“Alov Qoruyanlar”
08.05.2015 [09:48]
İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmiz üçün, ümumiyyətlə, bütün Avropa Olimpiya hərəkatı üçün tarixi hadisədir. Hazırda regionun lider dövlətinə və dünya birliyində söz sahibinə çevrilən Azərbaycanın sürətli inkişafı, beynəlxalq aləmdə yüksələn reytinqi, getdikcə möhkəmlənən mövqeyi, mövcud ictimai-siyasi sabitlik ölkəmizin bu mötəbər tədbirə uğurla ev sahibliyi edəcəyinə tam əminlik yaradıb. Avropa Olimpiya Komitəsi tərəfindən bu qərarın qəbul edilməsi bu vaxta qədər respublikamızda nüfuzlu qurumların öz tədbirlərini keçirməsilə yanaşı, çoxsaylı idman yarışlarının, Avropa və dünya çempionatlarının yüksək səviyyədə təşkil olunması, idmançılarımızın beynəlxalq yarışlarda əldə etdikləri nailiyyətlər, ümumilikdə, Azərbaycanda idman sahəsində görülmüş işlər böyük rol oynayıb. Beynəlxalq və Avropa Olimpiya komitələri bütün bunları yüksək dəyərləndirib və ilk Avropa Oyunlarının da yüksək səviyyədə keçiriləcəyi qənaətinə gəliblər. Qeyd edək ki, bu mötəbər yarışın yüksək səviyyədə keçirilməsi üçün bu gün dövlətimiz tərəfindən müvafiq hazırlıq işləri uğurla davam etdirilir. Sevindirici haldır ki, “Bakı-2015” ilk Avropa Oyunlarını içtimai təşkilatlarla yanaşı gənclər eləcə də “Bakı-2015”in könüllüləri də dəstəkləyir.
Bildiyiniz kimi, artıq bir neçə gündür ki, “Yeni Azərbaycan” qəzeti “Alov Qoruyanlar” adlı yeni rubrikaya start verib. Bu rubrikada mütəmadi olaraq Avropa Oyunlarında fəaliyyət göstərəcək könüllü gənclərimizi oxucularımıza təqdim edirik.
“Bu Oyunların keçirilməsi ölkəmiz üçün çox böyük tarixi hadisədir və hər bir könüllü fəxrlə bu tarixin yaradılmasında iştirak etməlidir”. Bunu qəzetimizə açıqlamasında Bakı Dövlət Universitetinin dördüncü kurs tələbəsi Qəmər Əlizadə deyib. Onun sözlərinə görə, öz ölkəni böyük beynəlxalq yarışlarda təmsil etmək inanılmaz hissdir: “Bir çox azərbaycanlı gəncin “Bakı-2015” ilk Avropa Oyunlarında bu cür imkan əldə etmələri mənim üçün xoşdur. Eyni zamanda, bu Oyunlar biz könüllülərə ölkəmizə gələn qonaqlara Azərbaycanın qonaqpərvərliyi haqqında ətraflı məlumat vermək imkanı yaradacaq. “Bakı-2015” könüllülərinin günü-gündən sıralarının artdığını görəndə mən gürurlanıram. Nə yaxşı ki, mən də bu gənclər sırasındayam”.
“Sevindirici haldır ki, dünyanın diqqətini çəkən birinci Avropa Oyunları məhz Azərbaycanda keçiriləcək”. Bunu qəzetimizə açıqlamasında Milli Aviasiya Akademiyasının birinci kurs tələbəsi, “Bakı-2015”in könüllüsü Ağalar Mikayılov deyib: “Bizim ailəmizdə idmana böyük maraq var. Mən özüm də idmanı xoşlayıram, futbol azarkeşiyəm. Bir gənc kimi fərəh hissi keçirirəm ki, Azərbaycan idman ölkəsi kimi tanınır, mötəbər idman yarışlarına ev sahibliyi edir. Bizim idmançılarımız beynəlxalq yarışlarda, Olimpiya Oyunlarında medallar qazanır, bayrağımızı dalğalandırırlar”.
Ağalar Mikayılov əlavə edib ki, bir könüllü kimi bu Oyunlar zamanı ölkəmizin xarici qonaqlara tanıdılması üçün əlindən gələni edəcək. “Biz könüllülər Bakı şəhərinə gələn qonaqlara ölkəmizi tanıtmaq üçün var gücümüzlə çalışacağıq. Çalışacağıq ki, ölkəmizi yüksək səviyyədə bu Oyunlarda təmsil edək və gələnlərə bir daha Odlar Yurdunun nə qədər qonaqpərvər olduğunu göstərək”.
Vüsalə CAVANŞİR
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31

