Sona Vəliyeva: Telekanallar bu məsələyə peşəkar münasibət bildirməlidir
23.05.2015 [10:06]
“Mayın 19-da paytaxtdakı yanan binada baş vermiş xoşagəlməz hadisə ilə əlaqədar Azərbaycanın bütün televiziya kanalları vətəndaş mövqeyindən çıxış etməlidir”. Bu sözləri Publika.az-a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) üzvü, “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva deyib.
S.Vəliyeva bütün məsələlərdə vətəndaş mövqeyindən çıxış etməyin vacibliyini vurğulayıb.
Baş vermiş hadisədən dərhal sonra ölkə başçısının məsələyə münasibət bildirdiyini və baş vermiş hadisənin istintaqını Öz nəzarətinə götürdüyünü xatırladan S.Vəliyeva qeyd edib ki, Azərbaycan Prezidentinin bu cür addım atmasını hər kəs böyük rəğbətlə qarşılayıb: “Dövlət başçımız bu hadisə ilə bağlı böyük vətəndaşlıq və həmrəylik nümayiş etdirdi, ürək yanğısı ilə bəyan etdi ki, bütün beynəlxalq yarışlar bu faciənin yanında heç nədir. Yəni, ən böyük beynəlxalq tədbirlər mənim vətəndaşımın yaşadığı bu faciənin yanında heçə bərabərdir”.
S.Vəliyeva deyib ki, mayın 19-da Azərbaycan xalqı böyük faciə ilə üzləşib: “Əgər bu hadisə zamanı 1 nəfər vəfat etsəydi belə, əlbəttə ki, bu heç kəsə xoş gələ bilməzdi. Çünki bu, bizim soydaşımızın faciəsidir. Hər bir Azərbaycan vətəndaşı, o cümlədən, televiziya aparıcısı bu hadisəyə öz ailəsinin faciəsi kimi yanaşmalıdır. Ötən gün telekanallarda göstərilən bir süjet məni çox təsirləndirdi. Yəni, millətimiz lazım olanda həmrəylik nümayiş etdirir. Yanan binanın qarşısına gül qoymaq üçün gələn insan izdihamı millətimizin bu faciəni ürəkdən yaşadığını göstərdi. Düşünürəm ki, bütün televiziya kanalları bu məsələyə çox peşəkar və vətəndaşlıq mövqeyindən yanaşaraq, ağıllı münasibət bildirməlidir. Çünki bu hadisə bizim yaşadığımız faciədir, bunu heç kəs arzu etməyib. Bu faciə baş verib, ancaq bu hadisəyə münasibət düzgün bildirilməlidir.
Əlbəttə ki, bu faciəyə laqeyd münasibət hər birimizi narahat edir. Əgər hər hansı bir adam bu faciəni yaşasaydı və digər insanlar da ona qarşı laqeydlik göstərsəydi, bu, onun xoşuna gələrdimi? Bu mənada da biz faciədə və xoş günlərdə də həmrəy olmağı bacarmalıyıq. İnanıram ki, baş vermiş bu hadisə ilə bağlı hər bir insan özünün məsuliyyətini ortaya qoyacaq, insanlıq yüksək zirvədə dayanacaq və haqq-ədalət öz yerini tapacaq. Mən bu faciə zamanı dünyasını dəyişənlərə Allahdan rəhmət, sağ qalanlara isə şəfa diləyirəm. Eyni zamanda, bu faciəni öz faciəsi kimi yaşayanlara başsağlığı verirəm”.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

