Muxtar respublikada yeni günəş elektrik stansiyası quraşdırılır
18.04.2015 [10:08]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: “Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə müasirlikdir, yenilikdir, ekoloji cəhətdən təmiz texnologiyadır. Bu, bizim gələcəyə baxışımızdır”.
Əlverişli coğrafi mövqeyi və iqlim şəraiti muxtar respublikada da ekoloji cəhətdən təmiz alternativ enerji mənbələrindən istifadəyə geniş imkanlar açır. “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən muxtar respublikada alternativ və bərpa olunan enerji mənbələrinin yaradılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Bu sahədə görülən işlərin tərkib hissəsi olaraq Babək rayonunun Xal-xal kəndi ərazisində yeni günəş elektrik stansiyası quraşdırılır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, aprelin 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov günəş elektrik stansiyasının yerləşəcəyi əraziyə baxıb, stansiyanın planı ilə tanış olub.
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyinin baş direktoru Yasin Səfərov məlumat verib ki, bu il fevralın 7-də Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyi ilə Belçika Krallığının “Soltech” şirkəti arasında Babək rayonunun Xal-xal kəndi yaxınlığında 20 meqavat gücündə Günəş Elektrik Stansiyasının quraşdırılması üçün müqavilə bağlanıb. Məqsəd muxtar respublikanın elektrik enerjisi tələbatının alternativ enerji mənbələri hesabına ödənilməsini təmin etmək və enerji təhlükəsizliyini daha da möhkəmləndirməkdən ibarətdir. Muxtar respublika ərazisində günəşli saatların orta illik kəmiyyətinin 2600-2800 saat təşkil etməsi bu işlərin uğurla yerinə yetirilməsinə imkan verir.
Bildirilib ki, günəş elektrik stansiyası üçün uyğun ərazi seçilib və torpaq işlərinə başlanıb. Stansiyanın qurulmasında Avropa istehsalı olan ən müasir avadanlıqlardan və son texnologiyalara əsaslanan çərçivəsiz günəş panellərindən istifadə ediləcəkdir. Panellər quraşdırılacaq ərazinin ümumi sahəsi 35 hektardır. Ərazinin relyefinə uyğun olaraq stansiya 5 hissədən ibarət olacaqdır. Hissələr arasında yeraltı kabel və yüksək gərginlikli hava verilişi xətləri çəkiləcəkdir. Stansiyada hər birinin gücü 255 vatt olan 78 min 683 ədəd günəş paneli, o cümlədən sabit cərəyanı dəyişən cərəyana çevirən 21 invertor və 11 transformator quraşdırılacaqdır. İstehsal olunan elektrik enerjisi yaxınlıqdakı 110 kilovoltluq “Xal-xal” transformator yarımstansiyası vasitəsilə muxtar respublikanın elektrik enerjisi şəbəkəsinə ötürüləcəkdir.
Günəş elektrik stansiyası muxtar respublikanın enerji istehsalında alternativ enerji mənbələrinin ümumi payını xeyli artıracaq, ucuz elektrik enerjisi istehsalına imkan verəcəkdir.
Ali Məclisin Sədri Belçika Krallığının “Soltech” şirkətinin baş direktoru Mişel Kallerami və şirkətin mütəxəssisləri ilə görüşüb, işlərin keyfiyyətlə başa çatdırılmasının vacibliyini vurğulayıb.
Xəbər lenti
Hamısına baxSiyasət
15 İyun 19:39
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40

