/ / Birinci Avropa Oyunları çərçivəsində Bakıda “Detroit Electric SP:01” elektrik avtomobilinin Avropa təqdimatı olub
Birinci Avropa Oyunları çərçivəsində Bakıda “Detroit Electric SP:01” elektrik avtomobilinin Avropa təqdimatı olub
19.06.2015 [09:35]
“GreenCar” MMC IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin dəstəyi ilə həyata keçirdiyi ekoloji tədbirlər çərçivəsində Azərbaycanda ekologiyanın müdafiəsinə istiqamətlənən təqdimat edib.
AZƏRTAC xəbər verir ki, iyunun 17-də “Bakı 2015” birinci Avropa Oyunları çərçivəsində “Azərbaycan evi”ndə “GreenCar” və IDEA İctimai Birliyinin dəstəyi ilə Detroit Electric SP:01 idman avtomobilinin Avropada ilk təqdimat mərasimi keçirilib.
Tədbirdə əvvəlcə birinci Avropa Oyunlarında uğur qazanmış idmançılar səhnəyə dəvət olunublar. İdmançılar onlara göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Onlar əldə etdikləri qələbələri bütün Azərbaycan xalqına həsr etdiklərini deyiblər.
Sonra çıxış edən IDEA İctimai Birliyinin nümayəndəsi Fərid Cəfərov bildirib ki, ölkəmizdə ətraf mühitin mühafizəsi və davamlı inkişafın təmin edilməsi dövlət siyasətinin prioritet istiqaməti hesab olunur. Bu məsələ bir çox sənədlərdə, o cümlədən Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə, “Ətraf mühitin mühafizəsi haqqında” Qanunda, Prezident İlham Əliyevin müvafiq sərəncamlarında öz əksini tapıb.
Qeyd edilib ki, IDEA İctimai Birliyinin bu sahədəki fəaliyyətinin əsas tərkib hissəsini ölkəmizdə “davamlı nəqliyyat” konsepsiyasının tətbiqi təşkil edir. “Davamlı nəqliyyat” və ya “yaşıl nəqliyyat” anlayışları bərpa olunan enerji mənbələri və yaxud da insan gücü ilə çalışan nəqliyyat vasitələrini ehtiva edir. Fərid Cəfərov vurğulayıb ki, IDEA İctimai Birliyi ölkəmizdə davamlı nəqliyyat sektorunun təşviqi istiqamətində səylərini artırıb. Məhz İctimai Birliyin və Azərbaycan Avtomobil Federasiyasının birgə dəstəyi ilə ölkəmizdə “GreenCar” adlı ilk elektrik nəqliyyat vasitələrinin satışı və servis mərkəzi açılıb.
“Azərişıq” ASC-nin sədr müavini Sadıq Sadıqov ölkəmizdə ekoloji tarazlığın qorunması, elektroenergetika infrastrukturunda təhlükəsizliyin təmin olunması, ətraf mühitə zərər vurulmasının qarşısının alınması işinin təmsil etdiyi qurumun fəaliyyətinin prioritet istiqaməti olduğunu deyib. O, “Azərişıq” ASC-nin hər zaman IDEA İctimai Birliyinin təşəbbüsü ilə bu istiqamətdə həyata keçirilən layihələrə dəstək verdiyini vurğulayıb.
DETROİT şirkətinin Avropa və Orta şərq üzrə korporativ satış müdiri Niltje Byujs belə bir önəmli vaxtda - birinci Avropa Oyunlarının keçirildiyi bir zamanda Azərbaycanda olmaqdan məmnunluğunu bildirib. O, təmsil etdiyi qurumun fəaliyyəti, IDEA İctimai Birliyi və “GreenCar” şirkəti ilə tərəfdaşlığı barədə məlumat verib.
“GreenCar” MMC-nin nümayəndəsi Orxan Həbibov “Detroit Electric SP:01” idman avtomobili haqqında danışıb. Məlumat verilib ki, Azərbaycanda “CreenCar” şirkətinin distribüterliyi ilə təqdim olunan bu avtomobilin Bakıdan sonra Avropanın müxtəlif şəhərlərində də təqdimatı keçiriləcək.
Bildirilib ki, “Detroit Electric SP:01” ilk seriya ilə istehsal edilən tam elektrikli idman avtomobilidir. “SP:01” avtomobili 100 km/saat sürətə cəmi 3.7 saniyədə çatır və onun maksimal sürəti 250 km/saatdır. Kabriolet tipli 2 yerlik “Detroit Electric SP:01” idman avtomobili zəngin təchizatı və geniş imkanları ilə seçilir. 1907-cı ildə yaradılan “Detroit Electric” ilk elektrikli avtomobil istehsal edən şirkətdir. 2008-ci ildə “Detroit Elecric”in qurucusu Albert Lam şirkətdə yeni nəfəs yaradaraq bu markanı bərpa edib və 5 ildən sonra “SP:01: avtomobilinin istehsalına başlayıb.
Sonra “Detroit Electric SP:01” idman avtomobili təqdim olunub.
Tədbir konsert proqramı ilə davam edib.
Xəbər lenti
Hamısına baxSosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28

