ƏƏSMN-də daha iki qeyri-dövlət yardım mərkəzinin akkreditasiyası həyata keçirilib
15.07.2015 [10:06]
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) məişət zorakılığından zərər çəkmiş şəxslərə sosial xidmətlərin göstərilməsi üçün akkreditasiya olunmuş daha iki qeyri-dövlət yardım mərkəzinə (“Qadın və Uşaqların Problemlərinin Araşdırılması” İctimai Birliyi və “Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyi) akkreditasiya attestatları verilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, attestatların təqdim edilməsi zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, akkreditasiya Komissiyasının sədri İlqar Rəhimov məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial xidmətlərlə təmin edilməsi üçün qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiya olunması yönündə aparılan işlərdən bəhs edib. İ.Rəhimov bildirib ki, Komissiyaya müraciət edən qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiyası üçün ən vacib şərtlərdən biri onların müvafiq təcrübəyə, maddi-texniki bazaya və işçi potensialına malik olmasıdır. Akkreditasiya prosesində bu meyarlara xüsusi diqqət yetirilir. Nazirlikdə fəaliyyət göstərən, Əmək və Əhalinin Sosial Müdafiəsi, Daxili İşlər, Ədliyyə, Səhiyyə və Təhsil nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məsul əməkdaşlarından ibarət Komissiya tərəfindən artıq 10 qeyri-dövlət yardım mərkəzi akkreditasiya olunub.
ƏƏSMN-in rəsmi www.mlspp.gov.az saytının ön səhifəsindəki “Akkreditasiya olunmuş qeyri-dövlət yardım mərkəzləri” bölməsində həmin mərkəzlər barədə məlumatlar, onların yerləşdikləri ünvanlar, telefon nömrələri, e-mail ünvanları və s. əksini tapıb. Bu mərkəzlərin əsas fəaliyyəti yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşayışdan sui-istifadə edilməklə törədilən zorakılığın və onun mənfi hüquqi, tibbi və sosial nəticələrinin aradan qaldırılmasına, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsinə, onların hüquqi yardımla təmin edilməsinə və s. yönəlib. Sözügedən ictimai birliklərin rəhbərləri akkreditasiya prosesinin şəffaflıq şəraitində və obyektiv aparılmasından razılıqlarını ifadə edib, onlara göstərilən etimadı özlərinin uğurlu fəaliyyətləri ilə layiqli səviyyədə doğruldacaqlarını vurğulayıblar.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

