“Azərsu” ASC-də 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib
07.03.2015 [10:48]
8 mart-Beynəlxalq Qadınlar Günü münasibətilə “Azərsu” Səhmdar Cəmiyyətində tədbir keçirilib. Bu əlamətdar gün münasibəti ilə “Azərsu” ASC-nin qadın əməkdaşlarını rəhbərlik adından təbrik edən Səhmdar Cəmiyyət sədrinin birinci müavini Teyyub Cabbarov deyib ki, xalqımızın milli varlığını müəyyən edən mədəni-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanması və bu günədək layiqincə yaşadılmasında Azərbaycan qadınının misilsiz xidmətləri var.
Ümummilli liderimiz Heydər Əliyevin qadınların cəmiyyətdə rolunun yüksəldilməsinə diqqət və qayğı ilə yanaşdığını deyən Teyyub Cabbarov bu istiqamətdə atılan addımlarla bağlı geniş məlumat verib. Natiq bildirib ki, bu ənənələrə sadiq qalan Prezident İlham Əliyev qadınların ictimai-siyasi fəallığının artırılmasına xüsusi önəm verir: “Azərbaycan qadını artıq cəmiyyətimizdə öz layiqli yerini tutub. Bu gün qadınlar ölkəmizdə komitə sədri, nazir müavini, rektor və digər yüksək vəzifələrdə çalışırlar. Millət vəkillərinin 20 faizə yaxınını qadınlar təşkil edir. Azərbaycan qadınının, ailəsinin qarşılaşdığı problemlərin həllində, uşaqların sağlamlığının qorunması, təhsili və tərbiyəsi sahəsində Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın misilsiz xidmətləri var”.
Teyyub Cabbarov içməli su təsərrüfatı sektorunda mühüm nailiyyətlərin əldə edilməsində qadınların böyük əməyinin olduğunu da bildirib. Qeyd olunub ki, “Azərsu” ASC-də çalışan 12 minə qədər işçinin 2221 nəfərini və ya 18 faizindən çoxunu qadınlar təşkil edir. Qadınların üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməsi və cəmiyyətdə fəal mövqe tutması yüksək qiymətləndirilib.
Tədbirin sonunda “Azərsu” ASC-nin xanım əməkdaşlarına bayram hədiyyələri təqdim edilib.
Xəbər lenti
Hamısına baxGündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47
Sosial
09 Oktyabr 11:44
İqtisadiyyat
09 Oktyabr 11:43
İqtisadiyyat
09 Oktyabr 11:43
Sosial
09 Oktyabr 11:43
Gündəm
09 Oktyabr 11:41
Siyasət
09 Oktyabr 11:23
Siyasət
09 Oktyabr 11:22
Siyasət
09 Oktyabr 11:22
İqtisadiyyat
09 Oktyabr 11:17
Sosial
09 Oktyabr 11:03
Siyasət
09 Oktyabr 10:57
Sosial
09 Oktyabr 10:50
İqtisadiyyat
09 Oktyabr 10:50
Analitik
09 Oktyabr 10:25

