“SƏS” Media Qrupu dünya jurnalistlərinə səsləndi
12.06.2015 [09:25]
Mərkəzi ofisi Torontoda yerləşən Söz Azadlığı Mübadiləsi Şəbəkəsi (İFEX.www/ifex/org) jurnalist təşkilatlarını, eləcə də insan hüquqları ilə bağlı iş aparan QHT-ləri Azərbaycanda keçiriləcək I Avropa Oyunlarına qarşı twitter sosial şəbəkəsi vasitəsilə kampaniyaya qoşulmağa çağırıb. Qərəzli kampaniyayaya çağırışda bildirilir ki, iyunun 12-də I Avropa Oyunlarının açılışı vaxtına təsadüf edən saatda - 15:00-dan başlayaraq, jurnalistlər və QHT-lər Azərbaycanla bağlı olan qərəzli informasiyalar yerləşdirib, ölkəmizin nüfuzuna təsir edə biləcək fotolar, xəbərlər və s. məlumatlar paylaşsınlar.
“SƏS” Media Qrupu bununla bağlı dünya jurnalistlərinə səslənməyi özünə borc bilərək bəyanat yayıb.
Bəyanatda deyilir: “Azərbaycanın da daxil olduğu böyük Avropa ailəsi möhtəşəm idman hadisəsi ərəfəsindədir. İlk Avropa Oyunlarının keçirilməsinə cəmi 1 gün qalıb. I Avropa Oyunlarının Bakıda keçirilməsi bir daha sübut edir ki, Azərbaycanın beynəlxalq idman tədbiri keçirmək üçün ən layiqli ölkə olduğu təsadüfi deyil. Demokratik dəyərlərə sadiq olduğunu dəfələrlə sübut edən Azərbaycanda bütün sahələrdə əldə edilən uğurlar Avropa, eyni zamanda dünya ölkələri tərəfindən yüksək qiymətləndirilir. Deməli, Avropa Olimpiya Komitəsinin keçirdiyi səsvermə nəticəsində ölkəmizin I Avropa Oyunlarına ev sahibliyi etmək hüququnu qazanması əbəs yerə deyil.
Bütün bunlara rəğmən həmin dairələr çirkin “qara piar” kampaniyası apararaq nailiyyətlərimizə kölgə salmağa çalışırlar. Söz Azadlığı Mübadiləsi Şəbəkəsinin etdiyi çağırış da məhz bu qəbildəndir.
“SƏS” Media Qrupu bütün dünya jurnalistlərinə, media şirkətlərinə, hadisələrə doğru qiymət verməyi bacaran QHT-lərə, insan haqları institutlarına səslənərək İFEX və buna bənzər qurumların sifarişli çağırışlarına məhəl qoymadan hadisələrə ədalətlə yanaşmağa və Azərbaycan həqiqətlərinə obyektiv qiymət verməyə çağırır.
Avropa məkanında ilk dəfə keçirilən I Avropa Oyunlarının həm də sülhə və ədalətə çağırış olduğunu nəzərə alaraq, dünya jurnalistlərini bəzi beynəlxalq qurumların qərəzli, çirkin siyasətinə bulaşmamağa səsləyirik. Çünki Azərbaycanda əldə ediləcək qələbə və zəfərlər həm də Avropanın qələbəsi və zəfəri olacaqdır!
Biz “SƏS” Media Qrupu olaraq beynəlxalq jurnalistlər ailəsinin, dünyanın aparıcı media şirkətlərinin öz nüfuzlarını siyasi ambisiyalara qurban verməyəcəyinə və idmanı siyasətlə qarışdırmayacağına inanır, onları I Avropa Oyunlarının rəsmi Twitter səhifəsində, #Baku2015 Hashtag-da aparılacaq kampaniyaya qoşulmağa, Azərbaycan haqda obyektiv məlumatlar yerləşdirməyə səsləyirik”.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40

