Qubadlı ictimaiyyəti Novruz bayramı münasibətilə tədbir keçirib
19.03.2015 [10:18]
Sumqayıt şəhərində məskunlaşmış Qubadlı rayonundan olan məcburi köçkünlər Novruz bayramı münasibətilə təntənəli tədbir keçirib. Qubadlıdan olan məcburi köçkünlərin kompakt məskunlaşdığı ərazilərdə, o cümlədən, Sumqayıt şəhərindəki 42-ci məhəllədə 10 saylı peşə liseyinin həyətində keçirilən bayram şənliyində rayon İcra Hakimiyyətinin və Qubadlı ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Öncə yandırılmış tonqal ətrafında məcburi köçkünlərlə görüşən rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov onları bayram münasibətilə təbrik edib. Tədbirdə milli adət-ənənələrimizə hörmət, milli bayramlarımızın yüksək səviyyədə qeyd edilməsi xüsusi olaraq vurğulanıb. Qeyd olunub ki, Novruz ümumxalq bayramı kimi uzun əsrlərdən bəri yurdumuzun hər bir guşəsində müxtəlif el şənlikləri və mərasimlərlə qarşılanır. Bildirilib ki, Tanrıya, kainatın nizamına və ana təbiətə sonsuz sevginin parlaq ifadəsi olan bu bayramın qədim ənənələrinin bütün rəngarəngliyi ilə qorunub saxlanılması Azərbaycan xalqının öz tarixi-mədəni keçmişinə yüksək ehtiramının və milli-mənəvi dəyərlərə dərin bağlılığının nümayişidir. Bu bayramda kimsəsizlərə, ehtiyacı olanlara, ahıl insanlara baş çəkmək, onlara bayram sovqatı vermək savab hesab edilir.
Daha sonra rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov Qubadlı camaatının hər zaman əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilən dövlət siyasətini dəstəklədiyini diqqətə çatdırıb. Tədbirdə Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində torpaqlarımızın işğaldan azad ediləcəyinə və bayram tonqallarının gələcək illərdə işğaldan azad edilən yurdlarımızda yandırılacağına inam ifadə edilib.
Ənənəvi olaraq bu bayram ərəfəsində məcburi köçkünlərdən olan 780 aztəminatlı, imkansız ailələrə, o cümlədən, şəhid ailələrinə Qubadlı rayon İcra Hakimiyyəti tərəfindən bayram sovqatları paylanıb.
“Bərgüşad” ansamblının, rayon incəsənət xadimlərinin ifalarında konsert proqramı, Novruzun simvolu olan Kosa və Keçəlin əyləncəli hərəkətləri tədbirə xüsusi bəzək qatıb. Bayram tonqalı ətrafında xalq rəqsləri ifa edilib. Daha sonra bayram şənliyi çay sürfəsi ətrafında davam etdirilib.
PƏRVİZ
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

