Ölkədə mərkəzləşdirilmiş ünvanlı dövlət sosial yardımı üzrə yeni sistem yaradılır
11.04.2015 [11:35]
Azərbaycanda mərkəzləşdirilmiş ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) yaradılır. Bu məqsədlə ünvanlı sosial yardımların təyinatında avtomatlaşdırılmış sistemə keçid üçün texniki işlərə də başlanılıb. Ölkədə ilk dəfə yaradılan bu sistem Prezident İlham Əliyevin 23 fevral 2015-ci il tarixli ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi haqqında Fərmanına əsasən həyata keçirilir.
Bu barədə nazirlikdən verilən məlumata görə, adıçəkilən bu sistem vətəndaşlara ünvanlı dövlət sosial yardım üzrə sürətli rahat və şəffaf xidmətlərə geniş çıxış imkanı yaradacaq. Həmçinin, ünvanlı sosial yardımların təyinatı prosesində məmur-vətəndaş təmaslarının minimuma endirilməsi eləcə də, bu sahənin tam avtomatlaşdırılması prosesini də sürətləndirəcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə hazırda bu istiqamətdə beynəlxalq təcrübə öyrənililir və ünvanlı dövlət sosial yardım üçün müraciətlərin elektron qəbulunu və yardımların avtomatik şəraitdə təyinatını nəzərdə tutan sistem formalaşdırılır.
Məlumat üçün bildirək ki, bu sistemin işə salınması üçün nazirlik beş ay müddətində vətəndaşlara fərdi kommunikasiya vasitələrindən, yeni kompüterlərdən, mobil telefonlardan və digər məqsədlər üçün xüsusi olaraq quraşdırılan infoköşklərdən istifadə etməklə ünvanlı dövlət sosial yardımı ilə bağlı elektron formada müraciət etmək imkanı da yaradacaq. Qeyd edək ki, bütün zəruri texniki imkanlara malik olan bu infoköşklər respublikanın bütün rayon və şəhərlərinin poçt şöbələrində quraşdırılacaq. Eyni zamanda, bu infoköşklərin “Elektron hökumət” portalına qoşulması da nəzərdə tutulub. Bu arada vətəndaşlar yerli poçt şöbələrindən onlara pulsuz olaraq verilən və yalnız bu elektron xidmət üçün nəzərdə tutulan elektron imzalardan istifadə etməklə infoköşklərdən ünvanlı dövlət sosial yardım üçün elektron qaydada müraciət edə bilərlər. Bu zaman isə vətəndaşlardan ünvanlı dövlət sosial yardımı almaq hüququna baxılması üçün əvvəllər tələb olunan lazımi arayış və məlumatlar istənilməyəcək, bütün sənədlər müvafiq dövlət qurumlarından elektron formada əldə olunacaq.
VÜSALƏ
Xəbər lenti
Hamısına baxDünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47

