“Azərsu” ASC-nin əməkdaşlarına mükafatların təqdim olunması mərasimi keçirilib
04.07.2015 [10:25]
Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2015-ci il tarixli sərəncamları ilə “Əməkdar mühəndis” fəxri adına və “Tərəqqi” medalına layiq görülmüş “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) əməkdaşlarına mükafatların təqdim olunması mərasimi keçirilib.
Təltif olunmuş əməkdaşları təbrik edən “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov əvvəlcə ölkəmizdə keçirilmiş “Bakı-2015” birinci Avropa Oyunlarına toxunub: “Azərbaycan birinci Avropa Oyunlarını yüksək səviyyədə təşkil etməklə adını dünyanın idman tarixinə qızıl hərflərlə yazdı. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Oyunlara hazırlıq işləri cəmi iki il yarıma başa çatdırıldı və yarışların davam etdiyi 17 gün unudulmaz anlar kimi uzun müddət yaddaşlarda qalacaq. İdman mütəxəssisləri ilk Avropa Oyunlarının Olimpiya Oyunları səviyyəsində keçdiyini söyləyir və Azərbaycan bununla yeni idman standartlarına imza atmış oldu. Açılış və bağlanış mərasimlərinin milli üslubda ən yüksək səviyyədə hazırlanması və təqdimatı isə xüsusi qeyd olunmalıdır. Bu idman bayramını Azərbaycan xalqına yaşatdığına görə möhtərəm Prezidentə “Azərsu” ASC-nin kollektivi adından dərin minnətdarlığımı bildirirəm. Oyunlara hazırlıq çərçivəsində “Azərsu” ASC tərəfindən də xeyli iş görülüb, yeni magistral və şəbəkə su xətləri, kanalizasiya kollektorları və nasos stansiyaları tikilib, yarışların davam etdiyi günlərdə idman qurğularının, Olimpiya kəndinin, hotellərin və digər obyektlərin dayanıqlı və keyfiyyətli içməli su təchizatının aparılması üçün mühüm işlər görülüb”.
“Azərsu” ASC sədri bildirib ki, 5 iyun “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı ərəfəsində Prezident İlham Əliyevin sərəncamları ilə Cəmiyyətin 2 əməkdaşının “Əməkdar mühəndis” fəxri adı, 12 əməkdaşının isə “Tərəqqi” medalı ilə təltif olunması kollektivin əməyinə verilən ən böyük qiymətdir: “Kollektivimiz Prezident İlham Əliyevin etimadını doğrultmaq üçün bundan sonra daha əzmlə çalışacaq və yeni-yeni uğurlara imza atacaq”.
Sonra “Əməkdar mühəndis” fəxri adına layiq görülmüş və “Tərəqqi” medalı ilə təltif olunmuş, həmçinin, “Azərsu” ASC-nin fəxri fərmanı ilə mükafatlandırılmış əməkdaşlar təltif ediliblər.
“Əməkdar mühəndis” fəxri adına layiq görülmüş “Birləşmiş Sukanal” MMC-nin direktoru Etibar Məmmədov və “Tərəqqi” medalı ilə təltif olunmuş “Şəki Sukanal” TSC-nin direktoru Bayram Məmmədov su təsərrüfatı işçilərinin əməyinə verdiyi qiymətə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirib, Ulu öndər Heydər Əliyev ideyalarının inkişafı naminə bundan sonra da səylə çalışacaqlarını deyiblər.
Xəbər lenti
Hamısına baxDünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47

