Daşkəsəndə 20 Yanvar faciəsinin qurbanları böyük ehtiramla yad edilib
20.01.2015 [09:58]
Daşkəsən rayonunda 20 Yanvar - ümumxalq hüzn günü ilə bağlı silsilə tədbirlər keçirilib. Belə ki, Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin sərəncamı əsasında tədbirlər planı hazırlanıb, aidiyyəti üzrə idarə, müəssisə və təşkilatlara paylanıb. Daşkəsən rayon İcra Hakimiyyətinin təşkil etdiyi ümumrayon tədbirində rayonun ümumtəhsil məktəblərində, mədəni-maarif müəssisələrində, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində, idarə, müəssisə və təşkilatlarında 20 Yanvar faciəsi ilə bağlı toplantılar, “dəyirmi masa”lar, müzakirələr və digər anım mərasimləri keçirilib.
Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin adından Şəhidlər Xiyabanındakı əbədi məşəlin önünə əklil qoyulub, ictimaiyyətin nümayəndələri şəhidlərin məzarları üzərinə tər çiçəklər düzüblər.
Keçirilən anım tədbirində Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və iştirakçıları, rayon ağsaqqalları və “N” saylı hərbi hissədən gələn əsgərlər ilə görüşüb, onların ehtiyac və qayğıları ilə maraqlanıb. Görüşdə İcra Hakimiyyətinin başçısı qeyd edib ki, 20 Yanvar xalqımızın qürur və qəhrəmanlıq tarixidir: “Biz azadlığımız uğrunda həlak olan bütün şəhidlərimizlə fəxr edirik. Onların əziz xatirəsi həmişə olduğu kimi, bu gün də Daşkəsəndə böyük ehtiramla yad olunur və qəlbimizdə əbədi yaşayacaq. Azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından deportasiya edilməsi xalqımızın səbrini tükəndirmişdi. Məhz xalqın etirazına cavab olaraq Sovet hökuməti Azərbaycanı cəzalandırmaq üçün bu qırğını törətdi. 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Sovet ordusunun hərbi hissələri və zirehli texnikası heç bir xəbərdarlıq etmədən Bakı və Sumqayıt şəhərlərinə, habelə ölkənin bir çox şəhər və rayonlarına yeridilmişdi. Hərbi gəmilərdən çıxarılan desant qrupları da şəhər üzərinə hücuma keçmiş, ağır hərbi texnika dinc əhalinin qurduğu barrikadaları asanlıqla dağıtmışdı. Stavropol, Rostov və Krasnodardan olan erməni əsilli zabit və əsgərlər hərbi əməliyyatlara cəlb edilmişdi. Nəticədə beynəlxalq hüquq normaları, keçmiş SSRİ-nin və Azərbaycan SSR-nin konstitusiyalarının maddələri kobudcasına pozulmuş, öz torpaqlarının, milli mənliyinin müdafiəsinə qalxmış xalqımıza vəhşicəsinə divan tutulmuş, 147 nəfər silahsız mülki şəxs amansızcasına öldürülmüş, paytaxtda, şəhərətrafı qəsəbələrdə və rayonlarda 744 nəfər dinc günahsız insan yaralanmış, yüzlərlə adam itkin düşmüş, 841 nəfər qanunsuz həbs edilmişdi”.
Əhəd Abıyev qeyd edib ki, Sovet hakimiyyəti beynəlxalq hüquq normalarını pozaraq, həmin cinayətlə Ermənistana dəstək verib, nəticədə Azərbaycana qarşı erməni təcavüzü, etnik təmizləmə, soyqırımı baş verib, torpaqlarımızın 20 faizi zəbt edilib, Ermənistan ərazisindən, Dağlıq Qarabağ və ətraf 7 rayondan əhali zorla qovulub, soydaşlarımızın 1 milyonu öz doğma yurdundan didərgin düşərək məcburi köçkünə çevrilib. Onun sözlərinə görə, yanvar faciəsi dəhşətli bir cinayətdir. İnanırıq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında beynəlxalq aləmdə bu istiqamətdə aparılan uğurlu fəaliyyət öz müsbət nəticələrini verəcək. Bu qanlı cinayətə indiyədək beynəlxalq hüquqi qiymət verilməyib, aksiyanın sifarişçiləri və icraçıları cəzalandırılmayıb. Dünya ictimaiyyəti Azərbaycanın haqlı tələblərini dəstəkləyəcək, bu qanlı aksiya insanlıq əleyhinə cinayət kimi tezliklə beynəlxalq hüquqi qiymətini alacaq, cinayətkarlar cəzasız qalmayacaq: “Artıq bu faciədən 25 il ötsə də o qanlı gecənin ağrısı həmişə qəlbimizi göynədir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet imperiyasının hərb maşınları Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda aparılan milli azadlıq mübarizəsini boğmaq üçün Bakıya bir neçə istiqamətdən hücüm edərək, tariximizin ən faciəli günlərindən birini yaşatdı. 20 Yanvar Azərbaycan tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub. Həmin gün xalqımızın müstəqillik, azadlıq uğrunda mübarizəsinin yenilməz iradəsinin rəmzinə çevrilmiş vətənpərvər Azərbaycan övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Bakı şəhərində yerləşən Şəhidlər Xiyabanında dəfn olunmuş şəhidlərimizdən biri də daşkəsənli həmyerlimiz Ülvi Yusif oğlu Bünyadzadədir”.
