Akademik Kamal Abdullayevə Təbrizdə “Elmi fəaliyyətə görə” mükafatı təqdim edilib
21.05.2015 [09:35]
Mayın 19-da İran İslam Respublikasının Təbriz şəhərində Qafqaz Universitetləri Birliyinin (KUNİB) 5-ci konqresi keçirilib. Konqresdə Azərbaycan, Türkiyə, Gürcüstan, Kipr və İranda fəaliyyət göstərən universitetlərin rektorları və digər nüfuzlu elm ocaqlarının rəhbərləri, alimlər, elmi tədqiqatçılar iştirak ediblər.
Konqresdə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev, Naxçıvan Dövlət Universitetinin rektoru Saleh Məhərrəmov, Bakı Dövlət Universitetinin prorektoru Sani Hacıyev, Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynli, “Naxçıvan” Universitetinin rektoru İsmayıl Əliyev, Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı iştirak ediblər.
KUNİB-in sədri, Türkiyənin Ərdahan Universitetinin rektoru Ramazan Korkmaz birliyə daxil olan elm ocaqlarının fəaliyyətindən, alimlərin elmi işlərindən danışıb. Qeyd olunub ki, region xalqlarının tarixinin, mədəniyyətinin, ictimai və sosial həyatının öyrənilib elmi cəhətdən tədqiq edilməsində birliyə daxil olan universitetlər böyük rol oynayır. Həmin universitetlərdə çalışan alimlərin bu gün yazılan elmi işləri gənc nəslə çatdırılacaq və regionun tarixi daha dərindən öyrənilərək gələcək inkişafa yol açacaq.
Təbriz Universitetinin rektoru Məhəmmədrza Purməhəmmədi universitetlərin elmi əməkdaşlığından danışaraq qeyd edib ki, bu əməkdaşlıq xalqların daha da yaxınlaşmasına səbəb olur. Elm adamlarının bir araya gələrək əlaqələrin genişləndirilməsi haqqında fikir mübadiləsi aparması xalqların bir-birilərini yaxından tanımasına şərait yaradır.
Çıxışlardan sonra konqres öz işini panel iclaslarla davam etdirib.
Sonra KUNİB-in mükafatının təqdimetmə mərasimi olub. Birliyin sədri Ramazan Korkmaz Dövlət müşaviri, akademik Kamal Abdullayevin elmi fəaliyyəti, yazdığı əsərlərin əhəmiyyətindən danışıb. Bildirib ki, onun elmi tədqiqatları və monoqrafiyaları xalqların mədəniyyətlərinin öyrənilməsinə həsr edilib. Bu əsərlərin təbliği istənilən cəmiyyətdə multikulturalizmin inkişafına təkan verir və xalqların bir-birinə qarşı tolerant münasibətdə olmasının vacibliyini vurğulayır.
R.Korkmaz KUNİB-in “Elmi fəaliyyətə görə” mükafatını Kamal Abdullayevə təqdim edib.
Mükafata görə təşəkkürünü bildirən Dövlət müşaviri Azərbaycan Prezidentinin salamlarını konqres iştirakçılarına çatdırıb. O deyib ki, xalqların birlik, bərabərlik və mehribanlıq şəraitində yaşamasını təbliğ etmək hər bir elm adamının borcudur.
Tədbirdə Azərbaycanın Təbrizdəki baş konsulu Əli Əlizadə də iştirak edib.
Xəbər lenti
Hamısına baxSiyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19

