Beynəlxalq Avrasiya Mətbuat Fondunun sabiq Latviya təmsilçisi Modris Auzinşin xatirəsi anılıb
25.06.2015 [09:41]
Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Mirzəyev postsovet ölkələrinin münaqişə bölgələrindən obyektiv informasiyanın dünyaya yayılması istiqamətində illər boyu çalışan, qurumun Litva təmsilçısı, fotojurnalist Riçard Lapaytis ilə birgə BAMF-ın fəaliyyətində əvəzsiz xidmətləri olmuş, Latviyanın tanınmış ictimai xadimi, yazıçı Modris Auzinşin Riqadakı məzarını ziyarət edib.
BAMF-ın informasiya departamentindən AZƏRTAC-a bildirilib ki, ziyarətdə yazıçı Larisa Rixtir, beynəlxalq ictimai qeyri-hökümət təşkilatı olan Baltik Forumunun icraçı direktoru Aleksandr Vasilyev, Modris Auzinşin xanımı Larisa və oğlu Krist də iştirak ediblər. BAMF-ın sədri Umud Mirzəyev mərhumun xatirəsinə ehtiram əlaməti olaraq Bakıdan apardığı 100 ədəd qərənfili Modris Auzinşin məzarı üzərinə düzüb.
Modris Auzinş ötən əsrin 80-ci illərinin sonundan başlayaraq postsovet məkanında münaqişə baş verən bölgələrin əksəriyyətinə çoxsaylı səfərlər edib. O, 1997-ci ildə Sankt-Peterburqda Avropadan, postsovet məkanından, Baltikyanı ölkələrdən tanınmış ekspertlərin, ictimai xadimlərin iştirak etdiyi “Milli məsələ və qaçqınların problemləri” mövzusunda keçirilən beynəlxalq konfransın əsas təşkilatçılarından biri olub. Çıxışlarında Dağlıq Qarabağ probleminin digər münaqişələrə yol açmaması üçün problemin vaxtında və ədalətli həllinə dair müxtəlif çağırışlar edib və erməni seperatizminin təkcə Dağlıq Qarabağ deyil, bütün region üçün böyük təhlükə olduğunu vurğulayıb.
Modris Auzinş Azərbaycana qarşı tətbiq edilən 907-ci düzəlişin əleyhinə olmaqla, Dağlıq Qarabağın işğalı, məcburi köçkünlərin ağır yaşayış tərzi, eyni zamanda, milli münaqişə ocaqlarında insanların əziyyət çəkməsi faktlarını, sülhün bərqərar olmasında və dondurulmuş münaqişələrin həllində həmrəyliyin vacibliyinin beynəlxalq aləmə çatdırılmasında ciddi işlər görüb. Modris Auzinş “Kommersant”, “Yauna Aviza”, habelə Baltikyanı regionda nəşr edilən çoxtirajlı qəzetlərdə aparıcı yazar-jurnalistlərdən biri olub.
Xəbər lenti
Hamısına baxSosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28