İcra başçısı deyib ki, həmin illərdə Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında yaradılan informasiya blokadasına baxmayaraq, ən çətin, ağır günlərdə xalqla bir yerdə olan Ümummilli liderimiz Heydər Əliyev 20 Yanvar faciəsi ilə bağlı yüksək səviyyədə, cəsarətlə vətənpərvərlik mövqeyi nümayiş etdirib. Ulu öndərimizin 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xarici jurnalistlər qarşısında çıxış etdiyini, Mixail Qorbaçovun xalqımıza düşmən siyasətini qətiyyətlə ifşa edərək hadisəyə siyasi-hüquqi qiymət verdiyini, Özünün etiraz səsini ucaltdığını xatırladan Əhəd Abıyev bildirib ki, xalqımızın mərd oğlu, müdrik dövlət xadimi Heydər Əliyev 20 Yanvar qanlı cinayətinin digər təşkilatçılarını da qəzəblə ittiham edib, vətənimizin bütövlüyü, milli müstəqilliyimiz uğrunda canlarını fəda etmiş bütün şəhidlərin ailələrinə dərin hüznlə başsağlığı verib, onlara Allahdan səbr və dəyanət arzulayıb.
Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev nitqinə davam edərək bildirib ki, Ümummilli liderin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə hüquqi qiymət verilməsi məsələsi öz həllini tapıb. 20 Yanvar tarixi ümumxalq hüzn günü elan edilib. 20 Yanvar faciəsini həmişə uca tutan Ulu öndərimiz bu faciədə həlak olanların adlarının əbədiləşdirilməsinə, şəhidlərin ailə üzvlərinə maddi və mənəvi qayğı göstərilməsinə daim diqqətlə yanaşıb. Bu gün bu humanist siyasət möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezidentimiz cənab İlham Əliyev bu qəbildən olan vətəndaşlarımıza- müharibə veteranlarına, şəhid ailələrinə, əlillərə daim diqqət və qayğı göstərir və onların problemlərinin dövlət səviyyəsində həllini mühüm vəzifə olaraq bir tələb kimi qarşıya qoyur.
İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev böyük minnətdarlıq hissi ilə bildirib ki, bu gün Ulu öndər Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanın regiondakı, qitədəki, dünyadakı mövqeyini daha da gücləndirməyə nail olub: “Ölkə başçısı 20 Yanvar hadisələrinin beynəlxalq müstəvidə siyasi-hüquqi qiymətini alması üçün əlindən gələni edir. Azərbaycan Prezidenti İlham Əliyev 20 Yanvar faciəsini xalqımıza qarşı törədilən qətliam kimi qiymətləndirərək, həmin məqsədli qırğını beynəlxalq təşkilatların diqqətinə çatdıraraq deyib ki, 20 Yanvar günü bizim böyük faciəmizdir, ancaq eyni zamanda, Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir. O gündən keçən müddət ərzində Azərbaycan demək olar ki, tamamilə yeni mərhələyə qədəm qoydu. Bu gün ölkəmiz dünyada ən sürətlə inkişaf edən ölkədir. Azərbaycan sübut etdi ki, xalqının iradəsinə əsaslanaraq müstəqil, azad ölkə kimi uğurla inkişaf edir. 20 Yanvar faciəsi Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcəkdir. Şəhidlərimizin əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.
Bütün sahələrdə həyata keçirdiyi layihələri, xeyirxahlıq missiyası ilə nəinki ölkəmizdə, hətta dünyada diqqət mərkəzində olan Heydər Əliyev Fondu və Fondun prezidenti Mehriban xanım Əliyeva da müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinə böyük qayğı ilə yanaşır. Heydər Əliyev Fondu 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, faciə qurbanlarının ailələrinin problemlərinin həlli, sağlamlığının bərpası istiqamətində mühüm işlər görür. Azərbaycanın bugünkü hərtərəfli uğurları, bütün dünyada gündən-günə artan nüfuzu, dövlət başçımız, Ali Baş Komandan, Prezident İlham Əliyevin bu istiqamətdə qətiyyətli addımları da Azərbaycanın haqq səsinin beynəlxalq aləmdə qələbə çalmasına zəmanət verir”.
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Siyasət
22 Aprel 19:56
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53
Hadisə
22 Aprel 18:38

