə bütün sahələrin inkişafı üzrə əlverişli mühit yaradılıb: “Azərbaycan kosmos ailəsinin üzvüdür. Dünyanın ən nüfuzlu təşkilatı olan BMT-nin Təhlükəsizlik Şurasına rəhbərlik edib. Bir çox beynəlxalq əhəmiyyətli tədbirlərə Azərbaycan dövləti layiqincə ev sahibliyi edir. Həm ölkə daxilində, həm də ölkəmizdən kənarda əldə olunan uğurlar beynəlxalq aləmdə razılıqla qarşılanır. Hər birinizə yaxşı məlum olan yol problemi, təbii qaz problemi bizi həmişə narahat edirdi. Bu gün sizin şahidliyinizlə mövcud olan problemlərimiz ardıcıllıqla həll olunmaqdadır. Özünüz canlı şahid olaraq görürsünüz ki, Zağalı-Kollu-Çıraqlı avtomobil yolunun əsaslı təmiri uğurla başa çatdırılıb, digər kənd yollarının da əsaslı təmiri sahəsində işlər davam etdirilir. Azərbaycanda azad sahibkarlıq mühiti yaradılıb. Məhz ölkə Prezidentinin düşünülmüş, uzun illərə hesablanmış siyasətinin nəticəsidir ki, ölkədə güclü, sürətli tikinti, abadlıq, yenidənqurma işləri aparılır. Deyilənlərin bariz nümunəsi sizin yaşadığınız kənddə də özünü göstərir”.
Daha sonra Ə.Abıyev rayonda görülən abadlıq-quruculuq işləri haqqında danışaraq bildirib ki, memarlıq üslubunda tikilən rayon İcra Hakimiyyətinin inzibati binası, tamamilə yenidən qurularaq müasir görünüş alan Heydər Əliyev Mərkəzi, yeni avtovağzal və Xoşbulaq kəndində inşa olunmuş Gənclərin Təlim və İstirahət Mərkəzi, Statistika idarəsinin yeni inzibati binası, Zağalı-Kollu-Çıraqlı avtomobil yolunun əsaslı tikintisi 2014-cü ildə əldə olunan ən böyük nailiyyətlərdəndir: “2014-cü il oktyabrın 17-i Daşkəsən üçün çox əlamətdar günlərdən biri kimi onun tarixinə yazıldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın səfəri daşkəsənlilərə xoş anlar bəxş etdi, rayon sakinlərinin qürur və fərəhini artırdı. Daşkəsənin uzun illər probleminə çevrilən sosialyönümlü məsələlər artıq öz həllini tapıb. Əhali işıq, qaz sarıdan korluq çəkmir. Müasir işıqlandırma rayonun gecəsini də cəlbedici edib. Yaşıllaşdırma işləri sürətlə aparılır. Bunu indi hiss edirik, hər birimiz görürük, əmin ola bilərsiniz ki, möhtərəm Prezidentimizin ali diqqət və nəzarəti altında bu il də qeyd etdiyim böyük tikinti, quruculuq, abadlıq, yenidənqurma işləri davam etdiriləcək. Daşkəsənin xoş gələcəyi var”.
Hesabat yığıncağından sonra YAP Daşkəsən rayon təşkilatının Əhmədli və Dəstəfur ərazi ilk partiya təşkilatının yığıncağı da keçirilib. Yığıncaqlarda bir qrup gəncə Yeni Azərbaycan Partiyasının vəsiqələri təqdim olunub, bir qrupu isə partiya sıralarına qəbul edilib.
Xəbər lenti
Hamısına baxElm
07 Oktyabr 23:29
Dünya
07 Oktyabr 22:46
İqtisadiyyat
07 Oktyabr 22:03
Dünya
07 Oktyabr 21:30
Dünya
07 Oktyabr 20:57
Dünya
07 Oktyabr 20:33
Dünya
07 Oktyabr 19:57
Dünya
07 Oktyabr 19:14
Dünya
07 Oktyabr 18:43
Hadisə
07 Oktyabr 18:22
Dünya
07 Oktyabr 17:45
Dünya
07 Oktyabr 17:19
Elm
07 Oktyabr 16:32
İqtisadiyyat
07 Oktyabr 16:30
YAP xəbərləri
07 Oktyabr 16:26
Hadisə
07 Oktyabr 16:13
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:11
Siyasət
07 Oktyabr 16:11
Gündəm
07 Oktyabr 15:38
Sosial
07 Oktyabr 15:18
Siyasət
07 Oktyabr 15:05
Siyasət
07 Oktyabr 15:04
İqtisadiyyat
07 Oktyabr 14:21
Sosial
07 Oktyabr 14:07
Siyasət
07 Oktyabr 13:30
Siyasət
07 Oktyabr 13:07
Siyasət
07 Oktyabr 12:50
Siyasət
07 Oktyabr 12:49
Sosial
07 Oktyabr 12:29
YAP xəbərləri
07 Oktyabr 12:25
Siyasət
07 Oktyabr 12:24
Siyasət
07 Oktyabr 12:12
Siyasət
07 Oktyabr 12:10
Siyasət
07 Oktyabr 12:09
YAP xəbərləri
07 Oktyabr 11:46
YAP xəbərləri
07 Oktyabr 11:45
Gündəm
07 Oktyabr 11:45
Siyasət
07 Oktyabr 11:23
Siyasət
07 Oktyabr 11:22
Gündəm
07 Oktyabr 11:19
Siyasət
07 Oktyabr 11:11
Analitik
07 Oktyabr 10:58
MEDİA
07 Oktyabr 10:56
Gündəm
07 Oktyabr 10:54
Siyasət
07 Oktyabr 10:25
Siyasət
07 Oktyabr 10:09
Analitik
07 Oktyabr 09:42
Gündəm
07 Oktyabr 09:35
Analitik
07 Oktyabr 09:17
Sosial
07 Oktyabr 08:53
Sosial
07 Oktyabr 08:30
Gündəm
07 Oktyabr 08:11
İqtisadiyyat
06 Oktyabr 23:53
Dünya
06 Oktyabr 23:23
YAP xəbərləri
06 Oktyabr 23:04
YAP xəbərləri
06 Oktyabr 22:59
Dünya
06 Oktyabr 22:24
Dünya
06 Oktyabr 21:42
Dünya
06 Oktyabr 21:09
Dünya
06 Oktyabr 20:22
İqtisadiyyat
06 Oktyabr 20:07
Dünya
06 Oktyabr 19:59
Dünya
06 Oktyabr 19:41
Dünya
06 Oktyabr 18:14
Dünya
06 Oktyabr 17:30
Gündəm
06 Oktyabr 16:20
Dünya
06 Oktyabr 16:20
Siyasət
06 Oktyabr 16:15

