/ / Nərimanov rayonunda Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə atıcılıq turnirinə start verilib
Nərimanov rayonunda Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə atıcılıq turnirinə start verilib
30.04.2015 [09:55]
Dünən Nərimanov rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyasının (YAP) Nərimanov rayon təşkilatı və Nərimanov rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Nərimanov rayonu ərazisində yerləşən ali məktəblərin tələbələri arasında atıcılıq turnirinə start verilib. Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında turnirin açılış mərasimi keçirilib.
Açılış mərasimində YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin sədri Yusif Babanlı çıxış edərək bildirib ki, hər il Ulu öndər Heydər Əliyevin anadan olmasının ildönümü ərəfəsində gənclər arasında müxtəlif yarışlar keçirilir. Y.Babanlı ölkəmizdə dövlət gənclər siyasətinin əsasının məhz Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu xatırladıb. Onun sözlərinə görə, hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov turnir iştirakçılarına uğurlar arzulayıb. Azərbaycanda idman sahəsinin sürətlə inkişaf etdiyini deyən Ş.İbadovun sözlərinə görə, bu sahənin də inkişafı Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. O, gənclərə Ümummilli liderimiz Heydər Əliyevin zəngin irsini dərindən öyrənməyi tövsiyə edib.
Tədbirdə çıxış edən YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev deyib ki, müstəqil dövlətimiz məhz Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət nəticəsində inkişaf edir və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasət uğurla davam etdirilir: “Bu gün Azərbaycanda böyük quruculuq işləri aparılır. Ölkəmizin inkişafı məhz Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət nəticəsində baş verir və bu gün Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Təbii ki, həmin siyasətdən gənclərimizə də pay düşür. Gənclərimiz isə, öz növbəsində, onlar üçün yaradılan şəraiti düzgün dəyərləndirməli və bu siyasətin yerlərdə icrası işində yaxından iştirak etməlidirlər”.
T.Tağıyev YAP Nərimanov rayon təşkilatının Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirdiyini vurğulayıb. Onun sözlərinə görə, bu turnir də Ümummilli liderimizin əziz xatirəsinə həsr olunmuş tədbirlərdən biridir.
Nərimanov rayonu İcra Hakimiyyəti başçısının müavini İlqar Mirzəyev hazırda ölkəmizin bütün guşələrində Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə tədbirlərin keçirildiyini bildirib. İ.Mirzəyev qeyd edib ki, müstəqilliyimizin ilk illərində dövlətimizin qarşısında duran çətinlikləri həll edə bilmək üçün gənclərin yenidən təşkilatlanması, onlarda milli özünüdərkin, azad, demokratik düşüncənin formalaşması Ümummilli lider Heydər Əliyevin qayğısı və diqqəti nəticəsində mümkün olub. O deyib ki, belə turnirlər gənclərin həyatında yaddaqalan hadisələrdəndir.
Nərimanov rayonunda da dövlət gənclər siyasətinin yüksək səviyyədə həyata keçirildiyini deyən rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov vurğulayıb ki, Ümummilli liderimiz Heydər Əliyevin uzaqgörənliklə formalaşdırdığı gənclər siyasəti bu gün yeni mərhələdə inkişaf etməkdədir. İdarə rəisinin fikrincə, belə turnirlərin keçirilməsi də dövlət qayğısından qaynaqlanır. İştirakçılara uğurlar diləyən N.Novruzov gələcək illərdə belə tədbirlərin Şuşada, Xankəndində keçirilməsini arzulayıb. “Qarşıdan ilk Avropa Oyunları gəlir. İdmançılarımız bu yarışda da öz güclərini sınayacaqlar. Təkcə Nərimanov rayonundan 40-dan çox idmançı bu mötəbər idman yarışında iştirak etmək üçün vəsiqə qazanıb. İnanırıq ki, onlar qələbə qazanaraq ölkəmizin adını bir daha zirvələrə qaldıracaqlar”, - deyə o bildirib.
Qeyd edək ki, turnirdə Nərimanov rayon ərazisində yerləşən ali məktəblərin tələbələrindən ibarət 10 komanda mübarizə aparacaq. May ayının 7-də isə turnirin finalı olacaq və qaliblərə mükafatlar və qiymətli hədiyyələr təqdim olunacaq.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25

