/ / “Elmə yatırılan sərmayə inkişafa yatırılan sərmayədir” adlı layihə çərçivəsində tədbir keçirilib
“Elmə yatırılan sərmayə inkişafa yatırılan sərmayədir” adlı layihə çərçivəsində tədbir keçirilib
15.07.2015 [10:08]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Elmə yatırılan sərmayə inkişafa yatırılan sərmayədir” adlı layihənin təqdimatı keçirilib. Tədbirdə “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, siyasi elmlər üzrə elmlər doktoru Hikmət Babaoğlu, “SƏS” Media Qrupunun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev və fəal gənclər iştirak ediblər.
Layihənin rəhbəri Polad İbrahimov layihənin məqsədi haqqında məlumat verərək bildirib ki, əsas hədəf gənclərin elmə marağının artırılması, onların elmi fəaliyyətinin təşviq edilməsi, elmin inkişafı, həmçinin, gənc alimlərin daha səmərəli fəaliyyətinin təmin edilməsi istiqamətində dövlət tərəfindən görülən işlərin təbliğ edilməsidir: “Layihə çərçivəsində “Azərbaycanlı gənc alimlərin elmi fəaliyyətinin təbliği”, “Azərbaycan elminin gələcək inkişafı gənc alimlərin fəaliyyətindən asılıdır”, “Qüdrət elmdədir başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz” mövzularında təlimlər keçirir, ölkənin tanınmış elm xadimlərini bu görüşlərə cəlb edirik”.
Çıxış edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib ki, hər bir cəmiyyəti irəli aparacaq vasitə yalnız elmdir: “Elm olmasa heç bir sahə inkişaf edə bilməz. Bu mənada cənab Prezident İlham Əliyevin Azərbaycan elminə, elmin inkişafına qayğısı yüksək dəyərləndirilməlidir. Dövlət başçısının son illər ərzində imzaladığı sərəncamlar elmin inkişafının daim dövlətimizin diqqət mərkəzində olduğunu bir daha təsdiqləyir. Ümumiyyətlə, bu istiqamətdə son illər bir sıra vacib addımlar atılıb. Elmin İnkişaf Fondunun yaradılması, xüsusilə, gənclərin elmə cəlb olunması, AMEA-nın institutlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, akademiyadan vaxtilə bu və digər səbəblərə görə alınmış binaların geri qaytarılması, akademiya əməkdaşlarının əməkhaqlarının artırılması, Akademiya şəhərciyində akademik kitabxananın tikintisi ilə bağlı Sərəncamın verilməsi, ali məktəblərdə tədrisin səviyyəsinin artırılması yönündə ciddi islahatlar görülən işlərin daha effektiv nəticələr verməsini şərtləndirir”.
Daha sonra çıxış edən “SƏS” Media Qrupunun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev qeyd edib ki, gənclərin həyata keçirdiyi bu cür layihələr birbaşa elmin inkişafına xidmət edir: “Dövlətin əsas prioritet istiqamətlərindən biri də məhz neft sektorundan gələn gəlirlərin, insan kapitalına yönəldilməsidir. Dövlətçilik şüurunun yüksəldilməsi baxımından Azərbaycan özünün intellektli gənclərinə, alimlərinə qiymət verir. 1980-ci illərin sonları, 1990-cı illərin əvvəllərində insanlar elmdən uzaqlaşmışdı. Gənclər ümumiyyətlə elmdən kənarlaşmışdı. O illərdə cəmiyyətin elmi inkişafından söhbət gedə bilməzdi. Amma bütün bunlara baxmayaraq o dövrün yenidən araşdırılmasına ehtiyac var. Çünki çatışmamazlıqlarla yanaşı, həmin dövrün müsbət tərəfləri də olub. Təkcə alimlərimizin sayına baxsaq fikrimcə kifayət edər. Onu da deyim ki, Ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişindən sonra sanki bütün sahələrdə bir canlanma, inkişaf getdi. Vətəndaş cəmiyyəti formalaşdı, gənclərin rolu genişləndirildi”.
Sonda gənclər layihə haqqında öz fikirlərini bölüşüblər.
Xəbər lenti
Hamısına baxElm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29

