Azərbaycan Milli QHT Forumunun BƏYANATI
09.06.2015 [09:21]
Milyonlarla tamaşaçının ekran önündə və canlı olaraq izləyəcəyi, yeni adlar, yeni nəticələrlə yadda qalacaq, tarixdə ilk dəfə keçiriləcək möhtəşəm idman bayramı “Bakı-2015” birinci Avropa Oyunlarının başlanmasına sayılı günlər qalır. Ölkəmizə gələcək idmançılar, jurnalistlər və turistlər üçün mümkün olan hər cür şərait yaradılıb - 5-6 ilin işi 2 il yarım müddətində gerçəkləşdirilib. Gələnlər Azərbaycanın hərtərəfli inkişafı və bənzərsiz gözəlliyi, xalqımızın qonaqpərvərliyi, Şərq və Qərb harmoniyasını təcəssüm etdirən mədəniyyətimiz barədə dolğun məlumatlar alacaq, Azərbaycan həqiqətlərinə özləri şahid olacaqlar. Əlbəttə, “Bakı-2015” ilk Avropa Oyunları zamanı ərazilərimizin Ermənistan tərəfindən işğalı, qaçqın və məcburi köçkünlərimiz, xalqımıza qarşı törədilmiş soyqırımı aktları və elan olunmamış müharibənin doğurduğu digər üzüntülər haqqında da dünya ictimaiyyətinə geniş məlumatlar çatdırmaq imkanları yaranacaqdır. Məhz buna görə, möhtəşəm idman bayramı yaxınlaşdıqca, Azərbaycana dost mövqedə olmayan bəzi dairələrin narahatlığı artır. Son aylar ölkəmizə qarşı başlanmış qarayaxma kampaniyası daha da “sistem”ləşir, intensivləşir. Bir mərkəzdən idarə olunan bu qüvvələr Azərbaycan Respublikasının bölgədə və dünyada sülhün, təhlükəsizliyin möhkəmləndirilməsinə, bərabərhüquqlu tərəfdaşlığın genişlənməsinə yönəlmiş müstəqil siyasətini qəbul etmək istəmir, respublikamızın artan nüfuzunu zədələməyə uğursuz cəhd göstərirlər.
BMT-nin insan haqları üzrə xüsusi məruzəçisi Mişel Forst, ATƏT-in media azadlığı üzrə təmsilçisi Dunya Miyatoviç və Avropa Şurasının insan haqları komissarı Nils Mujnieksin iyunun 3-də “OpenDemocracy” portalında yayılmış ortaq məqaləsi də anti-Azərbaycan şəbəkəsinin növbəti təxribat cəhdidir. Belə ki, BMT Baş Məclisinin 69-cu sessiyasında (31 oktyabr 2014-cü il) qəbul edilmiş A/RES/69/6 saylı və “İdman təhsil, səhiyyə, inkişaf və sülhü təşviq edən vasitə kimi” adlı Qətnamədə Avropa Oyunlarının əhəmiyyəti xüsusi olaraq vurğulanır, bu şəxslərin Avropa Oyunlarına qarşı təxribat xarakterli cəhdləri də məhz beynəlxalq ictimaiyyətin iradəsinə qarşı fəaliyyət kimi dəyərləndirilə bilər.
İnsan haqlarının müdafiəsindən danışdıqları halda, bu şəxslər tərəfindən Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində adi insan hüquqlarından məhrum olmuş azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqları haqqında bir söz deməyə belə cəsarət tapmırlar.
Sanki idmançıların son məşqləri gedərkən siyasiləşmiş “hüquq müdafiəçi”lərinin də son oyunlarını izləməkdəyik...
Azərbaycanda repressiyaların, vətəndaş cəmiyyətinə basqıların olduğunu iddia edənlər gərək unutmasınlar ki, biz Azərbaycanda birinci Avropa Oyunlarını təşkil etmişik, birinci Avropa Siyasi Oyunlarını deyil... Əgər siyasi meydan axtarırlarsa, maraqlı dairələrə xatırlatmaq istərdik ki, onu Avropa İttifaqı Şərq Tərəfdaşlığı siyasətinə zidd olaraq bizim ölkədə axtarmasınlar...
Azərbaycan Milli QHT Forumu hesab edir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarının pozulmasına laqeyd qalan, Ermənistan tərəfindən girov götürülərək işgəncələrə məruz qalan, qanunsuz mühakimə edilən vətəndaşlarımızın müdafiəsi üçün indiyə qədər bir kəlmə də danışmayan bəzi beynəlxalq “hüquq-müdafiəçiləri”nin bu cür məsuliyyətsiz çağırışlar etməyə mənəvi və hüquqi haqqı yoxdur. Yaxşı olardı ki, Azərbaycan Milli QHT Forumunun yarandığı gündən əməkdaşlıq etdiyi və bundan sonra da əməkdaşlığa açıq olduğu BMT, ATƏT və Avropa Şurası kimi qurumlar öz əməkdaşlarının çağırışlarına münasibət bildirsin.
Sıralarında 656 QHT-ni birləşdirən Milli QHT Forumu bir daha bəyan edir ki, Azərbaycan söz və mətbuat azadlığı, ümumən insan hüquqları, demokratiya sahəsində öz üzərinə könüllü götürdüyü bütün beynəlxalq öhdəlikləri layiqincə yerinə yetirir. Ölkəmiz vətəndaş cəmiyyəti institutlarının inkişafı səviyyəsinə görə, keçmiş Sovet respublikaları içərisində qabaqcıl mövqedə durur və bir çox ölkələrə nümunə ola bilər. Respublikamızın yolu irəliyə, tərəqqi və inkişafa doğrudur və bizi bu yoldan heç nə, heç kim saxlaya bilməz.
Xəbər lenti
Hamısına baxSiyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47
Sosial
09 Oktyabr 11:44
İqtisadiyyat
09 Oktyabr 11:43
İqtisadiyyat
09 Oktyabr 11:43
Sosial
09 Oktyabr 11:43
Gündəm
09 Oktyabr 11:41
Siyasət
09 Oktyabr 11:23
Siyasət
09 Oktyabr 11:22
Siyasət
09 Oktyabr 11:22
İqtisadiyyat
09 Oktyabr 11:17
Sosial
09 Oktyabr 11:03
Siyasət
09 Oktyabr 10:57
Sosial
09 Oktyabr 10:50
İqtisadiyyat
09 Oktyabr 10:50
Analitik
09 Oktyabr 10:25
Gündəm
09 Oktyabr 10:19
Sosial
09 Oktyabr 09:42

