Qaradağ rayonunda fərdi jurnalist yazıları müsabiqəsinə yekun vurulub
05.02.2015 [10:20]
Dünən Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkil etdikləri “Yerli icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın inkişaf etdirilməsi” mövzusunda konfrans keçirilib. Tədbirdə Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Müşahidə Şurasının üzvləri ilə yanaşı, ölkənin 30-a yaxın aparıcı qəzet və elektron informasiya vasitələrinin rəhbərləri, həmin KİV-lərin jurnalistləri, rayon ictimaiyyəti nümayəndələri iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açan Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov ilk olaraq Azərbaycan milli mətbuatının keçdiyi böyük və şərəfli inkişaf yolundan danışıb, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin siyasi iradəsi nəticəsində söz və mətbuat azadlığını məhdudlaşdıran süni maneələrin aradan qaldırıldığını bildirib. Natiq qeyd edib ki, bu sahədə qanunvericilik bazası formalaşıb, mətbuatın maddi-texniki bazasının inkişafı istiqamətində addımlar atılıb. KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi bu gün də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilir. S.Mikayılov rayon İcra Hakimiyyəti ilə KİV-lər arasında qarşılıqlı sıx əlaqələrin olduğunu, mətbuat nümayəndələrinin sorğu və suallarının operativ şəkildə cavablandırıldığını, keçirilən tədbirlərin mütəmadi olaraq mətbuat səhifələrində işıqlandırıldığını, rayonda təşkil olunan tədbirlərə KİV nümayəndələrinin dəvət olunduqlarını diqqətə çatdırıb. Natiq “Qaradağ rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər” mövzusunda keçirilən müsabiqəyə jurnalistlərin xüsusi diqqətinin olmasını ölkəmizin sürətli inkişafının, hər bir bölgədə olduğu kimi, Qaradağ rayonunda da tərəqqinin geniş vüsət almasının nəticəsi olaraq səciyyələndirib.
Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Fondun fəaliyyəti, keçirilən tədbir və müsabiqələr, o cümlədən artıq 2-ci dəfə Qaradağ rayon İcra Hakimiyyəti ilə birgə keçirilən fərdi jurnalist yazıları müsabiqəsi barədə ətraflı məlumat verərək, qeyd edib ki, müsabiqə Qaradağ rayonunun sosial-iqtisadi və ictimai-siyasi həyatındakı proseslərin ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaq məqsədi daşıyıb, 25 noyabr-25 dekabr tarixlərində keçirilən müsabiqə ilə bağlı müxtəlif KİV-də 50 yazı dərc olunub.
Vüqar Səfərli müsabiqənin təşkili, gedişi, iştirakçıların məqalələrinin analizi və qiymətləndirilməsi ilə bağlı ətraflı məlumat verib.
Tədbirdə 2014-cü il ərzində media və icra orqanları arasında əməkdaşlığın inkişafında fəal roluna görə Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov xüsusi diplomla təltif olunub. 16 nəfərin mükafatlandırılması nəzərdə tutulsa da, müsabiqə iştirakçılarının çoxluğu nəzərə alınaraq 25 nəfərə diplomlar, fəxri fərmanlar və pul mükafatları təqdim olunub.
Qeyd edək ki, qəzetimizin əməkdaşı Aqşin Şahinoğlu müsabiqədə birinci yeri tutub.
Xəbər lenti
Hamısına baxElm
07 Oktyabr 23:29
Dünya
07 Oktyabr 22:46
İqtisadiyyat
07 Oktyabr 22:03
Dünya
07 Oktyabr 21:30
Dünya
07 Oktyabr 20:57
Dünya
07 Oktyabr 20:33
Dünya
07 Oktyabr 19:57
Dünya
07 Oktyabr 19:14
Dünya
07 Oktyabr 18:43
Hadisə
07 Oktyabr 18:22
Dünya
07 Oktyabr 17:45
Dünya
07 Oktyabr 17:19
Elm
07 Oktyabr 16:32
İqtisadiyyat
07 Oktyabr 16:30
YAP xəbərləri
07 Oktyabr 16:26
Hadisə
07 Oktyabr 16:13
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:11
Siyasət
07 Oktyabr 16:11
Gündəm
07 Oktyabr 15:38
Sosial
07 Oktyabr 15:18
Siyasət
07 Oktyabr 15:05
Siyasət
07 Oktyabr 15:04
İqtisadiyyat
07 Oktyabr 14:21
Sosial
07 Oktyabr 14:07
Siyasət
07 Oktyabr 13:30
Siyasət
07 Oktyabr 13:07
Siyasət
07 Oktyabr 12:50
Siyasət
07 Oktyabr 12:49
Sosial
07 Oktyabr 12:29
YAP xəbərləri
07 Oktyabr 12:25
Siyasət
07 Oktyabr 12:24
Siyasət
07 Oktyabr 12:12
Siyasət
07 Oktyabr 12:10
Siyasət
07 Oktyabr 12:09
YAP xəbərləri
07 Oktyabr 11:46
YAP xəbərləri
07 Oktyabr 11:45
Gündəm
07 Oktyabr 11:45
Siyasət
07 Oktyabr 11:23
Siyasət
07 Oktyabr 11:22
Gündəm
07 Oktyabr 11:19
Siyasət
07 Oktyabr 11:11
Analitik
07 Oktyabr 10:58
MEDİA
07 Oktyabr 10:56
Gündəm
07 Oktyabr 10:54
Siyasət
07 Oktyabr 10:25
Siyasət
07 Oktyabr 10:09
Analitik
07 Oktyabr 09:42
Gündəm
07 Oktyabr 09:35
Analitik
07 Oktyabr 09:17
Sosial
07 Oktyabr 08:53
Sosial
07 Oktyabr 08:30
Gündəm
07 Oktyabr 08:11
İqtisadiyyat
06 Oktyabr 23:53
Dünya
06 Oktyabr 23:23
YAP xəbərləri
06 Oktyabr 23:04
YAP xəbərləri
06 Oktyabr 22:59
Dünya
06 Oktyabr 22:24
Dünya
06 Oktyabr 21:42
Dünya
06 Oktyabr 21:09
Dünya
06 Oktyabr 20:22
İqtisadiyyat
06 Oktyabr 20:07
Dünya
06 Oktyabr 19:59
Dünya
06 Oktyabr 19:41
Dünya
06 Oktyabr 18:14
Dünya
06 Oktyabr 17:30
Gündəm
06 Oktyabr 16:20
Dünya
06 Oktyabr 16:20
Siyasət
06 Oktyabr 16:15

