“Əsgər Ailələrinə Dəstək” İctimai Birliyi Tərtər rayonunun Qapanlı kəndində görüş keçirib
30.05.2015 [11:17]
“Əsgər Ailələrinə Dəstək” İctimai Birliyi (ƏAD İB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Ordumuza güvənirik - Vətənpərvərliyin təbliği” mövzusunda ictimai tədbirlərin təşkili layihəsinin icrasına start verib. Birlikdən verilən məlumata görə, layihənin əsas məqsədi - Sərhədyanı bölgələrdə və təmas xəttində təhlükəsizlik, valideynlərin əsgərlərin sosial durumu ilə tanışlığı və KİV-də hərbi sahəyə aid həqiqətdən uzaq informasiyaların qarşısının alınmasıdır. Layihə çərçivəsində sərhədyanı bölgələrdə və təmas xəttində (Qazax, Tovuz, Goranboy, Ağdam, Tərtər) yerli əhalinin təhlükəsizliyi, əsgərlərin sosial şəraiti ilə bağlı ictimai nəzarətin təşkili və valideynlərin düzgün məlumatlandırılması, KİV-də hərbi ilə bağlı obyektiv məlumatların verilməsi, Milli Ordunun ictimai nüfuzunun yüksəldilməsindən bəhs ediləcək.
Layihə çərçivəsində Tərtər rayon İcra Hakimiyyətində, ön xətdə “N” saylı hərbi hissədə, həmçinin, erməni girovluğunda olan Şahbaz Quliyevin anası ilə görüşlər keçirilib. Növbəti belə görüş isə Qapanlı kəndində sakinlər ilə baş tutub. “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin sədri Mətanət Əsgərqızı layihənin məqsədi barədə məlumat verib. Sakinlər belə görüşlərin onlar üçün çox əhəmiyyətli olduğunu, hər gün atəşə məruz qalan bu kəndin insanlarının yurdlarında qəhrəmanlıqla yaşadıqlarını qeyd ediblər. Bildirilib ki, bu gün Qapanlı kəndində ixtisas seçən hər bir gənc hərbçi olmaq arzusundadır.
O da xüsusi vurğulanıb ki, belə görüşləri onlara olan dövlətin qayğısı kimi dəyərləndirirlər. Lakin kənd sakinləri bir sıra problemlərin olduğunu da vurğulayıblar. Bu problemlərin ermənilərin mütəmadi atəşkəsi pozması, bunun nəticəsində evlərinin dağılması, əhalinin təsərrüfat işləri ilə məşğul ola bilməməsi, kəndə gələn suyun ermənilər tərəfindən zəhərlənməsindən ibarət olduğunu bildiriblər. İctimai Birliyin sədri, layihənin rəhbəri Mətanət Əsgərqızı qaldırılan məsələlərlə bağlı aidiyyəti orqanlara müraciət olunacağını bildirib.
Xəbər lenti
Hamısına baxDünya
10 Oktyabr 16:22
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47
Sosial
09 Oktyabr 11:44
İqtisadiyyat
09 Oktyabr 11:43
İqtisadiyyat
09 Oktyabr 11:43
Sosial
09 Oktyabr 11:43
Gündəm
09 Oktyabr 11:41
Siyasət
09 Oktyabr 11:23
Siyasət
09 Oktyabr 11:22
Siyasət
09 Oktyabr 11:22
İqtisadiyyat
09 Oktyabr 11:17
Sosial
09 Oktyabr 11:03

