“Azərsun Holdinq” məhsullarının qiymətini artırmağı planlaşdırmır
20.03.2015 [11:15]
Savaş Uzan: 2015-ci ilin “Kənd təsərrüfatı ili” olduğunu nəzərə alaraq, “Azərsun Holdinq” bu il əkin sahələrini genişləndirəcək, böyük ərazilərdə yeni əkin sahələri salaraq yerli kəndli və fermerlərə aqroməsləhət xidmətləri ilə dəstək olacaq
“Azərsun Holdinq” şirkətinin rəhbərliyi martın 18-də mətbuat konfransı keçirib. Tədbiri giriş sözü ilə açan şirkətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Afiq Səfərov Holdinqin gördüyü işlərlə əlaqədar məlumatların çatdırılması üçün jurnalistlərlə belə görüşlərin mütəmadi şəkildə keçiriləcəyini deyib.
Jurnalistlər qarşısında çıxış edən “Azərsun Holdinq”in baş direktoru Savaş Uzan deyib ki, “Azərsun Holdinq”in Müşahidə Şurası dünyada baş verən iqtisadi-maliyyə böhranını nəzərə alaraq, idxaldan asılılığın maksimum şəkildə azaldılması, kənd təsərrüfatı əkin sahələrinin genişləndirilməsi və yerli istehsal müəssisələrinin potensialının artırılmasına istiqamətlənmiş qərarlar qəbul edib: “Birinci qərar yerli istehsalın artırılması ilə bağlıdır. Biz istehsalatda idxal məhsullarını maksimum azaldaraq yerli məhsulla əvəz edəcəyik. Bu yolla xərclər azaldılacaq, satış həcminin artırılması istiqamətində layihələr həyata keçiriləcək”.
İkinci istiqamət yeni bazarlara çıxmaqla əlaqədardır: “Yəni, ixrac potensialının artırılması üçün tədbirlər həyata keçirmək, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən təşkil olunmuş biznes forumlarında, xarici sərgilərdə daha fəal iştirak etməklə məhsulların tanıtımı fürsətindən maksimum faydalanmaq qərara alınıb”.
Yeri gəlmişkən, artıq məhsulların ixracı ilə bağlı bir sıra yeni addımlar da atılıb: “Milli valyutamızın ABŞ dolları ilə nisbətdə ucuzlaşması fonunda, ixracın genişləndirilməsi üçün yaranmış imkanların dəyərləndirilməsi məqsədilə təcili surətdə Almaniyada satış nümayəndəliyimiz fəaliyyətə başlayıb. Bu ofisin fəaliyyətə başlaması ilə tək Almaniyada deyil, digər Avropa ölkələrində də “Azərsun Holdinq”in məhsullarının satışı təşviq ediləcək, konkret addımlar atılacaq. Bundan başqa, “Azərsun Holdinq” Avropanın dünyada məşhur “Heinemann” şirkəti ilə də müqavilə bağlayıb. Müqaviləyə əsasən, 59 ölkənin hava limanlarında Azərbaycan məhsullarının, əsasən də “Azərçay”ın satışı üçün razılıq əldə olunub”.
“Azərsun Holdinq”in Müşahidə Şurasının qəbul etdiyi qərarlardan ikisi isə birbaşa kənd təsərrüfatı ilə bağlıdır ki, bu da təsadüfi deyil: “2015-ci ilin “Kənd təsərrüfatı ili” olduğunu nəzərə alaraq bəyan edirik ki, “Azərsun Holdinq” bu il əkin sahələrini genişləndirəcək, böyük ərazilərdə yeni əkin sahələri salaraq yerli kəndli və fermerlərə aqroməsləhət xidmətləri ilə dəstək olacaq. Bölgələrdə yaşayıb kənd təsərrüfatı ilə məşğul olan bütün həmvətənlərimizə bu xidmətlər təmənnasız olaraq göstəriləcək. Onların yetişdirdiyi məhsul “Azərsun Holdinq” tərəfindən alınacaq. Bu məhsulların emalı ilə məşğul olan bütün zavodlarımız tam gücü ilə fəaliyyətə başlayacaq”.
Baş direktor qeyd edib ki, “Azərsun Holdinq” birinci Avropa Oyunlarından milli şirkətlərimizin yararlanmasına dəstək vermək məqsədi ilə Olimpiya kəndində fəaliyyət göstərəcək “Bazarstore”da bütün yerli istehsalçılara öz məhsullarını tanıtmağa imkan yaradacaq.
Son vaxtlar Holdinqin adının qiymət artımı ilə bağlı tez-tez hallanmasına gəlincə, Savaş Uzan bunları deyib: “Bunun nədən qaynaqlandığını bilmirəm. Manatın məzənnəsi yenicə dəyişəndə bəyan etdik ki, məhsullarımızın qiymətini artırmağa hazırlaşmırıq”.
Daha sonra çıxış edən “Bazarstore” MMC-nin PR və Marketinq meneceri Günay Novruzqızı birinci Avropa Oyunları vaxtı “Bazarstore” mağazalarında yerli məhsulların tanıdılması ilə bağlı görüləcək işlərdən danışıb. Qeyd edək ki, “Azərsun Holdinq” Bakıda keçiriləcək Avropa Oyunlarının rəsmi dəstəkçisidir.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47
Sosial
09 Oktyabr 11:44
İqtisadiyyat
09 Oktyabr 11:43
İqtisadiyyat
09 Oktyabr 11:43
Sosial
09 Oktyabr 11:43
Gündəm
09 Oktyabr 11:41
Siyasət
09 Oktyabr 11:23
Siyasət
09 Oktyabr 11:22
Siyasət
09 Oktyabr 11:22
İqtisadiyyat
09 Oktyabr 11:17
Sosial
09 Oktyabr 11:03
Siyasət
09 Oktyabr 10:57
Sosial
09 Oktyabr 10:50
İqtisadiyyat
09 Oktyabr 10:50
Analitik
09 Oktyabr 10:25
Gündəm
09 Oktyabr 10:19
Sosial
09 Oktyabr 09:42
Gündəm
09 Oktyabr 09:32
Analitik
09 Oktyabr 09:18
Sosial
09 Oktyabr 08:50
MEDİA
09 Oktyabr 08:37
Gündəm
09 Oktyabr 08:11
Dünya
08 Oktyabr 23:25
İqtisadiyyat
08 Oktyabr 22:53
İqtisadiyyat
08 Oktyabr 22:31
Dünya
08 Oktyabr 21:59
Gündəm
08 Oktyabr 21:31
Dünya
08 Oktyabr 21:22
İqtisadiyyat
08 Oktyabr 20:57
Sosial
08 Oktyabr 20:25

